loading...

Hamiləliyin əsas əlamətləri

Share Button

Hamiləliyin əlamətləri 3 qrupa bölünür

hamileliyin-elametleriAdam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır.

Siz vaxtında tədbir görə, qadın məsləhətxansına müracirət edə bilərsiniz və hamiləliyinizin gedişini həkimlər izləyər.

   Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; ağlabatan, etibarlı və şübhəli əlamətlər.

   

Hamiləliyin şübhəli əlamətləri

  • Qadının iştahası olmur. O, bəzi yeməklərindən əvvəlkindən fərqli olaraq imtina edir. Xiyar turşusu, hətta bəzən təbaşir  istəyir. Səhərlər ürəyi bulanır. 
  • Qadın bəzi iylərə dözmür. İndiyə qədər sevdiyi ətirləri gizlədir, atmaq istəyir. Siqaret tüstüsünü qovmaq üçün pəncərəni gündə yüz dəfə açır. 
  • Qadının davranışı dəyişkən olur. O, gah şən-şən gülür, gah xırda şeylərə əsəbiləşir, gözlənilmədən ağlamağa başlayır, bəzən hətta ətrafındakıları hövsələdən çıxarır. Bütün gün yatmaq istəyir. 
  • Qadının üzündə ləkələr əmələ gəlir. Döş giləsinin, gilənin ətrafındakı dairənin rəngi və göbəkdən qasığa qədərki xətt tündləşir.

Hamiləliyin ağlabatan əlamətləri

  • 21 heftelik hamilelikMenstruasiyanın (aybaşının) vaxtı keçir (yadda saxlayın ki, menstruasiyanın vaxtının keçməsi heç də həmişə hamiləliyə işarə deyil. Bəzən aybaşı düz bir həftə gecikir, amma olur. )
  • Qadının döşləri ağrımağa başlayır. Döşü sıxanda bir az qatı, sarımtıl maye axır.
  • Ginekoloqun müayinəsi zamanı məlum olur ki, qadının uşaqlıq yolu və uşaqlıq boynu  göyərib. Uşaqlığın ölçüsü və forması dəyişir.
  • Hamiləlik testi müsbət nəticə göstərir.

Etibarlı əlamətlər ultrasəs müayinə zamanı görünür. Həkim qadının uşaqlığında döl yumurtasını müşahidə edir. Bu, aybaşının vaxtından 2-3 həftə sonra mümkündür. 5-6 aydan sonra ultrasəs müayinə zamanı dölün bədəninin ayrı-ayrı hissələrini görmək mümkündür. Dölün ürək döyüntüsü eşidilir. (Ətraflı Hamiləlik təqvimində)

Sizə uğurlu hamiləlik arzulayırıq!

Share Button

Bir cavab yazın