M hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button

<

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Maarif  –  Əhalinin bilik, savad əldə etməsi üçün həyata keçirilən tədbirlər sistemi; bilik, savad, təhsil

Maarifə Bax: Maarif

Mahal – Əsli ”məhəll”dir. İnzibati ərazi vahidinin adı; vilayət, ölkə

Mahir  – Bişkin, bacarıqlı, usta, bilikli, məharətli

Mahmud –  Təriflənmiş, tərifli, tanınmış, şöhrətlənmiş

Mail –  Meyilli, hər hansı bir tərəfə əyilən; bir şeyə meyl və həvəsi olan; sevən, istəyən, mübtəla, düşkün

Maqsud  –  Məqsəd, məram, istək, niyyət olunmuş, arzu edilən. Adətən, oğlan istəyi ilə arzularına çatan ailələr tərəfindən bu ad qoyulur

Malik –  Yiyə, sahib

Manaf –  Qədim ərəb bütünün adıdır

Mansur –  Qələbə çalmış, üstün gəlmiş, qalib

Maşallah –  “ Mə şəə Allah” sözlərinin birləşməsindən yaranmışdı, “ nəyi ki Allah istəyir”, “ Allahın istədiyi” (bəndə, adam) anlamını verir. Türkcə başlıca olaraq “Allah bəd nəzərdən qorusun”, “Allah saxlasın”, “ afərin”, “ əhsən” kimi anlamlarda bəyənmə bildirir

Mayıl - Bax: Mail
Mayis - İlin beşinci ayı, may ayı, adətən bu ayda doğulan uşaqlara qoyulan adlardandır

Mehbala - ” Meh” (bu söz farscadır: böyük, ulu,iri) və “ bala” (bax) sözlərindəndir

Mehdi - Doğru yolda olan, düz yol tutmuş; Allah tərəfindən göndərilmiş

Mehdixan – Bax: Mehdi və Xan

Mehman - Qonaq

MehmandarQonaqsevər qonaqpərəst

MehmanyarYarın qonağı, sevgilinin müsafiri

Mehralı - Bax: Mehrəli

Mehrəli Əlini mərhəməti, mehri, sevgisi, məhəbbəti

Məcid – Şanlı, şərəfli, əzəmətli, görkəmli, adlı-sanlı. Allahın 99 adından biri də budur

Məcnun Dəli, divanə; məs. aşiq, vurğun, dəlicəsinə sevən

Mədəd - Yardım, kömək, imdad, aman

Məftun  - Sevən, aşiq, vurğun; dəlicəsinə sevən; heyran olan, valeh olmuş

Məğrur – Əyilməz, qürurlu, vüqarlı; mənlik duyğusu olan; təkəbbürlü; birinə və ya bir şeyə güvənən

Məharət Bacarıq, qabiliyyət, hünər

Məhbub  – Sevgili, məşuq; sevilən, istəkli; dost, yar, aşiq

Məhəd Əsli ”məhd”dir, beşik deməkdir

Məhəddin Dinin beşiyi

MəhəmməTərif edilən, çox xoşa gələn, bəyənilmiş. Sözün əsli ”Muhamməd”dir. Azərbaycan türkləri bunu Məhəmməd, Məmməd, Məmiş, Məmi ( və hətta Məmoş, Mamoş, Məmo) biçiminə salmışlar. Anadolu türkləri (Məhməd, Məhmət), Məməd(Məmət), Orta Asiya türkləri Maqombet, Maqambet, Mamad, Mambet, Mahmad və s. bu kimi biçimlərdə işlədilir. Özündən əvvəl və sonra gələn bir sıra sözlərlə birləşərək mürəkkəb adlar əmələ gətirir: Məhəmmədağa, Məhəmmədqulu, Məhəmmədəli və s.

Məhərrəm –  “ Həram” sözündəndir. Qadağan olunmuş, icazə verilməyən, haram sayılan. Ərəb qəməri təqviminin birinci ayı. Deyilənə görə cahilliyə dövründə bu ayda müharibə eləmək qadağan olunduğu üçün həmin aya bu ad verilmişdir. Din tarixində məşhur Kərbəla hadisələri-imamların qətli bu ayda olduğundan şiələr tərəfindən yas ayı hesab edilir.Çox zaman həmin ayda doğulan uşaqlara bu ad qoyulur
Məhyəddin –  Əslində ”muhəyyəddin”dir. Dinin siması, dinin mahiyyəti

Məqsəd - İstək, məram, arzu edilən, niyyət

Məlik – Padşah, hökmdar, kral.

Məlikməmməd  –  Bax: Məlik və Məmməd.

Məlikşah  –  Şahlar şahı, hökmdarlar hökmdarı

Məmməd - Bəyənilmiş, öyülən, çox mədh edilən anlamını verən ”Muhəmməd” in qısaldılmış biçimidir.Bir sıra sözlərlə birləşərək mürəkkəb adlar meydana gətirilibdir: Məmmədağa, Məmmədbağır, Məmmədqulu, Məmədəli, Məmmədkazım, Məmmədrza, Məmmədxan, Məmmədhəsən, Məmmədşah, Məmmədkərim, Məmmədtağı

Məmmədyar  – Məmmədin dostu,Məmmədin köməkçisi,yardımçısı

Mənsim - ”Məsum”-un dəyişikliyə uğramış biçimi

Mənsur - Bax:Mansur

Mənuçöhr  – Qədim iran Allahı sayılan Manunun nəsilindən olan, Manu sifət,Manu çöhrə

Mərcan – .Dəniz və okeanların dibindən çıxarılan al-qırmızı,çəhray,ağ rəngli daşlaşmış dəniz heyvanı

Mərdan - Farsca ”mərd” sözünün cəmidir:kişilər,kişilərin şahı,kişiyə məxsus,igidlər,qəhrəmanlar

Mərifət  – Qanacaq,ədəb,tərbiyə,bilik,elm,kamal, məharət,hünər

Məstan – Sərxoş,məst.kefli,axıcı,süzgün,xumar,bədxərc

Məsud  – Xoşbəxt.bəxtiyar,səadətli

Məsum – Günahsız,təqsirsiz,təmiz

Mətin  - Bərk, davamlı, möhkəm; səbatlı, dönməz, dayanıqlı, sarsılmaz

Mətləb –  Dilək, arzu, məqsəd, istək, tələb, məsələ, mövzu, işinin mahiyyəti, iş, nəticə

Məzahir –  “Məzhər” sözünün cəmidir. Təzahür etmə; əldə etmə, nail olma

Mikayıl –  Əsli “Mikael”dir. Yaxveyə (qədim yəhudi Allahına) bərabər olan, Tanrıya müqabil olan.Dini rəvayətə görə dörd mələkdən biri-canlıların ruzisini təmin edən mələyin adıdır

Miri - “ Mir” İlə başlayan adların ixtisar və əzizləmə biçimi

Miriş -  “ Mir” ilə başlayan adların əzizləmə biçimi

Mirkəlam  –  Çox gözəl, xoş və yaxşı danışan. Türkcə buna ”xan sözü”, “ bəy sözü” deyilir
Mirzə  – ” Əmirzadə” sözünün ixtisar biçimidir. Şəxs adlarının həm önündə , həmdə sonunda işlədilir.Əvvəlində işləndikdə rütbə, sonunda işləndikdə isə şahzadəlik bildirir. Vaxtilə dövlət adamlarını və yazı-pozu ilə məşğul olan adamları belə adlandırırdılar; katib, yazmağı bacaran. Hörmət əlaməti olaraq “bəy”, “ ağa” anlamında işlədilmişdir. Başqa adlarla birləşərək mürəkkəb adlar əmələ gətirilir.Bir neçə nümunə: Mirzəağa, Mirzəbala, Mirzəxan, Mirzəqulu, Mirzəli, Mirzəkişi, Mirzəhüseyn

Misir –  Ölkə, vilayət; böyük şəhər

Misirxan - Ölkə xanı; böyük şəhərin xanı

Mobil - Ərəbcə ”müqbil” in( xoşbəxt, bəxtəvər) dəyişikliyə uğramış şəkli

Möhnət - Əziyyət, zəhmət, qayğı; kədər, qüssə; bəla, müsibət

Möhsüm -  “Möhsün”ün təhrif olunmuş şəkli

Möhtərəm  –  Əziz, hörmətli, ehtirama layiq adam

Möhtəşəm  - Əzəmətli, öz böyüklüyü ilə insanı valeh edən; həşəmətli; ehtişamlı, göz qamaşdıran

Mövlud –  Doğulmuş, anadan olmuş, dünyaya gəlmiş, anadan olma, dünyaya gəlmə

Mövsüm –  Fəsil. İlin dörd fəslindən hər biri; bir şeyin bəlli vaxtı, çağı

Muxtar  –  Müstəqil, özü-özünü idarə edə bilən, ixtiyarı əlində olan; sərbəst, azad; istədiyi kimi hərəkət edə bilən; seçilmiş

Murad –  Dilək, istək, arzu; məram

Muradxan - Bax: Murad və Xan

Murtuz  –  Bəyənilmiş, seçilmiş; seçkin

Murtuza - Bax: Murtuz

Musa - Bu adın etimolojisi ilə bağlı iki fikir vardır. Bəzilərinə görə qədim Misir dilindəki ”mesu” sözündəndir, uşaq, bala deməkdir. Rəvayətə görə Misir şahzadə qadının oğulluğa götürdüyü Musa peyğəmbər Nil çayında üzdüyü üçün ona bu ad verilmişdir. Musanını bir anlamı da ”sudan çıxarılmış”, “ sudan gələn, su ilə gələn”dir. Kimiləri də bunun ibranicə “Moşe” (yəhudi hakimi, qanun verən, qanun çıxaran, qanunverici) olduğunu yazırlar

Mustafa - Bəyənilmiş, seçiliş, seçkin; saf, təmiz, süzülmüş.

Mübarək - Bərəkətli, bol; uğurlu, xeyirli, xoş, yaxşı; müqəddəs, əziz, hörmətli; gözaydınlığı vermə, bir münasibətlə təbrik etmə

Mübariz - Bəlli bir amil, iş uğrunda mübarizə aparan adam, vuruşan, döyüşən, iddialı

Müqəddəs –  Təmiz, saf, nöqsansız; mübarək; məs. sevimli, çox əziz, istənilən

Mülayim –  Yumşaq, həlim; xoş, ürəyəyatan; yararlı,layiq

Mürsəl –  Yola salınmış, göndərilmiş, elçi; peyğəmbər, rəsul.

Mürşid - Doğru yol göstərən, rəhbər; bələdçi; təriqət şeyxi-müridlərə rəhbərlik edən təriqət başçısı

Mürvət - “Mürvvət”in təhrif olunmuş biçimi

Müseyib –  Atılmış, diqqətsiz qoyulmuş; azad, sərbəst; laqeyd, əhəmiyyət verməyən, diqqətsiz

Müsəllim - Vaxtilə vəkil, naib, vali müavini vəzifələrini tutanlara verilən bir addır. Əvəz eləyən, inkar və etiraz olunmaz anlamını da verməkdədir

Müslim - Müsəlman, islam dininə mənsub olan adam; itaətkar, itaət edən; müti, mömin

Müşərrəf –  Şərəflənmiş, şərəfli, izzətli, əzizlənmiş

Müşfiq –  Ürəyiyumşaq, şəfqətli, mehriban, mərhəmətli, incə qəlbli, nazik ürəkli

Mütəllim - Dərs alan, elm öyrənən, oxuyan

Müzəffər –  Qalib, qalibiyyətli; qələbə çalan, zəfər çalmış, üstün gəlmiş; uğurlu, müvəffəq olan

 

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ
Share Button

1 şərh M hərfi ilə başlayan oğlan adlarının mənası üçün

Bir cavab yazın