loading...

Hamiləliyin 39-cu həftəsi

Share Button

Uşaq ana bətnində ağlayır?

39-heftelik-dolUşaq doğulmağa, ana bətnindən kənar həyata tam hazırdır. Onun bədəni bütün əsas funksiyaları yerinə yetirir, bağırsaqlarında qidanı hərəkət etdirən tükcüklər formalaşır, mədədə qidanı həzm etmək üçün fermentlər yaranır.

Uşağın çəkisi artmaqdadır. 39-cu həftədə döl orta hesabla 3000-3500 q olur, boyu 50 sm-i keçir. Həm oğlan, həm də qızlarda döş hissə böyüyür.

Bu dövrdə uşağın bədənindən çox beyni böyüyür. 4 həftə əvvəlki ilə müqayisədə onun beyni 30% iridir.

Çəkisi artdığından uşaq çətinliklə tərpənir. Dizləri çənəsinə dirənib. Ayağı ilə qabırğalarnıza təzyiq edə bilər.

Deyirlər uşaq ana bətnində ikən ağlayır. Ancaq bir həqiqət var ki, bətndə uşaq göz yaşı tökə bilməz, çünki göz yaşı borucuqları hələ açılmayıb.

Uşağın dərisinin rəngi bu günlərdə çəhrayıdan ağa çevrilir (doğulandan sonra hansı rəngdə olacağından asılı olmayaraq). Bədənini örtən narın tük örtüyündən demək olar ki, heç nə qalmayıb. Yalnız qulaqda və bəzi büküşlərdə azacıq tük ola bilır. Saçlarının uzunluğu 2 sm-ə yaxındır.

Bu günlərdə göbəkbağına düyün düşə, ya da göbəkbağı uşağın boynuna dolana bilər. Bu, nadir hallarda belə olur. Ultrasəs müayinəsi zamanı göbəkbağını görmək mümkündür. Təhlükə varsa, uşağı qeysəriyyə əməliyyatı yolu ilə çıxarırlar.

Hamiləliyin sonu, yeni həyatın başlanğıcı gəlir!

Çəkiniz 11-16 kq artıb. Narahat olmayın, daha kökəlməyəcəksiniz, hətta bir az çəki itirə bilərsiz.

39-cu hefteSiz rahatlığın nə olduğunu unutmusunuz. Bir tərəfdən hövsələniz azalıb, o biri tərəfdən yerimək, yatıb-durmaq çətinləşib. Sizə elə gəlir ki, uşaqlıq bütün bədəninizi tutub, bütün orqanlarınız təzyiq altındadır. Uşaq bir az da aşağı düşüb, çanağa “girdiyi” üçün bəzən qadını incidir, ancaq uşağın başı nə qədər dərində olarsa, doğmaq bir o qədər asan olar. Heç nəyə görə narahat olmayın, bədəniniz ağırlığı daşımağa alışır və doğuşa hazırlaşmaqdadır. Siz isə işi yüngüllədirmək üçün bolluca istirahət edin, nə vaxt istəsəniz yatın, havada gəzin.

 

Uşaqlığın düşməsi siqnaldır. Əvvəl də ana olan qadınlar uşaqlıq enəndən sonra hər an doğa bilərlər.

Hamiləliyin sonunda qarnınız daş kimi bərk ola bilər, bu normaldır.

Uşaqlıq endiyindən son günlər sidik kisəsi həddən artıq təzyiq altında olur. Siz hətta tez-tez yeriyəndə, güləndə və öskürəndə işəyə bilərsiniz.

Nəfəs almaq, yemək asanlaşıb. Sancı hiss etdiyiniz gün çox yeməyin, bu, doğuş zamanı həddən artıq qusmaya səbəb olar. Acanda qatıq, süd için.

39-cu hefte agrilarDoğuşun əsas əlamətlərini hiss edə bilərsiniz:

  • Kürəkdə və belin aşağı hissəsində ağrı
  • “Aşağıda” çoxlu su ifrazı (dölətrafı maye)
  • Qarında sancı (saatda 5 dəfə)
  • Qanaxma
  • İştahanın artması
  • Qarın “getməsi”–ishal

Əsl sancılar ritmli olur, sancıların arası əvvəl 30-20 dəqiqə, sonra 10 dəqiqə çəkir. Sancılararası müddət 10 dəqiqə olanda doğum evinə gedin. Ancaq qanaxma olarsa, ya dölətrafı maye axarsa, sancıları gözləmədən birbaş doğum evinə yollanın!

Doğum evinin ünvanı, taksi sürücüsünün telefon nömrəsi, doğum evinə götürəcəyiniz əşyaları və pulu, eləcə də sancılar başlayan zamanı etməli olduğunuz hərəkətlərin siyahısını masanın üzərində saxlayın.

Hamiləliyin sonuncu həftəsi barədə “Hamiləliyin 40-cı həftəsi” yazısında oxuya bilərsiniz.

Share Button

1 şərh Hamiləliyin 39-cu həftəsi üçün

  1. Orxan Rzayev dedi:

    Salam 9 cu aya kecmisem qarnim su kimi gedir uje bir aydi ne ediremse xeyri yoxdu hekimin yazdigi sistemler derman nane demlemesi hecne komek etmir umumiyetle bele hallarla rastlasanlar var xais komek edin

Bir cavab yazın