loading...

Hamiləliyin 37-ci həftəsi

Share Button

Bu həftə doğuş normaldır!

betndeusaqTəbrik edirik! Hamiləliyin 37-ci həftəsində doğulmuş uşaqlar tam normal hesab edilir. Bu həftə uşağın ağ ciyərləri tamamilə formalaşır. Bu o deməkdir ki, körpə müstəqil tənəffüsə tam hazırdır!

Amma körpə hələ inkişaf etməkdədir. Bu həftə balanızın çəkisi 2800-3000 q-dır, boyu 48-50 sm! Unutmayın ki, bu rəqəmlər şərtidir, uşağınızın boyu və çəkisi fərqli ola bilər. Bu sizi narahat etməməlidir, hər uşaq özünəməxsusdur.

Hamiləliyin 37-ci həftəsindən başlayaraq, uşaq gündə 30 q piy qatı yığır. Burun və qulağın qığırdaqları möhkəmlənir. Dərini örtən pendirvari maddə tam təmizlənir, az hallarda qala bilər.

Bu həftə uşağın barmaqları elə çevik olur ki, o artıq kiçik şeyləri, məsələn öz barmağını, burnunu tuta bilir. 

Hamiləliyin 37-ci həftəsində uşağın başı hələ böyükdür, amma nə qədər böyük olsa da, sümüklər o qədər yumşaqdır ki, doğuş günü körpə başından dəfələrlə kiçik olan uşaqlıq yolundan keçəcək.

Hazır olaq!

37 heftelik hamileBu həftə sancılansanız, həkimləri təşvişə salmayacaqsınız. Bu həftə doğuş normaldır, axı uşaqların cəmi 5%-i gözlənilən tarixdə doğulur.

Bu, sizin ilk hamiləliyinizdirsə, hamiləliyin sona qədər, yəni 40-cı həftəyə qədər davam etməsi ehtimalı var. Əvvəl doğmusunuzsa, ya da əkiz doğacaqsınızsa, doğuş tez ola bilər. Əkizlər adətən, hamiləliyin 37-ci həftəsində doğulurlar.

Uşaq aşağı düşdüyündən ətraf orqanlara təzyiq azalıb. Siz rahat nəfəs alırsınız, yeyirsiniz. Amma sidik kisəsi və ayaqlarınız daha çox təzyiq altındadır. Sidiyə tez-tez getməyiniz təbiidir.

Qan dövriyyəsini asanlaşdırmaq üçün yanı üstə uzanın, ayaqlarınızın  altına döşəkcə qoyun. Ayaqlarınızda qıcolma varsa, çoxlu maye, kalsium (süd məhsulları) qəbul edin.

İndi siz həkimlə hər həftə görüşməlisiniz. Həkim hər dəfə sizin təzyiqinizi, çəkinizi, uşaqlığı ölçür, sidikdən nümunə götürür. Dölün ürək döyüntüsünə qulaq asır, çəkisini, dayandığı vəziyyəti öyrənir (həm də sizi maraqlandıran suallara cavab verməlidir).

hekim-qiz1Son həftələrdə həkim müşahidə etdiyi bütün dəyişiklikləri qeydə almalıdır. Bu dəyişikliklərin surətini doğum evinə aparmaqla, siz həkimləri özünüz barədə məlumatlandırmış olarsınız. (Qərbdə qadına hamiləliyin ilk günündən kitabça verilir. Həkim bütün dəyişiklikləri həm özünün, həm də hamilənin kitabçasında qeyd edir. Hamilə həmin kitabçanı üstündə gəzdirməlidir. Təsadüfi doğuş zamanı istənilən həkim hamilə haqqında bütün məlumatları almış olur.)

Doğuşun əsas əlamətləri  bunlardır:

  • Kürəkdə və belin aşağı hissəsində ağrı
  • “Aşağıda” çoxlu su ifrazı (dölətrafı maye)
  • Qarında sancı (saatda 5 dəfə)
  • Qanaxma
  • İştahanın artması
  • Qarın “getməsi”–ishal

Əsl sancılar ritmli olur, sancıların arası əvvəl 30-20 dəqiqə, sonra 10 dəqiqə çəkir. Sancılararası müddət 10 dəqiqə olanda doğum evinə gedin. Ancaq qanaxma olarsa, ya dölətrafı maye axarsa, sancıları gözləmədən birbaş doğum evinə yollanın!

Doğum evini yəqin ki, müəyyən etmisiniz. Seçdiyiniz doğum evində əvvəlcədən qeydiyyatdan keçsəniz, daha yaxşı olar. Xəstəxana barədə mümkün qədər çox məlumat alın.

Doğuş barədə məlumatlarla vaxtaşırı tanış olun və doğum evinə aparmalı olduğunuz əşyaların siyahısını gözdən keçirin.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 38-ci həftəsi” yazısında…

Share Button

Bir cavab yazın