loading...

Hamiləliyin 29-cu həftəsi

Share Button

O, lap təzə doğulmuş körpəyə bənzəyir!

29 heftelik dolBalanızın çəkisi 1100-1300 qramdır, boyu 39 sm-ə yaxınlaşır. (Unutmayın ki, bu rəqəmlər şərtidir. Sizin körpənin boyu daha qısa, ya da uzun, çəkisi daha artıq, ya daha az ola bilər və bu tam normaldır.)

Uşağın bədənində ağ piy qatının miqdarı artmaqdadır. Doğuş zamanı bu qat onun çəkisinin 4%-ni təşkil edəcək. Amma uşağın bədəni öz temperaturunu artıq tənzimləyə bilir.

Uşağın immun sistemi işə düşür. Bu günlərdə uşaq gündə yarım litr sidik ifraz edir!

Uşağın hərəkətlərində fərqi bilərsiniz. Əvvəl onun tərpəndiyini hiss edirdiniz. İndi sizi balanızın təpikləri, yumruqları, dirsəkləri ilə vurduğu zərbələr incidə bilər. Onu başa düşün, yeri daralıb!

Bu dövrdə dölün hiss orqanları daha mükəmməldir. O, bu orqanları vasitəsiylə informasiya alır və bu informasiyaya reaksiya verir; siz uşağın güclü işığa, səsə reaksiyasını hiss edə bilərsiz. Üzünə baxa bilsəydiniz, onun acıya, şirinə reaksiya verdiyini, gülümsədiyini, ya üz-gözünü turşutduğunu görərdiniz.

Bir sözlə, indi döl lap təzə doğulmuş körpəyə bənzəyir. Ancaq uşağın indi—hamiləliyin 29-cu həftəsində doğulması arzuolunmazdır. Vaxtından əvvəl doğulmuş uşaqlar sağ qalsalar da, xəstəliyə davamlı olmur, zəif inkişaf edirlər.

Doğuşa 11 həftə qalıb! Hazırlaşaq!

29 hefteUşağınızın sağlam olması üçün qidanıza fikir verin. Siz indi daha çox pendir, qatıq və başqa süd məhsulları yeməlisiniz. Kalsium və C vitamini (portağal şirəsi, naringi) dölün sümüklərinin möhkəmlənməsi üçün vacibdir.

Pəhriz barədə həkim göstərişi yoxdursa, istədiyiniz qədər yeyə bilərsiniz, yalnız zərərli şeylərdən—duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidadan uzaq olun.

Köhnə “dostlarınız”—mədə qıcqırması, qəbizlik yenə qonağınız ola bilər. Həkimlə məsləhətləşin, çoxlu maye için.

Uşaq ağırlaşdığından sizi narahat edə bilər. Düzgün rejim, düzgün qidalanma, idman, gəzinti, daha çox istirahət ən yaxşı çıxış yollarıdır.

Böyüyən uşaqlıq sidik kisəsini sıxır, siz tez-tez tualetə qaçmalı olursunuz. Bu təbiidir. Bədəndə mayenin miqdarı artdığından əl-ayaqlarınız şişə bilər. Narahat olmayın.

Süd ağzı gələ bilər. Döşünüzü sıxmayın. Süd ağzı axırsa, yumşaq salfetlə silin.

Ola bilər ki, siz uşağınızı səbirsizliklə gözləməkdən, planlar qurmaqdan, ağırlıqdan yorulmusunuz. Səbr edin, başınızı nə iləsə qatmağa çalışın. 11 həftə qalıb!

Həkim sizdə vaxtından əvvəl doğuş təhlükəsinin olduğunu deyibsə, onun tələblərinə əməl edin; yataqdan qalxmayın, lazımi dərmanları qəbul edin. Vaxtından əvvəl doğuşla bağlı məlumatlarla tanış olun.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 30-cu həftəsi”  başlıqlı yazıda…

Share Button

Bir cavab yazın