loading...

Mayalanma dövrü nə etməli

Share Button

r ikimiz məsuliyyətli olaq

hamiləliyin 2-ci həftəsi - mayalanmaMayalanma çox vaxt menstruasiyanın ilk günündən iki həftə sonra–ikinci həftənin sonu, üçüncü həftənin əvvəli baş verir.

Yoldaşınıza da deyin ki, bu müddətdə ehtiyatlı olsun, isti vanna qəbul etməməlidir. Heç bir halda mübahisə etməməlisiniz. Çünki spermatazoidlər incə və dəymə-düşər varlıqlardır (1 eakulyatda 20 milyon olması heç təsadüfi deyil!). Onlar öz aktivlik qabiliyyətlərini ən yüngül stresdən itirə bilərlər.

Hər ikiniz alkoqoldan imtina edin. Alkoqol spermalara birbaşa, öldürücü təsir göstərir.

Alkoqol qəbulundan 3 gün keçməsinə, şəxsin tam ayıq vəziyyətə qayıtmasına baxmayaraq, spermatazoid özünü hələ də sərxoş kimi aparır. Onların hərəkət və mayalanma qabiliyyəti 15 dəfə zəifləyir.

Hətta hərdənbir çəkdiyiniz (siz, yaxud həyat yoldaşınız) siqaret dölə pis təsir göstərir.

Hamilə olmaq istəyirsinizsə, bəzi şeyləri bilməlisiniz:

  • Mayalanma dövründən (menstruasiyanın ilk günündən iki həftə sonra) əvvəlki 2-3 gün ərzində cinsi münasibətlərdə fasilə edin. Fasilə zamanı həyat yoldaşınız lazımi qədər spermatozoid “yığar” (bəzi cütlüklər üçün fasilə vacib deyil)
  • Cinsi əlaqəyə hamilə olmaq məqsədiylə hazırlaşırsınızsa, yuyunanda sabundan istifadə etməyin. Təmizləyici vasitələr uşaqlıq yolundakı mühitə təsir edir. Spermatozoidlər xarici mühitin kimyəvi təsirinə çox həssasdırlar, dəyişilmiş uşaqlıq boynu mayesi belə onlara öldürücü təsir göstərir.
  • Seks zamanı mayalanma üçün ən ideal vəziyyət “missioner” (kişini yuxarıda olduğu) vəziyyətdir.
  • Cinsi əlaqədə olandan sonra 20-30 dəqiqə uzanmaq məsləhətdir, uzananda mayalanma ehtimalı artır. Uzananda çanaq hissəni qaldırmaq lazımdır (belinizin altına döşəkcə qoya bilərsiniz).

ata balasini qoxulayanda

Keçmişdə övladın olmamasının səbəbini birbaşa qadında axtarırdılar. Kişinin sağlamlığına heç kimin şübhəsi olmurdu. Yalnız keçən əsrdə tibb sübut etdi ki, kişilər də sonsuz ola bilər. Məlum oldu ki, uşaq olmayan ailələrin 45%-də sonsuz olan qadındırsa, 40%-də sonsuz kişidir, 15%-də isə hər iki tərəfin problemi var. 21 qadın, 19 kişi faktorunun sonsuzluğa səbəb olduğunu müəyyən ediblər.

Bəzən cütlük problemin kimdə olduğunu təsəvvür etmir. Həkimə müraciət etmək vacibdir. Həkimlərin məqsədi “günahkarı” müəyyən etmək deyil, problemi aradan qaldırmaq, cütlüyə valideyn olmaq xoşbəxtliyini bəxş etməkdir

Share Button

1 şərh Mayalanma dövrü nə etməli üçün

  1. salam.mende hamileliyin 5ci hefdesidi.ama qana benzer tund maye gelir,agrilarimda var.bunun ne kimi tehlukesi var?

Bir cavab yazın