loading...

Hamiləliyin 33-cü həftəsi

Share Button

Uşaq çağanın bacardığı hər şeyi bacarır

33 heftelikŞəkildə gördüyünüz hamiləliyin 33-cü həftəsində doğulan uşaqdır. Çətinlik olsa da, belə uşaqlar vaxtından daha əvvəl doğulan uşaqlara nisbətən, əlbəttə, güclüdürlər.

Hamiləliyin 33-cü həftəsində balanızın çəkisi 2000-2200 q, boyu 45 sm-ə yaxın olur. O, çəkisini artırmaq üçün sizdən bacardığı hər şeyi alır. Uşağın ürəyi tam formalaşır. Ürək-damar, sinir, immun sisteminin formalaşması prosesi başa çatır.

Uşaq indi çağanın bacardığı hər şeyi bacarır (ağlamaqdan başqa). O, yatır, oyanır, yuxu görür. Uşağın göz qapaqlarını müşahidə edən mütəxəssislər belə nəticəyə gəliblər ki, o, ana bətnində də yuxu görür.

Körpə uşaqlığın böyük hissəsini tutduğundan onun zərbələri daha kəskin ola bilər:)

Uşağın sizi nə ilə–əli, dirsəyi, ya ayağı ilə vurduğunu hiss edə bilirsiniz.

hamileliyin 33-cu heftesindeHamiləlik sizin üçün ağırlaşıb. Qarnınız çanaqdan 33 sm irəlidədir. Eyni vəziyyətdə yatmaq daha da çətinləşib. Rəngli yuxular görürsünüz, amma təzyiq altında olan sidik kisəsi sizi tez-tez oyanmağa məcbur edir. Siz hətta güləndə, öskürəndə, qaçanda da qeyri-ixtiyari işəyə bilərsiniz. Bütün bunlar normal və keçicidir.

Yeməyinizə yenə diqqət edin. Daha çox vitamin için,  dəniz məhsulları yeyin. Az-az, tez-tez yeyin, çünki mədənizin yeri hər gün bir az daralır.

Qəbzlik, mədə qıcqırması, şişlər sizə yenə əziyyət verə bilər. Tez-tez uzanın, oturun, ayaqlarınızı yuxarı qaldırın.

Övladınızı döş vermək istəyirsinizsə, bu barədə indidən məlumatlanın.

Doğuşa az qaldığından bu günlər xüsusilə diqqətli olmalısınız. Təzyiqinizi ara-sıra ölçün. Qan təzyiqi həddən artıq olarsa, çəkiniz qəfil artarsa həkimlə əlaqə saxlayın. Üstəlik sancılar artarsa, güclənərsə, “aşağıdan” qəfil və çoxlu su axarsa, qanaxma olarsa, birbaş xəstəxanaya gedin!

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 34-cü həftəsi” yazısında…

Share Button

Bir cavab yazın