loading...

İlk dişlər hansı ayda çıxmalıdır

Share Button

Adətən uşağın ilk dişi 7-ci ayda çıxır.

ilk dihslerAmma ilk dişin 12-ci, ya da 3-cü ayda, hətta daha tez çıxması da normaldır (bu, irsi məsələdir).

Dişin çıxması prosesi isə ilk dişin görünməsindən çox əvvəl başlayır. İlk əlamət seliyin çoxalmasıdır. Uşağın 10 həftəliyindən 3-4 aylığına qədər seliyi axır. Bəzən bu selik axını körpənin ağzının ətrafında, boğazında qızartı əmələ gətirir. Ya da yüngül öskürəyə səbəb olur. Narahatlığa ehtiyac yoxdur, qripin, soyuqdəymənin, allergiyanın başqa əlaməti yoxdursa, öskürək keçib-gedəcək.

Dişlərin çıxması ardıcıllığı

dishlerin sirasiŞəkildəki sıralama uşaqların çoxunda müşahidə olunan ardıcıllıqdır. Amma dişlərin çıxması ardıcıllığı bütün uşaqlarda eyni olmur və çox fərqlidir. Adətən ilk dəfə öndəki alt dişlər, sonra yuxarıdakı ön cütlük peyda olur. Daha sonra yanlardakı dişlər çıxmağa başlayır.

Bəzi uşaqlarda dişlər cüt çıxmaya bilər. Hətta, məsələn, ortadakı cütlükdən biri və bir yan diş eyni vaxtda, cütün o biri tayı və yanındakı diş sonra çıxa bilər.

Körpənin ilk dişi gec çıxıbsa, sonrakı dişləri də xeyli vaxtdan sonra çıxa bilər.

1 yaşından 3 yaşına qədər  uşağın  20 dişi çıxmalıdır.

 

Share Button

3 şərh İlk dişlər hansı ayda çıxmalıdır üçün

  1. Aygun dedi:

    Salam Ruzana xanim 1 yasli usaqin normalda 8 disi olmalidi. 20 disi ola bilmez yalnisdi.

  2. Gul Gul dedi:

    menim oglum 9 ayliqdir hec bir dis cixarmayib agzinin suyu cox axir nece gundurde narahatfdir yemek yemir cox az yeyir dis elameti ola biler?

  3. Gul Gul dedi:

    birdeki usaq 7 kilodur kecen ay 8 kilo idi bu ay 7ye dusiub ayina gore cekisi cox azdi? nasrahatam men

Bir cavab yazın