loading...

Hansı valideyn daha yaxşıdır? 10 addım irəli!

Share Button

Psixoloji bestsellerlərin müəllifi, liderlik üzrə ekspert Tim Elmorun cavabları:

ata-bala-oynarkenValideynlər niyə səhv edir? Qorxur, yoxsa valideynliyin nə olduğunu bilmirlər?

–Səbəb həm qorxu, həm də bilməməkdir.

Səhv etməmək üçün neyləməliyik (xüsusi mütəxəssisin köməyi olmadan)?

–Valideynlər uşaqları ilə ünsiyyət zamanı (eləcə də uşaqların yanında) işlətdikləri sözlərə və davranışlarına son dərəcə diqqət etməlidirlər, bu çox vacibdir.

Uşaqların nazı ilə oynamaqdan çox məşğuliyyətə, həyata hazırlığa, öyrətməyə üstünlük verin.

Tim Elmor tərbiyədə uğur qazanmaq üçün 10 başlanğıc yol göstərir.

ana-ogul1. Böyüklər, böyüklərin həyatı haqqında sizin də bilmək istədiyiniz şeylər barədə danışın.
2. Onlara can atdıqları işi görməyə, hətta uğursuzluqla üzləşməyə imkan verin.
3. Bəzi qaydalara, nizam-intizama riayət edə bilmirlərsə, nəticələri müzakirə edin.
4. Real problemə qarşı malik ola biləcəkləri gücü görməyə, güclənə biləcəkləri qədər güclənməyə kömək edin.
5. Səbir, dözüm tələb edən oyunlar qurun ki, uşaq səbirli olmağı, nəticəni elə bu gün yox, sabaha saxlamağı, gözləməyi öyrənsin.
6. Uşağı öyrədin ki, həyat seçimlər və kompromislərdən ibarətdir; onlar hər istədikləri şeyi edə bilməzdlər.
7. Uşaqlara böyüklərin gördüyü bəzi işləri, məsələn, nəyinsə pulunu ödəməyi tapşırın, yaxud bunu oyuna çevirin, qoyun uşaq alış-veriş etsin, sövdələşsin, razılığa gəlsin.
8. Uşaqları ünsiyyətdə olduğunuz potensial rəhbərlə, yaxud ustadla tanış edin.
9. Kömək edin, uşaqlar arzuladıqları gələcək barədə xəyal qursunlar, gələcəyi təsəvvür etsinlər. Sonra bu gələcəyə çatmaq üçün atılmalı olan addımları müzakirə edin.
10. Onların müstəqilliyə və məsuliyyətli olmağa doğru addımlarını bayrama çevirin, alqışlayın.

Psixoloq Tim Elmor hesab edir ki, valideynlərə təsir edən bir mühüm fakt var; hər bir nəsil özündən əvvəlki nəslin əməllərini “kompensasiya” etməyə çalışır.

“İndi valideynlər gələcəkdən çox bu günə yönəliblər. Bu, bu günki xöşbəxtliklə, sabaha hazır olmamaqla bağlı olan bir şeydir. Bu günki valideynlərin valideynləri sabaha hazır olmaq fikri ilə yaşayıb: pul yığıb, çox xərcləməyib, təqaüdə çıxacağı günə ehtiyat toplayıb. Nəticədə həmin nəslin uşaqları—biz valideynlər “bu gün yaşa!” prinsipini seçmişik və belə də etmişik. Bəzilərinin kredit borcları, filan… bununla bağlıdır. Həqiqət budur ki, yalnız bu günü deyil, həm də sabahı düşünə bilən valideynlər daha yaxşı nəticə əldə edə bilirlər.”

Məqalə “Forbes” jurnalında dərc olunan yazılar əsasında hazırlanmışdır.

Share Button

Bir cavab yazın