loading...

Haqqımızda

Salam! Bizim saytla tanışlığınıza sevindik.

Ana, ya ata olmağa hazırlaşırsınızsa, ya da artıq olmusunuzsa, sizi təbrik edirik! Bizim hədiyyəmizi—Bala.az saytını qəbul edin, işinizə yarasa şad olarıq.

Bu saytı valideynlik kimi çətin işin öhdəsindən gəlməkdə bir-birimizə kömək olmaq arzusu ilə yaratdıq. Bala.az saytında balalarla bağlı bütün sualları cavablandırmağa çalışacağıq; hamiləliyin planlaşdırılmasından tutmuş, uşağın doğulduğu günə qədər, ilk günündən 7 yaşınadək, onun sağlamlığı, yeməkləri, gündəlik tələbləri, böyüdükcə artan maraqları barədə hər suala cavab axtaracağıq.

Əlbəttə, biz bütün sirrlərdən hali deyilik. Amma hamımız–birimiz redaktor, birimiz həkim, o birimiz məsləhətçi və hər şeydən əvvəl valideyn olaraq bildiklərimizi bölüşürük. Siz də təcrübənizi bizimlə paylaşsanız, məmnun olarıq.

Məqsədimiz həm də işgüzar, çox az vaxtı olan, uşaqlarla bağlı kitabları oxumağa, valideyn klublarını gəzməyə imkan tapmayan valideynlərə yardımçı olmaqdır. Bu saytdan siz əhatəli olsa da, qısa və konkret məlumat ala bilərsiniz.

Unutmayın ki, hər bir insan, eləcə də hər bir uşaq özünəməxsusdur və bəzən yazılanlar da, deyilənlər də reallığa uyğun gəlmir. Əsas sevgidir! Uşaqlara istənilən həkimdən, istənilən məsləhətdən, dava-dərmandan çox məhəbbət gərəkdir. Balanızı bir valideyn kimi sevsəniz, ona nə lazım olduğunu hamıdan qabaq siz biləcəksiniz.

Yaxşı valideyn olmaq arzusu ilə

Redaktor
Ruzanna Rəşidqızı

P.S. Reklam vermək üçün reklam@bala.az və ya mediafabriki@gmail.com ünvanına müraciət edin.