loading...

Mastitlə mübarizənin 6 yolu

Share Button

Mastitin əsas əlamətləri

Mastit (döş vəzisinin iltihabı, “döşgəlmə”) adətən uşaq südü vaxtında əmməyəndə, ya da ana südü qəfil kəsəndə baş verir. Çox vaxt doğuşdan sonrakı ilk 3 ay müddətində (bəzən də daha gec) müşahidə olunur. Süd axmayanda döşün bir və ya bir neçə kanalı tutulur, süd gəlmir. Bu halda mastitin əlamətlərini hiss edə bilərsiniz.

  • mastitdöşün ucunda və ətrafında ağrı, döşdə qızartı, bəzən hətta göyərmə
  • bədən temperaturunun yüksəlməsi (bəzən 40 dərəcəyə qədər)
  • qripdə olduğu kimi üşütmə və tərləmə
  • halsızlıq və zəiflik
  • ağırlaşanda ürəkbulanma, qusma

Mastitin əlamətləri özünü  sürətli şəkildə göstərir. Bu əlamətlərdən hər-hansını müşahidə etsəniz, həkimlə danışın, ağır halda sizə uşağa zərər verməyəcək antibiotik məsləhət görə bilərlər. Vaxtında qarşısını almasanız, döşünüzdə çirk yığılar və bu çirk sizi əməliyyat masasına qədər aparıb çıxara bilər! (Döşgəlmədən əziyyət çəkən qadınların 10%-i əməliyyata getməli olur)

Mastinin qarşısını almağın 6 yolusud emen ushaq

1. Rejimə riayət edin. Mastitin qarşısını almaq üçün ilk günlər uşağı müntəzəm şəkildə, sonrakı günlər rejimə uyğun olaraq əmizdirin, bu onun da xeyrinədir.

2. Südü çıxarın. Mastit varsa, uşağı əmizdirməkdən çəkinməyin, bu, südü çıxarmağın ən yaxşı yoludur. Mastit olanda, olmasa da–rejim pozulursa, körpənizi hansısa səbəbdən rejimə uyğun vaxtda əmizdirə bilmirsinizsə, südü “sağın”. Bunun üçün xüsusi aparatlar var və onlar südü daha sürətlə, daha ağrısız (yalnız ilk günlər ağrı ola bilər) sağmağa kömək edir.

doshun massaji3. Masaj. Aparat ala bilmirsinizsə, döşü dairəvi şəkildə masaj etməklə südü çıxarmaq olar. Əllərinizi yağlayın, döşünüzün üzərində dairə çəkirmiş kimi hərəkət etdirin. Əvvəl ehtiyatla, getdikcə təzyiqlə masaj edin. Bundan başqa barmaqlarınızla döş giləsinin ətrafındakı hissədən tuta və döşünüzü yenə dairə cızırmış kimi fırlada bilərsiniz. Bu hərəkəti getdikcə sürətlə edin. Sonra iki əlinizlə kənarlardan mərkəzə doğru, az təzyiq göstərməklə sıxın.

4. Kompres. Mastit zamanı kompreslərdən də istifadə edilir. Döşün üstünə (gilə və gilə ətrafına yox, qızarmış hissəyə) bişməmiş, sürtgəcdən keçirilmiş katrof, ya da duzlu su kompresi qoymaq olar.

5. İçdiyiniz mayenin miqdarını azaldın. Problem həll olunana qədər su, çay, kompot və s. daha az içməyə çalışın ki, döşünüz həddən artıq dolmasın.

6. Südü qəfil kəsməyin. Bu, həm uşağınız üçün zərbə olar, həm də döş axarları tutulduğu üçün mastitlə nəticələnər. Südü tədricən, əvvəl yalnız bir əmizdirməni dayandırmaqla kəsməyə başlamaq lazımdır. (ətraflı “Uşağı süddən kəsməyin ən yaxşı yolu” yazısında)

Mastitin əlamətlərini hiss etsəniz belə, uşağı əmizdirməyə davam edin. Bu kanalların açılması, südün çıxarılmasının ən yaxşı yoludur. Ağırlaşma olarsa, həkim uşağı süddən kəsməyi məsləhət görə bilər.

Share Button

Bir cavab yazın