loading...

Hamiləliyin 9-cu həftəsi

Share Button

İndi o, zeytun dənəsi boydadır.

9 hefte hamilelik

Bu həftə həm daxili orqanlar inkişaf edir, həm də balacanın xarici görünüşü dəyişir. Düzdür, onun başı yenə də sinəsinə əyilib və baş hələ də bədənlə müqayisədə böyükdür. Amma 9-cu həftədə balanızın boyun hissəsi də görünməyə başlayır. Bel sümüyü yavaş-yavaş düzəlir. “Quyruq” isə yığılmaqdadır. Bir azdan o, büzdüm sümüyü kimi qalacaq.

9-cu həftədə uşağın əlləri və ayaqları uzanır. Siz onların hərəkətini ultrasəs müayinəsi zamanı görə bilərsiniz. İndin balanızın uzunluğu 25 mm-dir (bir zeytun dənəsi boyda).

9-cu həftədə əlamətdar hadisələrdən biri də odur ki, uşağın cinsi orqanları artıq formalaşmaqdadır. Oğlanlarda xayaların formalaşması prosesi başa çatmaqdadır. Amma ultrasəs müayinəsi zamanı dölün cinsiyyətini müəyyənləşdirmək hələ mümkün deyil. Çünki 9-cu həftədə qızla oğlanın cinsi orqanları ilk baxışdan bir-birinə oxşayır.

Çəkiniz niyə artır?

hamileliyin-29-cu-heftesiPiy qatı yaranır, döşləriniz ağırlaşır, bu sizə gələcəkdə balanızı böyütməyə yardımçı olacaq.
Hamiləlik zamanı qadının çəkisinin artmasına səbəb həm döşlərin, həm uşaqlığın böyüməsi, uşağın, eyni zamanda ciftin çəkisinin artmasıdır. Aşağıda bəzi şeylərin çəkisi təxmini olaraq, göstərilib:

Qidalandırıcı maddələr (yağlar, zülallar və s.) –3,17 kq
Limfa maddəsi—1,80 kq
Döşün artan çəkisi—0,90 kq
Uşaqlığın artan çəkisi—0,90 kq
Uşaq—3,20 -3,40 kq
Dölətrafı maye –0,90 kq
Cift –0, 68 kq

Hamiləlik zamanı qan dövranı güclənir. Artım əvvəlki ilə müqayisədə orta hesabla 45-50%-dir. (Əlbəttə, rəqəmlər hər qadında bir cürdür). Qanın artması həm balanızı xoşagəlməz effektlərdən qoruyur, həm də sizə doğuş zamanı kömək olur, çünki doğuşda xeyli qan itirəcəksiniz.

Hamiləliyin növbəti həftəsi haqda “Hamiləliyin 10-cu həftəsi” yazısında…

Share Button

Bir cavab yazın