loading...

Hamiləlik təqvimi

Share Button

Hamiləsinizmi?! Təbrik edirik!hamile-uzisi-ile

Biz qadınlar bilirik ki, hamiləlik ən böyük xoşbəxtlikdir. Hamiləlik təsdiqlənən kimi sevinc, fərəh, qadınlıq hissi, həyəcan, yorğunluq—hamısı bir-birinə qarışır. Amma hər şeydən əvvəl bilməliyik ki, hamiləlik məsuliyyətdir və məsuliyyəti uğurla daşımaq üçün məlumatlı olmaq lazımdır.

Bədəndə dəyişiklik getdikcə nə edəcəyini bilməyən qadınların narahatlığı ikiqat artır. Dəyişiklikləri sakit qarşılamaq, onlara hazır olmaq, məlumatınızı artırmaq məqsədiylə sizin üçün hamiləlik təqvimi hazırlamışıq. Bu təqvim vasitəsilə siz bədəninizdəki dəyişiklikləri, balanızın inkişafını həftəbəhəftə izləyəcək, hər həftə nə etməli olduğunuzu biləcəksiniz. Bunun üçün hamiləlik bölməsinə daxil ola, yaxud ana səhifədə “Hamiləlik” sözünün üstündəki xırda dördbucaqlara tıklamaqla hamiləliyin istənilən həftəsində həm sizin, həm də balanızın inkişafı haqda maraqlı məlumat ala bilərsiniz.

elhamileHamiləliyi adətən 3 rübə bölürlər: 1-ci həftədən 12-ci həftəyə qədərki dövr, 13-cü həftədən 28-ci həftəyə qədərki dövr və 29-cu həftədən 42-ci həftəyə qədərki (doğuşa qədərki) dövr. Hamilə olduğunuzu hiss edirsinizsə, şübhəniz varsa, ya testlə təsdiqləmisinizsə, birbaş həkimə gedin. Ginekoloq sizin hamiləliyinizi təsdiqləsə, sizdən bəzi analiz nümunələri tələb edəcək. Hansısa xəstəliyiniz varsa, ya dərman içirsinizsə, həkimə mütləq məlumat verin. Dərmanlar hamiləliyinizə zərərli ola bilər.

İndi siz sağlamlığınızın qeydinə qalmalısınız ki, gələcək balanız da sağlam doğulsun. Düzdür, hamiləliyinizə həkim nəzarət etməlidir (əvvəlcə hər ay, hamiləliyin 28-ci həftəsindən başlayaraq, ayda iki dəfə, son həftələrdə isə hər həftə həkimlə görüşməlisiniz), amma sizin özünüzdən də çox şey asılıdır. Gərginlikdən, gərgin işdən uzaq olun. Heç kimlə mübahisə etməyin, gülümsəməyə çalışın.

Evinizi özünüzə uyğunlaşdırın, yaxınlarınızdan xahiş edin ki, mebelləri elə yerləşdirsinlər ki, sizin hərəkətinizə maneə olmasın, qarnınız künclərə dəyməsin. Evin havasını gündə azı iki dəfə dəyişin. Təmiz hava hər şeydən vacibdir.

hamile chemende yatibParkda, avtomobillərin az olduğu yerlərdə gəzin. Adamların çox olduğu yerlərdən də uzaq olun, yoluxucu xəstəliklərdən qorunun. Yaxınınız soyuqlayıbsa, maska geyinin. Qripdən qorunmaq üçün burnunuza yağ və sarımsaq suyu sürtün. Ümumiyyətlə sarımsaq və soğan zərərsizdir, yeməyə də əlavə etməkdən çəkinməyin.

Siqareti, alkoqollu içkiləri unudun.

 

Sizə uğurlu hamiləlik arzulayırıq!

Share Button

Bir cavab yazın