loading...

Hamiləliyin 40-cı həftəsi

Share Button

Sizi təbrik edirik! Bu həftə ana olacaqsınız

40-ci heftedeOla bilər ki, 40-cı həftə tamam olub (sizin hesabınıza görə) və körpəniz hələ doğulmayıb. Narahat olmayın. Sadəcə olaraq, müəyyən etdiyiniz tarix dəqiq olamaya bilər. Axı heç kim, hətta ən təcrübəli həkim də uşağın doğulacağı tarixi dəqiq müəyyən edə bilməz. Hamilə qadınların 90%-i deyilən tarixdən 1-2 həftə əvvəl, ya da sonra doğurlar. (Bununla belə həkimlər uşağın hesablanan tarixdən 42 həftə sonraya qalmasına icazə vermir və verməməlidir)

Balanız da doğulduğu günü gözləyir. Hamiləliyin sonu uşağın çəkisi maksimuma çatır və bu çəkinin 15%-ni piy qatı təşkil edir. Məhz bu qat uşağın doğulduğu ilk anlarda onun yeni mühitə alışmasına kömək edəcək.

Hamiləliyin 40-cı həftəsində uşağın çəkisi orta hesabla 3200-3500 q olur. Əlbəttə, bu rəqəm təxminidir, sizin uşağın çəkisi daha az və ya daha çox ola bilər. Uşağın çəkisinin azlığı sizə xeyirdir, doğuş daha asan keçər. Ağır çəkili uşaqlar daha çətin doğulurlar. Ancaq ana əvvəl də doğubsa, ağır çəkili uşaq da nisbətən asanlıqla doğula bilər.

tezece-dogulmushYəqin ki, onun görünüşünü təsəvvür etməyə çalışırsınız. Tələsməyin, siz ilk dəfə qanlı, bulaşıq, çətinliklə çıxdığı üçün hətta “çirkinləşmiş” bir varlıq görə bilərsiniz. Amma bu, bir azdan sizə şirin-şirin gülümsəyəcək, körpə qığıltısı kimi gözəl səsi evinizə salacaq balanızdır! Onu salamlamağı unutmayın. Uşaq sizi hələ bir az dağınıq şəkildə görəcək (uşaq ilk anlarda cəmi 2-3 santimetrlik məsafəni aydın görür), amma səsinizi tanıyacaq.

Uşaq əvvəl-əvvəl əl-qolunu şəkildəki kimi bükülü saxlaya bilər, təəccüblənməyin, o sizin bətninizdə belə dayanmağa vərdiş edib. Məhz buna görə ilk günlər bələnmək uşağın xoşuna gəlir, özünü alışdığı mühitdə hiss edir.

Azərbaycanın peyvənd təqviminə əsasən doğulandan sonrakı 12 saat ərzində uşağa peyvənd vurulmalıdır.

Doğuş barədə məlumatları tez-tez gözdən keçirin

Siz vaxtdan istifadə edib, doğuşa hazırlaşın. Bir daha doğuş barədə məlumatlarla tanış olun. Sancılar olanda, doğuşun mərhələləri zamanı nə etməli olduğunuzu xatırlayın. Unutmayın ki, qanaxma olarsa, ya dölətrafı maye axarsa, sancıları gözləmədən birbaş doğum evinə yollanmaq lazımdır.

Hamiləliyin sonunda narahat olduğunuz üçün dölətrafı maye ilə sidiyi ayırd eləmək çətin ola bilər. Dölətrafı maye rəngsiz və qoxusuz olur. Sidik isə bildiyimiz kimi sarı rəngli və qoxulu olur. Daha bir fərq; siz əzələlərinizi sıxmaqla (keqel) sidiyi dayandıra bilərsiniz, amma dölətrafı mayeni saxlamaq olmur. Bundan başqa dölətrafı maye yaşıl, yaxud qəhvəyi rəngdə ola bilər. Bu o deməkdir ki, uşağın həzm sistemi işə düşüb. Dərhal həkimə zəng edin və doğum evinə yollanın!

ushagi-doshe-tez-tutmaliSizi yalançı sancılar narahat edə bilər. Əsl sancılar ritmli olur, sancıların arası əvvəl 30-20 dəqiqə, sonra 10 dəqiqə çəkir. Sancıların arası 10 dəqiqə olanda doğum evinə gedin.

Bəzən doğuş ağrılarını azaltmaq üçün xüsusi preparatlardan istifadə olunur. Amma bu dərmanların tam zərərsizi yoxdur. Ona görə də ağrıkəsicidən zərurət yaranan zaman istifadə edirlər.

Bəzi ölkələrdə qadın istədiyi vəziyyətdə doğur. Bu vəziyyəti həkimlə məsləhətləşib, əvvəldən müəyyən edirlər. Dizləri üstə, yanı üstə uzanıb, ayağı qaldırmaqla, ayaq üstə, holland stulunda (holland stulu unitaza bənzəyir), suda doğmaq mümkündür.

Azərbaycandakı doğum evlərində adi doğuş stolundan istifadə olunur və milyonlarla qadın bu stolda (arxası üstə uzanıb, ayaqlarını yuxarı yığmaqla) əməliyyatdan uğurla keçir. Sizə də uğurlar arzulayırıq!

Share Button

1 şərh Hamiləliyin 40-cı həftəsi üçün

Bir cavab yazın