loading...

İki ayı balası

Share Button

iki-ayiİki ayı balası yağlı, iri bir pendir tapır. Amma heç cür bölə bilmirlər. Qorxurlar ki, birinə az, o birinə çox düşər. Bir tülkü onlara yaxınlaşıb deyir:
– Verin mən bölüm!

Onlar pendiri tülküyə verirlər.
Tülkü pendiri bərabər olmayan iki hissəyə böldü. Ayı balaları o saat qışqırırlar:
– Biri o birindən böyükdür!

Tülkü onları sakitləşdirir:
– Dayanın, bu saat bərabərləşdirəcəyəm.

O, böyük hissədən bir parça dişləyib yeyir, ancaq bu dəfə həmin hissə o birindən kiçik olur.
Tülkü pendir tikələrinə baxır:
tulku nagil– Deyəsən, yenə bərabər deyil!

O, yenə böyük pendir tikəsini dişləyir. Ayı balaları bu dəfə də narazı qalırlar.
Tülkü hey dişləyir, dişləyir… Ayı balaları isə burunlarını gah bu, gah da o biri tikəyə çevirib narazılıq edirlər.

Tülkü isə pendirdən doyunca yeyir. Axırda iki balaca tikə qalır. O, bu tikələri ayı balalarına verib deyir:
– Alın yeyin, az da olsa, bərabərdir.

Tülkü şələ quyruğunu qaldırıb öz yolu ilə gedir.

Share Button

Bir cavab yazın