loading...

İtaliyalı müəllimin şagirdləri üçün hazırladığı 15 yay tapşırığı

Share Button

“Heç olmasa bir dəfə günəşi sən qarşıla” “Yay bir rəqsdir və bu rəqsə qoşulmamaq axmaqlıq olar” “Günəş qədər xoşbəxt, dəniz qədər azad ol”

cesare-cata

Bunlar italiyalı müəllim Çezare Katanın şagirdlərinə verdiyi yay tapşırıqlarındandır. Bir sahil şəhərində, orta məktəbdə dərs deyən müəllim uşaqlara, 3 aylıq yay tətilini dərslə yanaşı özünə sərf etməyi məsləhət görüb. Cəmi 15 tapşırıq Ç.Katanı bütün dünyada məşhurlaşdırıb. Tapşırıqların siyahısı müəllimin Facebook səhifəsində çap olunandan sonra onu minlərlə şagird paylaşıb, on minlərlə şagird bəyənib, “həyat dərsi” adlandırıblar.

  1. Səhərlər suyun (dənizin) kənarında tək gəz. Suda günəşin əksinə bax və həyatda hər şeydən çox sevdiyin şeylər, səni xoşbəxt edən şeylər haqda düşün.
  2. İl ərzində öyrəndiyin yeni sözləri istifadə et. Çox şey haqda danışırsansa, çox şey haqda düşünürsən. Və düşüncən, xəyalın nə qədər geniş olarsa, bir o qədər azad olarsan.
  3. Oxu! Bacardığın qədər çox oxu. Ona görə yox ki, oxumaq vacibdir. Ona görə ki, yay arzulara, xəyallara, yeni macəralara qanad verir. Oxumaq uçmaq kimi bir şeydir. Oxumaq həm də etirazın, üsyanın ən yaxşı formasıdır.
  4. İçində boşluq yaradan, sənə mənfi təsir edən hər şeydən və hər kəsdən, hər vəziyyətdən uzaq olmağa çalış. Səni ruhlandıran şeyləri, səni ruhlandıran və anlayan, olduğun kimi qəbul edən, dəyərini bilən dostları tap.
  5. Kədər və qorxu hissi varsa, narahat olma. Yay (bütün gözəl şeylər kimi) insanın ruhunu sakitləşdirə bilər. Gündəlik tut, hisslərini yaz.
  6. Rəqs et! Heç kimdən utanmadan–küçədə, ya öz otağında, fərqi yoxdur–rəqs et. Yay bir rəqsdir və bu rəqsə qoşulmamaq axmaqlıq olar.
  7. Heç olmasa bir dəfə günəşi qarşıla. Sakit yerdə dayan və dərindən nəfəs al. Gözlərini yum və şükür et.
  8. İdmanla çox məşğul ol.
  9. Qarşına çox xoşuna gələn biri çıxıbsa, hisslərini ona gözəl şəkildə bildir. Səni anlayıb-anlamayacağından qorxma. Bir şey alınmasa, narahat olma, qismət deyilmiş (idman etməyi unutma) Alınarsa, yay birlikdə gəzmək üçün əla vaxtdır.
  10. Məktəbdə öyrəndiklərini yada sal, müqayisələr apar.
  11. Günəş qədər xoşbəxt, dəniz qədər azad ol.
  12. Söymə, həmişə nəzakətli və mülayim olmağa çalış.
  13. Dərin emosional dialoqları olan filmlərə bax (mümkünsə, Ingilis dilində). Bu, həm sənin söz ehtiyatını, həm də xəyal etmək qabiliyyətini artırar. Filmdə gördüklərini həyatda yaşamağa çalış.
  14. Yay sehrlidir. Gecə də, gündüz də gələcək həyatın barədə xəyal qur—o necə ola bilər, necə olmalıdır… Bütün gücünü topla ki, arzuna çatmaq üçün hər şeyə hazır olasan, təslim olmayasan.
  15. Yaxşı ol.
Share Button

Bir cavab yazın