loading...

Hamiləliyin 34-cü həftəsi

Share Button

Uşaq indi həftədə 200 qram kökəlir!

34 heftelik ushaq

Şəkildə gördüyünüz hamiləliyin 34-cü həftəsində doğulmuş uşaqdır. Qorxulu heç nə yoxdur, vaxtından əvvəl doğulduğundan bədənini örtən pendirvari maddə qalır, həkimlər onu təmizləyəcəklər.

Bu günlərdə doğulan uşaqlar “yarımçıq doğulmuş” deyil, “tez doğulmuş” sayılır. Onlara xüsusi qulluq tələb olunmur, çünki müstəqil nəfəs ala bilirlər.

Gördüyünüz kimi hamiləliyin 34-cü həftəsində uşağın üz cizgiləri tam aydınlaşır. Dərisinin rəngi açılır, dəri üzərindəki pendirvari maddə azalıb. Dırnaqları uzanıb, bəzən hətta barmağın ucundan çıxır. Əvvəllər başına bitişik olan qulaqlar ayrılıb. Başında tüklərin sayı çoxdur. Uşaq gündə yarım litr sidik ifraz edir.

İndi sizi ən çox maraqlandıran şeylərdən biri, yəqin ki, uşağın çəkisidir. Analar həkimə adətən iki sual verirlər;

1. Uşaq oğlandır, ya qız?

2. Doğulanda neçə kiloqram olacaq?

Ana bətnində uşağın çəkisini başının diametrinə, qarın dairəsinin, qabırğasının ölçüsünə əsasən müəyyən edirlər. Ancaq uşağın doğulanda neçə kiloqram olacağını dəqiq demək mümkün deyil. Bir şey dəqiqdir ki, doğulana qədər balanızın çəkisi xeyli artacaq. O indi həftədə 200 q “kökəlir”!

Hamiləliyin 34-cü həftəsində uşağın təxmini çəkisi indi 2400 q-a yaxındır, boyu 45 sm olub (şərtidir).

Yalançı sancıları əsl sancılardan fərqləndirək

34 heftelik hamilelikSizin orqanizminiz doğuşa hazırlaşır. Döşlərinizdə süd ifrazatı prosesi sürətlənir. Bir neçə həftə cinsi əlaqədə olmasanız yaxşıdır; doğuş yollarında hazırlıq gedir.

Qarnınız yəqin ki, aşağı enib. Çünki uşaq da doğulmağa hazırdır, uşaqlığın çıxışına yaxın yer seçib. Bunun sizə iki cür təsiri ola bilər: Sidik kisəsinə təzyiq artdığından tualetə daha tez-tez qaçmalı olursunuz. Ancaq mədənizə təzyiq azalır, indi daha rahat yeyə bilərsiniz.

Yeməklərinizi qatıqla, pendirlə yeyin, süd için. Uşaq sümüklərini möhkəmləndirdiyi üçün sizdən daha çox kalsium alır.

Qarnınızda və bədəninizin başqa yerlərində səpki, ləkə ola bilər, bədəniniz qaşına bilər, narahat olmayın, bunlar da müvəqqətidir. Səpkilər və qaşınma sizi çox narahat edirsə, həkimlə danışın (siz indi hər həftə həkimlə görüşməlisiniz.) Ləkələrə qarşı xüsusi kremlərdən istifadə etmək olar (ginekoloqlar belə kremlər haqqında məlumatlıdır)

34 hefte gulleBu günlərdə yalançı sancılar hiss edə bilərsiniz. Belə sancılar adətən cəmi 45 saniyə çəkir. Bədənin müxtəlif hissələrində olur, qəfil başlayıb, qəfil qurtarır. (Əsl sancılar uşaqlığın başından başlayıb, yavaş-yavaş yayılır). Yalançı sancıların uşağa zərəri yoxdur.

Brekston Hiks sancıları deyilən sancılar da doğuşun əlaməti deyil. Hiks sancıları ağrılı, ancaq ritmsiz olur və yalançı doğuş sancılarından fərqli olaraq hamiləliyin əvvəlində də hiss olunur. Bu sancıları siz, əlinizi qarnınıza qoyanda hiss edə bilərsiniz.

Əsl doğuş sancıları isə daha ritmik olur, arası əvvəl 30-20 dəq, sonra 10 dəqiqə çəkir. Ancaq “aşağıdan” qəfil və çoxlu maye, ya qan axarsa, birbaş doğum evinə gedin!

Bu günlərdə yollanacağınız doğum evini müəyyən etməli, həkimlə tanış olmalısınız.

Doğuş barədə məlumatlara tez-tez göz atın.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 35-ci həftəsi” yazısında…

Share Button

Bir cavab yazın