loading...

Meditasiyanın hamiləyə faydası

Share Button

Meditasiya

hamile otluqda

Bu, tənəffüsünüzü idarə etmək kimi bir şeydir, gərginliyi azaltmağa kömək edir. Meditasiya həm fiziki, həm də mənəvi sağlamlığa köməkdir, gərginliyə cavabdır. Adam elə bil boşalır, sakitləşir.

Hamiləlik zamanı meditasiya xüsusilə əhəmiyyətlidir. Hormonal dəyişiklik, əsəblərin pozulduğu bir vaxtda həm dölün, həm də sizin sakitliyinizi bərpa etmək üçün çox vacibdir.

Meditasiya üçün əvvəla, sakit oturmaq, həm də rahat yerdə oturmaq və cəhd etmək lazımdır. Gözlərinizi yumun, bir neçə dəfə azad nəfəs alın və meditasiyaya başlamaq üçün dərindən nəfəs alıb, fikrinizi cəmləyin. Hansısa sözdən (məsələn, “sakit, sakit, sakit”, “sülh, sülh”) və ya səsdən istifadə etmək olar. Ətrafı unudun, təsəvürünüzdə bir sakitləşdirici obraz yaradın, ya da öz ürəyinizin döyüntüsünə qulaq asmağa çalışın.

Meditasiya 15 dəqiqədən 30 dəqiqəyə qədər çəkə bilər. Bir qədər sonra siz ətrafdakı qıcıqlara, gərginliyə fikir vermədən nəfəs almağa, meditasiya aparmağa öyrəşəcəksiniz. Gərgin anlarda, alışsanız istədiyiniz anda və istədiyiniz yerdə meditasiya köməyinizə gələr.

Meditasiya orqanizminin sakitləşməsinə və cavanlaşmasına imkan verər.

Dərindən nəfəs alın

Tənəffüsünüzü idarə etməyi bacarmalısınız. Atletlər həmişə qaçışdan əvvəl dərindən nəfəs alırlar. Çünki gərginlik yaranan kimi orqanizmin oksigenə tələbatı artır. Siz də tənəffüsünüzü idarə etməyi öyrənin.

hamile topda

  • Əlinizi qarnınıza—göbəyinizin bərabərinə qoyun.
  • Dərindən nəfəs alın. Hava ciyərlərinizə dolduqca əliniz azacıq qalxmalıdır.
  • Ciyərlərinizin hava ilə dolduğunu hiss etməlisiniz.
  • Əlinizin qarın əzələsi ilə birgə qalxdığını hiss etməlisiniz.
  • Ciyərlərinizdəki havanı birdən-birə buraxmayın. Nəfəsinizi yavaş-yavaş verin, 5-ə qədər sayın.
  • Nəfəsinizi verəndən sonra gülümsəməyi unutmayın.
  • Bu hərəkəti dalbadal iki dəfə edin.
  • Sonra normal nəfəs alın.
  • 1-2 dəqiqədən sonra yenə dərindən nəfəs alın.
  • Bu əməliyyatı 2-3 dəfə təkrarlayın.

 

Bu əməliyyat yüngülləşməyə, gərginliyin azalmasına kömək edir. Siz bunu hamilə olmasanız da, istədiyiniz vaxt, istədiyiniz yerdə edə bilərsiniz və heç kim sizin nə ilə məşğul olduğunuzu başa düşməz.

Share Button

Bir cavab yazın