loading...

Hamiləliyin 36-cı həftəsi

Share Button

Uşaq doğulmağa tam hazırdır!

36-ci hefteHamiləliyinizin son ayı başladı! İndi siz hər dəqiqə doğa bilərsiniz. Uşaq doğulmağa demək olar ki, hazırdır. Qan dövranı, immun sistemi elə formalaşıb ki, onu bətndən kənar həyatda qoruya bilər. Amma başqalarının, məsələn, həzm sisteminin hələ ki, kiçik tamamlamalara ehtiyacı var.

Bundan sonra uşağın çəkisi daha az artır. Bu isə rahat doğuş üçün vacibdir.  Bu həftə uşağın çəkisi orta hesabla 2700-2800 q, boyu 48-50 sm-dir. Dərisi altında piy qatı toplandığından balanız “koppuşlaşıb”, üzündəki qırışlar itib. Sümükləri isə hələ yumşaqdır, bu da uşağın aşağı enməsinə kömək edir.

Hamiləliyin sonunda uşaq başıaşağı olur (ən ideal vəziyyət). Amma o, heç də həmişə belə dayanmır (xüsusilə də ana əvvəl hamilə olubsa). Bəzən uşağın ayağı və çanaq hissəsi aşağı olur, bəzi uşaqlar eninə dayanırlar. Doğuş həkiminizin bu vəziyyətdən xəbərdar olması vacibdir. Uşaq uyğun vəziyyətdə deyilsə həkimlər onu əməliyyat aparmaqla çıxarırlar.

Dölün vəziyyətini doğuşdan əvvəl dəyişmək mümkündür. Bunun üçün anaya sancıların qarşısını alan dərman verilir, həkim uşağın yerini dəyişdirməyə cəhd edir, alınmazsa, təcili əməliyyat aparılır.

Dölün vəziyyətini dəyişmək üçün başqa üsullardan da istifadə olunur. Məsələn, ana ayaqlarını göyə qaldırır, belinin altına döşək qoyub, bir neçə dəqiqə qalır. Bu hərəkəti yarım ay ərzində, həftədə bir neçə dəfə edir. Nəticədə uşaq özü yerini dəyişir. Ancaq bu üsulu həkim məsləhəti olmadan tətbiq etmək olmaz!

Hamiləliyin sonuncu ayında uzaq səfərə çıxmaq olmaz

36 hefte hamilelikHamiləliyin sonunda yerimək, gəzmək vacibdir. Doğuşa az qalıb, çanaq sümükləriniz təzyiqə hazır olmalıdır. Çanaq sümükləri çox ağrıyarsa, tez-tez dincəlin, vanna qəbul edin.

Ancaq səfər təhlükəlidir. Doğuş zamanı siz həkim tapa bilməzsiniz.

Hamiləliyin bu dövründə təyyarəyə minmək olmaz. Təyyarə üçün həkimin icazəsi olmalıdır. Ancaq həkimlər də hamiləliyin 8-9-cu ayında təyyarəylə uçmağa icazə vermirlər. Elə aviaşirkətlər də var ki, hamilənin uçuşuna əngəl olur.

Maşınla, yaxına səfər etmək olar. Yolda maşını tez-tez dayandırıb, hava alın.

Bu günlərdə nəfəs almaq sizin üçün çətinləşə bilər. Uşaqlıq döş qəfəsini sıxır. Uzanmaqla bu müvəqqəti çətinliyin öhdəsindən gələ bilərsiniz.

Uşaqlıq enməyə başladığından döş qəfəsinin sıxılması halları azalacaq, bir azdan siz daha rahat yeyə biləcəksiniz.

Uşaq az hərəkət edirsə, narahat olmayın, yeri daraldığı üçün belədir. Əsas odur ki, hərəkət edir!

Doğum evinə aparmalı olduğunuz şeyləri yəqin ki, yığmısınız. Əşyaların siyahısını bir daha gözdən keçirin. Həkimin telefon nömrəsi, ehtiyat üçün pul və sancılar başlayanda etməli olduğunuz hərəkətlər barədə qeydlər masanın üstündə qalsa yaxşıdır.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 37-ci həftəsi” yazısında…

Share Button

Bir cavab yazın