loading...

Hamiləliyin 25-ci həftəsi

Share Button

 Ürək döyüntüsünü dinləmək üçün cihaza ehtiyac yoxdur!dole qulaq asanda

Balanız hər saat böyüyür! Onun çəkisi 700 q, boyu 35 sm-ə yaxındır. Dərisinin qırışı açılmağa başlayıb, əsl çağaya bənzəyir. Saçlarının rəngi artıq bəllidir, hərçənd bu rəng doğuşdan sonra bir neçə dəfə dəyişəcək.

İndi uşağın ürək döyüntüsünü eşitmək üçün ultrasəs müayinəsinə ehtiyac yoxdur. Otaqda sakitlikdirsə, yoldaşınız qulağını qarnınıza qoyub, körpənin ürək döyüntüsünü eşidə bilər. (Aşağıda-məqalənin sonundakı videoda 25 həftəlik dölün ürək döyüntüsünə qulaq asmaq olar)

Hamiləliyin 25-ci həftəsində balanızın işığa və səsə reaksiyasını əməlli-başlı hiss edə bilərsiniz. Lampanın işığını qarnınıza tərəf salsanız, onun hərəkətə gəldiyini görəcəksiniz. Yüksək səs olanda uşaq qorxudan ya yığılır, ya da narahat hərəkətlər edir.

Uşağın cinsiyyəti tam bəllidir. Oğlandırsa, müayinə zamanı xayalarını görmək olar. Qızın uşaqlıq yolu formalaşmaqdadır.

Balanız solaxay olub-olmamaqla bağlı seçimini artıq edib. O, indidən ya sol, ya da sağ qolu ilə hərəkət etməyə üstünlük verir.

Uşağı ana bətnində müşahidə edə bilərsiniz. Video USM və Dopler aparatı ilə çəkilişi (2D və 3D formatında):

Uşaqlıq təxminən futbol topu boydadır

Sizin qarnınız böyüyür, uşaqlıq artıq futbol topu boydadır və mədənizə təzyiq etməyə başlayıb. Nəticədə mədə qıcqırmasından əziyyət çəkə bilərsiniz. Narahat olmayın, bu hal müvəqqətidir.

əkizlərAdətən bu həftələr hamilə qadınlar özlərini yaxşı hiss edirlər. Buna baxmayaraq, bir neçə həftədən sonra həkimlə daha tez-tez görüşməli olacaqsınız.
Həkim anemiyanın olub-olmadığını müəyyənləşdirmək üçün yenə qan analizi götürə bilər. Uşaqlığı isə həkim hər dəfə ölçməlidir. Uşaqlıq normadan kiçik olarsa, tədbir görülməlidir. Normadan böyükdürsə… bəlkə əkiz doğacaqsınız?!

Amma uşaqlığın böyüklüyünün səbəbi bəzən əkizlər deyil, dölətrafı mayenin həddən artıq çox olmasıdır. Belə olanda mayedən bir qədər götürürlər. Bu, çox çətin və məsuliyyətli prosesdir. Dölətrafı mayenin çoxluğu anormallığın, ya da infeksiyanın əlaməti olarsa, hamiləliyin pozulması ehtimalı böyükdür.

Hamiləliyinizin uğurlu keçməsi üçün yeməyinizə, gigiyenanıza diqqət edin, təmiz havada gəzin, idman edin.

Ana bətnində 25 həftəlik uşağın ürək döyüntülərini aşağıdakı videodan izləyə bilərsiniz:


Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 26-cı həftəsi” yazısında…

Share Button

Bir cavab yazın