loading...

Hamiləliyin 27-ci həftəsi

Share Button

Sizi təbrik edirik, hamiləliyin ikinci rübü arxada qalır!

27 heftelik dol

Körpənin çəkisi 1 kq-a yaxındır! Boyunun 37 sm-ə çatmasına az qalıb. O, böyüdüyündən yeri daralıb. Ayaqlarını, əllərini yığıb, ancaq hələ ki, yerini dəyişə bilir.

Dırnaqları inkişaf etməkdədir, ancaq hələ barmaqlarının ucuna çatmayıb.

Hamiləliyin 27-ci həftəsində uşağın demək olar ki, bütün orqanları funksiyasını yerinə yetirir. Amma onlar hələ inkişaf etməlidir. Dölün tam yetişməsinə 13 həftə var. Yəqin ona görə bu dövrdə doğulan uşaqların yaşamaq şansı 85%-dir.

Dölün dərisi hələ ki, qırış-qırışdır. Qırışlar tam olaraq, doğuşa bir neçə həftə qalmış açılır.

Balanız gülümsəməyi, qaş-qabağını tökməyi bacarır. Siz narahatsınızsa, əsəbisinizsə, tütündən istifadə edirsinizsə, o əziyyət çəkir. Uşaq hər şeyi hiss edir. Onunla mümkün qədər çox danışın, qarnınızı sığallayın. O sizin sığallarınıza biganə deyil.

Hamilənin çəkisini artıranlar…

hamile qadinin orqanlariKökəlməyiniz normaldır, sağlamlığın əlamətidir. Heç bir halda pəhriz saxlamayın! (Həkim məsləhət görməsə!)

Çəkinizi artıran döl, dölətrafı maye, cift, güclənən qan dövranıdır. Bu dövrdə qadınların döşü orta hesabla 800 q-a yaxın olur (hamilə olmayan qadınların döşü orta hesabla 200 q-dır). Süd ağzı gəlir. Lifçik seçəndə diqqətli olun; yumşaq, pambıq parçadan olan geyimlər alın.

3-cü rüb yaxınlaşanda hamilənin qanında xolesterinin miqdarı artır. Bu da sizi narahat etməməlidir. Xolesterin cift üçün vacibdir.

Arxası üstə çox uzanmayın. Qan damarlarına təzyiq zəifliyə səbəb olar.

İndiyə qədər idman etməmisinizsə, gec deyil! İdman etməyə başlayın (əlbəttə, həkim məsləhəti ilə), özünüzü rahat doğuşa hazırlayın.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 28-ci həftəsi” yazısında oxuya bilərsiniz.

Share Button

Bir cavab yazın