loading...

İşləyən hamilə necə geyinməli? 3 söz kifayətdir!

Share Button

Hamilə paltarını nə vaxt almalı?

hamile ish paltariİlk ayları yəqin ki, adi paltarlarınızda gəzə biləcəksiniz. Axı ilk üç ayda çəkiniz artmır (bəziləri, əksinə arıqlayır).

Bir azdan şalvar və ya yubkanızın birinci düyməsini açmalı, daha geniş köynəklər geyinməli olacaqsınız.

3 aydan sonra hamilə olduğunuz bilinməsə də, kökəldiyinizi güman eləmək olar. Belə vaxtda hamilə paltarı sizin üçün böyük olacaq. Amma paltar belinizi, qarın və döş nahiyəsini sıxmamalıdır. Odur ki, bir az geniş paltarlar, məsələn uzun, boş jaket, ətəyi geniş köynək, don almaq məsləhətdir. Hamilə olduğunuzu işdəkilərə deməmisinizsə, belə paltarlar sizə əlavə vaxt verər.

 

Hamiləliyin 4-cü, bəzən 5-ci ayından sonra qarnınızı gizlətmək mümkün olmayacaq. Hamilə paltarları almağın vaxtıdır!

İş daha ciddi geyim tələb edirsə?

3 söz kifayətdir: bir tünd paltar! Qara rəng bütün başqa rənglərlə gedir, sizi daha arıq göstərir və qara rəngin fəsli yoxdur. Qara köynəyin üstündən istədiyiniz rəngdə pencək keçirə, aksessuarları—muncuqları, çanta və ayaqqabılarınızı uyğunlaşdıra bilərsiniz. (Əlbəttə, bu minimumdur. Büdcəniz imkan versə, siz bir neçə sadə hamilə köynəyi, şalvar ala bilərsiniz.)

hamile geyimiFormasından asılı olmayaraq, hamilə paltarı rahat, yumşaq, təbii parçadan olmalıdır. Hansısa materiala allergiyanız varsa, hamilə paltarı alanda bu məqama xüsusi diqqət edin.

Ayaqqabılarınızın da rahatlığı vacibdir. Ayaqlar şişir, həmişəkindən bir az böyük ayaqqabı daha rahat olar. Hamilə qadının ayaqqbısının dabanı 2-3 sm olmalıdır. Ağırlıq artdığından qadının yerişi dəyişir və çox hündür, eləcə də altı düz ayaqqabı hamilələr üçün ideal deyil.

Büdcəniz imkan vermirsə, çox vacib mərasim üçün paltar almağa ehtiyac yoxdur, bir dəfədən ötəri paltarı icarəyə götürmək olar.

 

Share Button

Bir cavab yazın