loading...

Hamiləliyin 38-ci həftəsi

Share Button

Uşaq elə bu gün doğula bilər. Adını tapmısınızmı?

38-ci hefte ve korpeGünlər keçdikcə uşaq bir az da ağırlaşır, gündə 30 q toplayır. İndi onun çəkisi 3 kq-a yaxındır, boyu 48-50 sm-dir. Dərisi altında piy qatı formalaşdığından rəngi açılıb. Bədənini örtən narın tüklər tam tökülüb, pendirvari maddə itib-gedib. (Ancaq bəzən uşaqların büküşlərində pendirvari maddə qalır. Tibb bacıları onun dərisini təmiz salfetlə silirlər). Qulaqda, qulağın dibində narın tüklər qala bilər, belə tüklər sonra tökülür.

İndi uşağınızın gözləri qəhvəyi, qonur, ya da mavi rəngdə ola bilər, ancaq doğulan kimi bu rəng dəyişəcək. Onun gözlərinin əsl rəngini isə yalnız bir yaşından sonra görəcəksiniz.

Bu günlərdə uşağın saçlarıının uzunluğu 1-2 sm-dir. Dırnaqlarını bəlkə də elə ilk həftələrdə kəsməli olacaqsınız.

Çəkisi artdığından uşağın hərəkətlərinin yavaş-yavaş azaldığını hiss edirsiniz. Ancaq döl tam hərəkətsiz ola bilməz. Onun fəallığına nəzarət edin. Bir saat ərzində tərpənməsə, nə isə yeyin, ya için, uzanın. Daha bir saat ərzində tərpənmədiyini hiss etsəniz, həkimə müraciət edin.

Uşağın bağırsağında ilk nəcis toplanır, uşaq bu nəcisi doğulandan az sonra ifraz edəcək. Ancaq bəzən uşaq ana bətnində ikən ilk nəcisi “buraxır” (bu, adətən, uşaqda oksigen çatışmazlığı zamanı baş verir). Bu halda körpə yaşıl seliyə bulanmış halda doğula bilər və həkimlər onun bronxlarını təmizləmək üçün təbdbir görərlər.

Əhvalınız dəyişibmi?

38-ci-hefteHamiləliyin əvvəlində, ortasında olmayıbsa, indi “süd ağzı” gələ bilər. Narahat olmayın, bu normaldır. İfrazat çoxdursa, apteklərdə satılan xüsusi bezlərdən istifadə edə bilərsiniz. Bu maye süddən rənginə (sarıtəhərdir), eləcə də tərkibinə görə fərqlənir; daha az şəkərli, az yağlı, proteinlə zəngindir. “Süd ağzı” yenicə doğulan körpə üçün vacibdir və onu ana südü ilə qidalanmaya hazırlayır.

Qarnınız elə böyüyüb ki, gözlərinizə inana bilmirsiniz. Ağlınıza belə gəlməzdi ki, bu halda tərpənə bilərsiniz. İndi nəinki tərpənirsiniz, hətta sizə əlavə enerji gəldiyini hiss edirsiniz. Bəzən qadınlar hamiləliyin sonunda elə yüksək  əhvalda, elə həvəsli olur ki, evdə dəyişiklik etmək, hətta evi təmir elətdirmək fikrinə düşür. Olmaz! Unutmayın ki, siz istirahət etməlisiniz. Ağırlıq qaldırmaq, yenicə boyanmış otaqda gəzmək yolverilməzdir.

Ancaq elə qadınlar var ki, uşağı gözləməkdən yorulur və depressiyaya düşür. Depressiyaya qarşı preparatlardan istifadə etməyin. Özünüzü ələ ala bilmirsinizsə, psixoloqla danışın. Yadda saxlayın ki, hamiləliyin bu dövründə, eləcə də doğuşdan sonra depressiya normal haldır.

Yuxunuz qaçıb? Narahat olmayın, təbiət sizi yuxusuz gecələrə hazırlayır:)

Başınızı doğuş barədə məlumatlarla qatın. Doğum evinin ünvanını, özünüzlə aparmalı olduğunuz şeylərin siyahısını dəqiqləşdirin. Hətta yaxınlıqdakı dükana gedəndə özünüzlə bir qədər artıq pul götürün.

Doğuşun əsas əlamətlərini hiss edə bilərsiniz:39-cu-hefte-agrilar

  • Kürəkdə və belin aşağı hissəsində ağrı
  • “Aşağıda” çoxlu su ifrazı (dölətrafı maye)
  • Qarında sancı (saatda 5 dəfə)
  • Qanaxma
  • İştahanın artması
  • Qarın “getməsi”–ishal

Əsl sancılar ritmli olur, sancıların arası əvvəl 30-20 dəqiqə, sonra 10 dəqiqə çəkir. Sancılararası müddət 10 dəqiqə olanda doğum evinə gedin. Ancaq qanaxma olarsa, ya dölətrafı maye axarsa, sancıları gözləmədən birbaş doğum evinə yollanın!

Uşaqlıq yolu zəirflədiyindən müayinədən, ya da cinsi əlaqədən sonra qan axdığını görə bilərsiniz (hamiləliyin sonunda cinsi əlaqə arzuolunan deyil). Ola bilər ki, qanaxmaya səbəb doğuşun başlamasıdır. Qanaxma barədə dərhal həkimə məlumat verin.

Hamiləyin növbəti həftəsi haqda “Hamiləliyi 39-cu həftəsi” yazısında…

Share Button

Bir cavab yazın