loading...

İ hərfi ilə başlayan qız adlarının mənası

Share Button

İfrat- Bolluq, çoxluq; normadan artıq, həddindən artıq; şişirdilmə, həddi keçmə. Qız çox doğulduqda bu ad qoyulur

İlahə-  Antik mifologiyada və bəzi dinlərdə qadın Allah, qadın cinsli məbud, büt; məs. canan, sevgili, dilbər, eşq pərisi

İlhamə- Bax: İlham

İltifat- Lütfkarlıq etmə, mehribanlıq, hüsn-rəğbət, lütf göstərmə; mərhəmət, etina; diqqət vermə

İncəgül-  Bax: İncə və Gül

İncəxanım-  Bax: İncə və Xanım

İncəsu- Bax: İncə və Su

İnci-  Dənizdən və ümumiyyətlə balıqqulaqlarından çıxarılan, əsasən ağ və ya çəhrayı, nadir hallarda isə qara rəngli qiymətli sədəf maddəsi. Bəzək əşyası kimi daha çox istifadə olunur. Mirvari, dürr; məs. Çox ağ və çox parlaq, təmiz anlamında da işlənir

İncəbəyim-  Bax: İncə və Bəyim

İncigül-  Bax: İncə və Gül

İncixanım-  Bax: İncə və Xanım

İncinisə-  Bax: İncə və Nisə

İntizar-  Gözləmə, həsrətlə gözləmə, səbirsizliklə gözləmə, nigaran qalma, müntəzir olma

İpək-  Tut yarpağı ilə bəslənilən böcəyin hazırladığı çox incə, parlaq və yumşaq tellər və bu tellərdən istehsal edilən qiymətli parçalar; məs. təmiz, yumşaq, incə

İpəknur-  İpək kimi parlaq, parıltılı

İradə- İnsanın öz qarşısına qoyduğu məqsədə çatmaq bacarığı, istəklərinə nail olma qabiliyyəti; xahiş, dilək, istək

İsmət- Namus, həya, abır, irz, şərəf; mənəvi təmizlik, məsumluq, günahsızlıq, qoruma, himayə; həmayıl

İstək- Arzu, dilək, murad, yerinə yetirilməsi arzu edilən şey

İzzət-  Dəyər, qiymət; hörmət, sayqı, şərəf, etibar, ehtiram; güc, qüdrət; böyüklük, ucalıq

İzzətbəyim-  Bax: İzzət və Bəyim

İzzətxanım-  Bax: İzzət və Xanım
 

Share Button

Bir cavab yazın