K hərfi ilə başlayan oğlan adlarının mənası
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Kabul – bacarıqlı, Əfqanıstanın mərkəzi
Kabus – qarabasma, dəhşət
Kafiəddin – dini qane edən, din üçün yetərli
Kahin – Qədim Misirdə qeybdən xəbər verən ruhani
Kahya – kəndin başçısı
Kair -bax: Qahir
Kalam – nəsihətamiz ifadə
Kamal - Yetkinlik, bitkinlik; mükəmməllik, nöqsansızlıq, tamlıq; insanın yaxşı və mükəmməl savada və əxlaqa malik olması
Kamaləddin – Dinin yetkinliyi, mükəmməlliyi, nöqsansızlığı
Kamallı – yetkin olan, bilikli, əxlaqlı
Kamanxan – kaman kimi, kaman çalan xan
Kamandar – Mahir ovçu, mahir oxatan; Kamanla –oxla silahlanmış; silah gəzdirən; əslində” kaman saxlayan”dır
Kamannur – kamanın nuru, kamanın işığı
Kamanyar – kamann dostu
Kamanzar, Kamanzər – kamanın naləsi
Kamil – Nöqsansız, tam, yetkin, kamala çatmış; savadlı, elmli
Kamran – Diləyinə yetişən, arzusuna çatan, kam alan, xoşbəxt; qüdrət sahibi, iqtidarlı; xoşbəxt, bəxtəvər.
Kəmyəb – kamına çatmış
Kapitan – zabit rütbəsi və bu rütbəni daşıyan şəxs
Karlen – “Karl” və “Lenin” adlarının ilk hecalarından yaranmışdır. İngiliscə ər, mərd, igid deməkdir
Karmen – nəğmə, mahnı
Karpat – Avropanın ən böyük dağlarından biridir.
Kaşif – kəşv edən, hər hansı sahədə yenilikyaradan
Kaşqar – qədim Uyğur şəhərinin adındandır. Çincə şşəhər, dağ, düzənlik deməkdir.
Katib – hər hansı idarənin yazı-pozu işini idarə edən şəxs
Kavı – qüvvətli
Kavus – köklü, möhkəm, təmiz
Kazak – əsgər, süvari dəstəsi
Kazbek – “Qazı” və “ bəy” sözlərindən yaranmış addır. Qafqazda dağ adıdır
Kazım – Təmkinli, qəzəbini udan,qəzəbləndiyini bəlli etməyən; hiddətinin qarşısını ala bilən
Kazımbəy – Bax: Kazım və Bəy
Keykəvus – hökümdar Kavus
Kəbə – Məkkədə Müsəlmanların əsas ibədətgah mərkəzi
Kəbir – böyük, ulu
Kəbiran – yaşlı, dünyagörmüş, ulu
Kəlam – söz, kəlmə, nitq danışıq
Kəlimulla – Allahla söhbət edən, ( Musa peyğəmbərin epiteti)
Kələntər – rəhbər başçı
Kəmənd – qədim müharibələrdə düşmanı tutmaq üçün istifadə olunan kəndir
Kəmiyyət – miqdar, qədər, say
Kənan – Qədim Finikiya ilə Fələstin və Suriyanın bir hissəsindən ibarət olan bir ölkənin- Aralıq dənizinin Şərq sahilinin sami dillərindəki adı. Rəvayətə görə Nuh peyğəmbərin oğlunun adı ilə adlandırılmışdır
Kəramət – Alicənablıq, bağışlama, kərəm, xeyirxahlıq, ehtiram; dindarlara görə xarüqüladə işlər,möcüzələr və s
Kərbəlayı – İraqda Kərbalanı (oradakı müqəddəs sayılan qəbri) ziyarət edən adam. “Kərbala” sözünün mənası “ kədər, bəla, bədbəxtlik məkanı” deməkdir
Kərəm – Bağışlama, lütf, mərhəmət,inayət, comərdlik
Kərəmağa - Bax: Kərəm və Ağa
Kərəməli – Bax: Kərəm və Əli
Kərəmulla – Allahın kərəmi, tanrının mərhəməti. Bax: Kərəm
Kərim – Kərəm sahibi, comərd, alicənab adam, səxavətli, şan-şərəf yiyəsi, lütfkar, tanrıya aid edilən sifətlərdəndir
Kərimağa – Bax: Kərim və Ağa
Kərimbala – Bax: Kərim və Bala
Kərimxan – Bax: Kərim və Xan
Kərimşah – Səxavətli şah, mərhəmətli şah.
Kəsmət – şərtləşmə, razılaşma
Kərimulla – Tanrının mərhəmətli adamı, Allahın səxavətlisi
Kiçikbəy – Bax: Kiçik və Bəy
Kiçikbəyim – Bax: Kiçik və Bəyim
Kiçikxan – Bax: Kiçik və Xan
Kiçikxanım – Bax: Kiçik və Xanım
Köksal – Köklə, mənşə ilə əlaqədar olan; köklü
Köksan – Köklü, kökü, mənşəyi olan hesab etmək
Kövsər – Dini rəvayətə görə cənnətdə bir bulağın və ya hovuzun adıdır. Məs. çox gözəl, şirin su, dadlı içki; bədii ədəbiyyatda “ abikövsər” (cənnət suyu) biçimində çox işlənir
Köçəri – oturaq həyat keçirməyən
Kral – Böyük Karlın (lat. Karolus) adından yaranan bir addır
Kuran – Bax: Quran
Kral – Büyük Karlın adındandır.
Kutays – ” Kutaisi” şəhərinin (gürcü dilində “kuito” – daşlı yer mənasındadır) adındandır.
Külək – 1) bal, yağ saxlamaq üçün ağacdan hazırlanmış qulplu qab; 2) yel, külək
Kür – Cəsur, igid, qorxmaz, cəsarətli, ürəkli
Kürən – qırmızı rəngdə olan, saçı, tükü parıltılı sarı
Kürşad – ağlağan, qışqırıcı, şıltaq, pak, təmiz, şad
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |