loading...

Hiperaktiv, yoxsa tərbiyəsiz uşaq?

Share Button

Hiperaktivlik nədir?

Sualımıza psixoloq Narınc Rüstəmova cavab verir.

rustemova-narinc

Hiperaktivlik uşaqların daxilindən gələn instinktləri idarə edə bilməməsi, diqqət yayınıqlığı ilə müşahidə edilən normadan çox hərəkətlilikdir. Hiperaktivlik adından göründüyü kimi, aktivin hiperi, aktivin də aktivi, ikiqat aktivlik deməkdir. Hiperaktiv uşaqlar başqa uşaqlara nisbətən çox fəal olurlar, nəinki hərəkətlərində, zehincə də aktiv olurlar.

Hiperaktivlik genetikdir. Bu, uşağın yeddinci ayından özünü göstərir. Yuxu problemi, yatan zaman həddindən artıq hərəkətli olması, tez yerimək, tez dil açmaq kimi hadisələrlə müşahidə olunur.

Bu tip uşaqlar eyni zamanda iki işi görməyi xoşlayır. Məsələn, televizor seyr edərkən dərslərini həll etmək istəyər. Hiperaktiv uşaqlarda beyin o qədər sürətlə işləyir ki, davamlı yeni informasiyaları almağa meyllənirlər.

Bu uşaqlar ağıllarına gələn ifadələri fikirləşmədən deyirlər. Bu isə çox vaxt valideynləri utandırır.

ali-qish-20121Cəmiyyət hiperaktiv uşaqları tərbiyəsiz uşaq kimi qəbul edə bilər. Axı hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəaliyyət növündən digərinə asanlıqla keçir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər də edirlər. Ona görə də onları “tərbiyəsiz” adlandıranlar az deyil, amma bu uşağın yox, cəmiyyətin problemidir.  Bu gündəlik həyatda, bağçada, ailədə və s. kompleks şəklində işlənməli problemdir.

Bu uşaqlar hər işi yarımçıq qoymağı xoşlayır. Məsələn, iki ay rəsmə gedir, idmana, daha sonra musiqiyə və s. Bu uşaqlar həm intellektual olur, həm də hər fəaliyyətdən yarımçıq olurlar. Bu zaman valideynlər uşaqları günahkar çıxarmamlı, tənqid etməməlidirlər.

İntellekt güclü olduğu üçün, hər şeyə marağı olduğu üçün böyüyəndə belə uşaqlar peşə seçimində çətinlik çəkirlər.

Hiperaktiv uşaqla necə davranmalı?

decelin hereketleri

Üzərinə düşülməzsə hiperaktivlik 18 yaşından sonra nevroza, özünəinamsızlığa, yaddaş problemlərinə gətirib çıxarır.

Hiperaktiv uşaqlardan sakit təbiətli olmağı gözləmək olmaz. Uşaq 18 yaşına qədər hərəkətli olacaq. Sadəcə onun davranışlarını tənzimləmək, fəallaığını “xərcləməyə” kömək etmək lazımdır. Məsələn, uşaq məktəbdə hərəkət etsin, amma yoldaşı ilə dalaşmasın.

Ümumiyyətlə, tamamilə sakit uşaq yoxdur. Uşaqlardan “superman” olmağı gözləməməliyik.

Hiperaktiv uşaqlar dərslərində digər uşaqlara nisbətən zəif olur. Onların özünün xüsusi sevdiyi dərslər olur. Valideyn bunu müəyyən etməlidir.

 hirsli muellimEyni zamanda, hiperaktiv uşaqları digər uşaqlardan fərqləndirmək olmaz. Müəllimlər uşaqları danlamamlı, dəcəl uşaq nümunəsi olaraq digər şagirdlərə nümunə çəkməməlidir. Əksinə, müəlliim hiperaktiv uşaqları ön sıralarda oturtmalı, həvəsləndirici kiçik işlər tapşırmalıdır. Uşaq həmin işi etdikdən sonra ona işi nə qədər yaxşı etdiyini başa salmalı, tərifləməlidir.

Hiperaktiv uşaqlar ünsiyyətə və emosiyalara çox önəm verirlər. Bir müəllimi sevirlərsə, dərsi var gücləri ilə oxuyurlar. Əgər hansısa müəllimi sevmirlərsə, dərs “bal olsun”, yaxın durmazlar. Valideyn müəllim seçərkən bu faktı nəzərə almalıdır.

Evdə hiperaktiv uşaqıara istirahət, sərbəstlik verməlidir.

Share Button

Bir cavab yazın