loading...

Hamiləliyin 31-ci həftəsi

Share Button

Körpə uşaqlığın çox hissəsini tutur və doğuşa hazır vəziyyətdə dayanır

31-ci heftedeBalanız koppuş olub. Onu boyu təxminən 40 sm, çəkisi 1500-1600 q-dır. Dərisinin rəngi dəyişir, əvvəl qırmızı olan dəri indi çəhrayı rəngə çalır.

Dərinin altında ağ piy toxumaları yaranmaqdadır, ona görə də dəri şəffaflığını itirir və iri qan damarları getdikcə tam görünməz olur.

Bu həftə uşaq uşaqlığın çox hissəsini tutur və doğuşa hazır vəziyyətdə dayanır. Çox vaxt uşaq başıaşağı olur. Nadir hallarda ayaqları, ya çanağı aşağıda, çox nadir hallarda eninə dayanır.

Uşağın başının ölçüsü bədəninə uyğunlaşır. Qaşları, kirpikləri, saçları uzanıb, dırnaqları barmaqlarının ucuna çatır.

Hamiləliyin 30-cu həftəsi uşaq gözlərini böyük adam kimi açıb-yumur, gözlər fokusu tapmağa hazırdır.

 

Daha az gəzməli, daha çox istirahət etməlisiniz.

Hamiləliyin sonlarında yaranan toksikoz sizi narahat edə bilər (bu, bütün hamilələrə aid deyil). Bu dövrdə toksikoz adətən, şişlərlə, sidikdə zülalın əmələ gəlməsi, qan təzyiqinin artması ilə xarakterizə olunur. 120/70 mm/c.s qan təzyiqi hamilə üçün normaldır. Toksikoz zamanı qan təzyiqi 140/90 mm/c.s-na qalxır (təzyiqi adətən 100/60 mm/c.s olanlar təzyiq 130/90 mm/c.s-na qalxanda narahat olur).

31 hefte hamileToksikozun qarşısını almaq üçün bəzi şeylərə əməl etmək lazımdır. Əvvəla, çəkinizə nəzarət edin. Hamiləliyin 3-cü rübündə sizin çəkiniz gündə ən çoxu 50 q artmalıdır. Yəni həftədə 300 q-dan çox artırmaq məsləhət deyil. Gündə 1,5 litrdən çox maye içməyin (bura su, çay, süd, şirə, şorba və meyvələr daxildir).

Mədə qıcqırmasından əziyyət çəkirsinizsə, az-az, tez-tez yeyin. Yeyəndən sonra yarıuzanmış vəziyyətdə oturun.

Geniş paltarlar geyinin, dar paltar qan dövranına mane olur. Əllərinizdə şiş varsa, üzük, saat taxmayın. Ayaqlarınızı üst-üstə qoymayın, bu da qan dövranını məhdudlaşdırır. Ayaqlarınızda ağrı olursa, bir yerdə çox dayanmayın, tez-tez oturun.

Yenə də arxası üstə uzanın. Yəqin ki, narahat yatırsınız, tez-tez çevrilməli, sidiyə getməli olursunuz. Bunun qarşısını almaq üçün axşamüstü az maye qəbul edin.

Hərdən sancı hiss edə bilərsiniz. Sancı saatda 4 dəfədən çox olanda həkimə deyin. Müntəzəm sancılar vaxtından əvvəl doğuşdan xəbər verir.

Bu günlər siz iki həftədə bir dəfə həkimlə görüşməlisiniz. Qan və sidiyin analizi vacibdir.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 32-ci həftəsi” yazısında.//

Share Button

2 şərh Hamiləliyin 31-ci həftəsi üçün

  1. dar geyimlər geyinmeyin yazılıb.mən damarlara görə hamiləlik qolfiləri geyinirəm.oda ki çox dar olur.bilmək istərdim ki onun görəsən mənfi təsiri olmaz ki ?

Bir cavab yazın