loading...

Hamiləliyin 12-ci həftəsi

Share Button

Cinsiyyəti öyrənmək mümkündür!dol-usaq-sorarken-log

Bu həftə ultrasəs müayinəsindən keçsəniz, balanız sizə lazım olan vəziyyətdə dayanmış olsa, onun cinsiyyətini təxminən müəyyən etmək olar!

12-ci həftədə dölün çəkisi 13-19 q, uzunluğu 8-9 sm-dir.

İndi uşaq ağzını açıb-yuma bilir. Əl barmaqlarını tərpədir. Ultrasəs müayinə zamanı siz onun barmağını sorduğunu görə bilərsiniz.

Uşaq daha aktivdir, amma siz hələ də onun tərpəndiyini hiss edə bilmirsiniz, bu, 1-2 aydan sonra mümkün olacaq.

12-ci həftədə uşağın mədə-bağırsaq sistemi yığılıb-açılır. Bədənin bəzi yerlərində tükün əlamətləri var.

Xüsusi aparat vasitəsilə balanızın ürək döyüntüsünü eşidə bilərsiniz.

12 həftəlik dölü ana bətnində müşahidə edək. Video USM və Dopler aparatı ilə çəkilişi (2D və 3D formatında):

Yeməyinizə fikir verin. Əlüstü yemək olmaz

Siz özünüzü indi yəqin daha yaxşı hiss edirsiniz. Axı hamiləliyin birinci rübü arxada qalır. Hamilə qadınların çoxunda 12-ci həftədən başlayaraq, toksikoz keçib-gedir, çünki cift funksiyasını tam olaraq yerinə yetirməyə başlayır.

İndi hamilə paltarını geyinə də bilərsiniz, geyinməyə də. Bu, sizin ilk hamiləliyinizdirsə, yəqin ehtiyac yoxdur. Amma ikinci, ya üçüncü hamiləlikdə qarın tez böyüyür, hamilə paltarına daha tez ehtiyac olur.

Bu günlərdə siz həm də döşlərinizin, yanlarınızın, hətta ayaqlarınızın böyüdüyünü hiss edə bilərsiniz.

Göbəkdən aşağıya doğru tünd zolaq əmələ gələ bilər. Bəzi qadınların üzündə, boynunda, əlində də  tünd ləkələr yaranar. Narahat olmayın, çox vaxt hamiləlikdən sonra ləkələr itir. Ləkələrə qarşı xüsusi vasitələr var.

Yeməyinizə fikir verin. Əlüstü yemək olmaz. Harasa tələsirsinizsə, özünüzlə yemək götürün, ac qalmayın. Bəzi hamilələr gecə yeməyi sevirlər. Gecəyə bir buterbrod hazırlamaq olar. Unutmayın ki, çox yemək də ziyandır, artıq çəkiyə səbəb olar.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 13-cü həftəsi” yazısında…

Share Button

Bir cavab yazın