loading...

Hamiləliyin 28-ci həftəsi

Share Button

Sizi təbrik edirik, hamiləliyin sonuncu–3-cü rübü başlayır!

hamileliyin 28-ci heftesindeBalanızın çəkisi 1 kq-dır! (17 həftə əvvəl o cəmi 100 q idi). Boyu 35-38 sm-dir.

Unutmayın ki, bu rəqəmlər şərtidir. Dölün boyu daha qısa, ya uzun, çəkisi daha artıq, ya daha az ola bilər və bu tam normaldır. Uşağın çəkisini müəyyən edən amillər çoxdur. Genetik xüsusiyyətlər var. İkinci uşağın çəkisi, adətən, birinci uşağın çəkisindən çox olur və s.

Hamiləliyin 28-ci həftəsində uşağın beyni tam formalaşır. Saçları, qaşları, kirpikləri uzanır. Piy qatı artır, balanız koppuşlaşır! 28-ci həftədə doğulan uşaq müstəqil yaşaya bilməz, xüsusi şəraitdə saxlanmalıdır. Ancaq daha tez doğulanlarla müqayisədə onun şansı çoxdur.

Uşağı ana bətnində müşahidə edə bilərsiniz. Video USM və Dopler aparatı ilə çəkilib (2D və 3D formatında):

Hamiləliyin bu dövründə uşaq daim hərəkətdə olur və siz bunu hiss etməlisiniz. Əlbəttə, uşaqlar özünəməxsusdur və həddən artıq sakit ola bilərlər. Ancaq bu dövrdə uşağın fəallığı mühüm şərtdir və ona nəzarət etmək lazımdır.

Uşaq saatda azı 10 dəfə tərpənməlidir. Siz 1 saat ərzində onun hərəkətini hiss etmirsinizsə, nə isə yeyin, için və uzanın. Daha 1 saat gözləyin. Uşaq hərəkət etmirsə, həkimə müraciət edin. Hərəkətsizlik təhlükənin əlaməti ola bilər. Ana dölün tərpəndiyini daha çox uzananda, ya da yemək yeyəndən sonra hiss edir. Yeməkdən sonra ananın qanında bəzi maddələrin artması uşağı fəallaşdırır.

Qarnınız elə sürətlə böyüyür ki, bəzən onun bir gecədə bir neçə santimetr artdığını güman edə bilərsiniz.

Qarın dərisi dartıldığından qaşınmağa başlayır. İndi siz həkimlə daha tez-tez—iki həftədə bir dəfə görüşməlisiniz. Analiz üçün nümunələri vermək vacibdir.28 heftelik hamile

Hamiləliyin bu dövründə qadının hərəkətlərində koordinasiyanın olmaması, tutumsuzluq təbiidir. Qabı əlinizdən tez-tez salırsınızsa, narahat olmayın. Bu, oynaqlarda zəifliyin əmələ gəlməsi, suyun bədəndə gecikməsi ilə bağlıdır. Yadınızdan çıxarmayın ki, bunlar hamısı müvəqqətidir.

Mümkün qədər çox kalsium qəbul edin—süd için, qatıq yeyin. Kalsium uşağın sümükləri üçün vacibdir.

Qarşıda hələ 12 həftə var. Siz doğuşa hazırlaşa, yoldaşınızla gələcək valideynlər üçün yaradılmış dərnəklərə gedə bilərsiniz.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 29-cu həftəsi” yazısında…

Share Button

Bir cavab yazın