loading...

Hamiləliyin 32-ci həftəsi

Share Button

Ciyərlərdən başqa bütün orqanlar həyata hazırdır!

32 heftelkik dolBalanızın çəkisi xeyli artıb: son bir ayda 900 q! İndi onun ağırlığı 1800 q, boyu 43 sm-dir. Başında kifayət qədər tük var. Üzünün qırışları açılıb, dəri altında piy qatı yığılmaqdadır. O günü-gündən daha çox yeni doğulmuş uşağa bənzəyir.

32-ci həftədə uşağın bütün orqanları həyata tam hazır olur, ağ ciyərlərindən başqa! Bununla belə 32-ci həftədə doğulan uşağın yaşamaq şansı böyükdür.

Əl barmaqlarında dırnaqlar ayaqlarındakına nisbətən sürətlə uzanır. Ola bilər, doğulandan sonra dırnaqları kəsməli olasız. Ayaq dırnaqları 36-cı həftəyə tam uzanır.

Bu həftələr uşaq vaxtının 90-95%-ni yatmağa həsr edir. Araşdırmalar göstərib ki, ana şirin şey yeyəndə, yaxud içəndə uşaq oyanır.

Unutmayın ki, balanız indi sizin səsinizi başqalarından ayırır. Onunla söhbət edin.

Çox vaxt hamiləliyin 3-cü rübündə uşaq hıçqırmağa başlayır. Elə uşaqlar var ki, gündə bir neçə dəfə hıçqırır, elə uşaqlar var ki, ümumiyyətlə hıçqırmırlar. Uşağın hıçqırığı hətta 20 dəqiqə sürə bilər. Narahat olmayın, uşaq əziyyət çəkmir. Bəzən ana uşaq hıçqıranda yüngül ağrı hiss edir.

Uşaq bu dövrdə adətən doğuşa hazır vəziyyətdə dayanır. Ancaq bəzi uşaqlar hələ də çevrilirlər və siz bunu aydın hiss edirsiniz. Uşağın başı aşağıdırsa, ayaqları ilə qabırğalarınıza təzyiq edir. Nəticədə sizin döş qəfəsiniz ağrıya bilər. Çiyinlərinizi geriyə gərin, dik oturmağa çalışın.

Məzuniyyətə çıxmaq vaxtıdır!hamileliyin 32-ci heftesinde

Azərbaycan qanunlarına əsasən doğuşa 56 gün qalmış analıq məzuniyyətinə çıxmaq mümkündür. Hələ də işləyirsinizsə, müdirlə danışın. Əlinizdə layihə varsa, onu evdə bitirə bilərsinizsə, rahat şəraiti seçin.

Siz indi daha çox istirahət etməlisiniz. Gün ərzində mütləq uzanın.

Əl-ayaqlarınızda şiş əmələ gələ, var idisə, arta bilər. Dar, rezin corab geyinməyin, üzüklərinizi, saatınızı çıxarın.

Sidik kisəsinə təzyiq artdığından tez-tez sidiyə gedirsiniz. Bu normaldır. Sidiyinizi çox saxlamayın! Sidik kisəsinin ağrıması uşaqlığa mənfi təsir edər, bu da vaxtından əvvəl doğuşa səbəb olar.

Həkimlə vaxtında görüşün (iki həftədə bir dəfə). Bir azdan siz həkimə hər həftə gedəcəksiniz. Bu, həm sizin, həm də körpənin sağlamlığı üçün vacibdir.

Adətən bu günlər qadınlar doğuşa hazırlıq barədə düşünürlər. Düşünüb-daşınmalı şey çoxdur. Siz övladınızla ilk görüşə, haqqında çox şey eşitdiyiniz (bəlkə də artıq keçirdiyiniz) doğuşa hazırlaşırsınız. Yollanacağınız doğum evini, doğum evinə aparmalı olduğunuz şeyləri, xəstəxanaya sizi kimin aparacağını müəyyən etməlisiniz. Aparacağınız şeylərin siyahısını hazırlayanda həkimlə məsləhətləşin.

Doğuşa hazırlıqla bağlı məlumatlarla tanış olmağın əsl vaxtıdır.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 33-cü həftəsi” yazısında…

Share Button

Bir cavab yazın