loading...

Laylalar

Share Button

Uşaqlara özünüz layla deyin, səsiniz olsa da, olmasa da. Ananın həzin mahnısı uşağı sakitləşdirir, onun yuxulamasına kömək edir.

Laylanın psixoloji təsiri böyükdür. Siz həm körpənizi rahatlayırsınız, həm də hər axşam ona bir neçə dəqiqə vaxt ayırmaqla, onun sizin üçün nə qədər sevimli varlıq olduğunu bildirirsiniz. Axı uşaqlar sevildiklərini bilmək istəyirlər.

Lay-lay dedim yatasan,
Qızılgülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan.uyuyanusaq

****
Lay-lay beşiyim, lay-lay,
Evim-eşiyim, lay-lay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin, lay-lay.

****
Sudan sel iyi gəlir,
Daşdan gil iyi gəlir.
Ay mənim bircə balam,
Səndən gül iyi gəlir.

****

Qoxusu güldən gəlir,
Güldən, bülbüldən gəlir,
Balamın gül beşikdə,
Yuxusu birdən gəlir.

yatan korpeLay-lay dedim yat, balam.
Yuxuna şəkər qat, balam.
Ümidim bircə sənsən,
Boya-başa çat, balam.

             ****

Lay-lay dedim ucadan,
Səsim çıxdı bacadan.
Tanrı səni saxlasın
Çiçəkdən, qızılcadan.

 ****

Lay-lay dedim, ağlama,
Ürəyimi dağlama.
Böyü, bir qoç igid ol,
Mənə ümid bağlama.

           ****

Evində, eşiyində,
Yat, quzum, beşiyində.
Dan ulduzu, bir də mən
Durmuşuq keşiyində.

yatanusaq

Nar budağın əyəndə,
Ucu yerə dəyəndə,
Bir qoç qurban kəsəcəm
Balam “ana” deyəndə!

****

Qızıl üzüyün yanı,
Laylay, gözün qurbanı,
Yuxuya get, yoruldum,
Beşiyimin soltanı.

****

Lay-lay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün ətrindən
Öz yuxuna qatasan.

yatan ushaq

A lay-lay, gülüm lay-lay.
Gülüm, sünbülüm lay-lay.
Böyü, sənin sayəndə
Mən elə gülüm, lay-lay.

****

Lay-lay dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.

****

Bağda bül-bül oxuyur,
Saçda sünbül oxuyur.
Balamı iyləyirəm,
Elə bil, gül qoxuyur.

Share Button

3 şərh Laylalar üçün

  1. super kiz dedi:

    men buna girib bu laylalarin hamisina oxudum 5aldim

  2. super kiz dedi:

    Laylanın psixoloji təsiri böyükdür. Siz həm körpənizi rahatlayırsınız, həm də hər axşam ona bir neçə dəqiqə vaxt ayırmaqla, onun sizin üçün nə qədər sevimli varlıq olduğunu bildirirsiniz. Axı uşaqlar sevildiklərini bilmək istəyirlər.
    yatan korpe
    Lay-lay dedim yatasan,
    Qızılgülə batasan,
    Qızılgülün içində
    Şirin yuxu tapasan.
    ****
    Lay-lay beşiyim, lay-lay,
    Evim-eşiyim, lay-lay.
    Sən get şirin yuxuya,
    Çəkim keşiyin, lay-lay.
    ****
    Sudan sel iyi gəlir,
    Daşdan gil iyi gəlir.
    Ay mənim bircə balam,
    Səndən gül iyi gəlir.
    uyuyanusaqLay-lay dedim yat, balam.
    Yuxuna şəkər qat, balam.
    Ümidim bircə sənsən,
    Boya-başa çat, balam.
    ****
    Lay-lay dedim ucadan,
    Səsim çıxdı bacadan.
    Tanrı səni saxlasın
    Çiçəkdən, qızılcadan.
    Lay-lay dedim, ağlama,
    Ürəyimi dağlama.
    Böyü, bir qoç igid ol,
    Mənə ümid bağlama.
    ****
    körpə yatarkənEvində, eşiyində,
    Yat, quzum, beşiyində.
    Dan ulduzu, bir də mən
    Durmuşuq keşiyində.
    ****
    Nar budağın əyəndə,
    Ucu yerə dəyəndə,
    Bir qoç qurban kəsəcəm
    Balam “ana” deyəndə!
    ****
    Lay-lay dedim, yatasan,
    Qızılgülə batasan.
    Qızılgülün ətrindən
    Öz yuxuna qatasan.
    ****
    Bir gül əkdim boyunca,
    İyləmədim doyunca.
    Ömrüm, günüm uzansın
    Bu balamın toyunca.
    ****
    yatan ushaqA lay-lay, gülüm lay-lay.
    Gülüm, sünbülüm lay-lay.
    Böyü, sənin sayəndə
    Mən də bir gülüm, lay-lay.
    ****
    Lay-lay dedim həmişə,
    Karvan gedər enişə.
    Yastığında gül bitsin,
    Döşəyində bənövşə.
    ****
    Bağda bül-bül oxuyur,
    Saçda sünbül oxuyur.
    Balamı iyləyirəm,
    Elə bil, gül qoxuyur.
    Oxşar Məqalələr

Bir cavab yazın