loading...

N hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Nadir   – Az tapılan, az ələ düşən; əcayib, qeyri-adi, qəribə

Nağı – Ərəbcə ”nəqi” olan bu söz ”təmiz, pak, qarışığı olmayan, saf” anlamlarını verir. Guya cənnətin səkkiz bölməsindən dördüncüsünün adıdır. Anadolu türkləri bunu “naki” eleyiblər

Nahid 1) Zöhrə ulduzu, Venera; 2) Həddi-büluğa çatmış gənc(qız)

Naib  – Böyük bir vəzifə sahibini əvəz edən, birinin yerində oturan; vəkil, canişin; köməkçi, müavin, yardımçı; əlaltı, yerli inzibati idarə rəisi-başçı, qazı, şəriət hakimi; katib

Nail  – Muradına yetən, ələ keçirən, istəyinə çatan, məqsədinə müvəffəq olan

Naim  – Əsli ”nəim”dəndir. Xoşbəxt, bolluq içində yaşayan, bəxtəvər

Namiq  – Yazı ilə məşğul olan, yazan, katib, mühərrir, yazıçı, naxışlamaq, bəzəmək

Namiqkamal –  Əslində Türkiyənin tanınmış şairi və dramaturqu Namiq Kamalın (1840-1888) birləşdirilmiş biçimidir. Bax: Namiq və Kamal

Nami  – Bitən, yetişən, göyərən, törəyən

Namizəd –  Bir yerə, vəzifəyə seçilmək və ya qəbul olunmaq üçün adı göstərilən şəxs; nişanlı, adaxlı, ad olunmuş, nümayəndə

Naseh  – Məsləhətçi; Məsləhət verən, nəsihətçi

Nasir  - 1) Yardımçı, köməkçi, kömək edən;2) yazıçı, yazar

Natiq - Gözəl danışıq qabiliyyəti olan, təmtəraqlı danışıq bacarığı, bəlağətlə danışan

Nazim –  Tərtib edən, düzənləyən, nizama salan, tənzimləyən, qaydaya salan; mənzum əsərlər yazan, şair, nəzmə çəkən

Nazir  – Dövlət idarəsinin bəlli bir sahəsinə başçılıq edən yüksək vəzifəli şəxs (bakan) ; nəzarət edən, baxan, idarə edən

Nazmi - Bax: Nəzmi.

Nemət  – Yaxşılıq, bəxşiş, ehsan; dövlət, sərvət; yeyiləcək və içiləcək şeylər, çörək

Nemətulla  – Allahın neməti, Tanrının dövləti

Nəbi  – Xəbər verən, xəbər gətirən, peyğəmbər

Nəbil  – Fəzilətli, zəkalı, ağıllı; tərbiyəli, gözəl xasiyyətli

Nəcat  – Qurtulma, qurtuluş, xilas olma, salamatlıq, nicat

Nəcati -  Bax: Nəcat

Nəcdət –  İgidlik, qəhrəmanlıq, şücaət

Nəcəf –  1) İraqda bir şəhərin adı; 2) arıq, incə, zəif; 3) Nəcəf şəhərində çıxan büllur növü-nəcəf daşı ( qadın bəzək əşyası). Bir sıra adlarla birləşərək mürəkkəb adlar meydana gətirir. Nəcəfağa, Nəcəfqulu, Nəcəfəli, Nəcəfxan və s.

Nəcib  – Nəcabətli, əsilli; yaxşı, ürəyi təmiz, alicənab; məs. gözəl, göyçək, incə

Nəcməddin –  Dinin ulduzu

Nəcmi  – Ulduzla əlaqədar olan, ulduza aid

Nəhməd  –  Acgözlük, hərislik, Əslində”nəhmət”dir

Nəriman  –  Güclü, qüvvətli, qüdrətli

Nəroğlan - Farsca ”nər” (erkək dəvə) və türkcə “oğlan” sözlərindən yaranmış addır. Qəhrəman oğlan, cəsur oğlan

Nəsib – Əsli-nəcabəti olan, nəcabətli, köklü, soylu, əsilli

Nəsibulla  – Nəsibi Allahın əlində olan, Allahın nəcabətlisi

Nəsimi –  Mehə, xəfif küləyə aid olan

Nəsir – Kömək, yardım

Nəsrəddin  – Dinin köməyi, dinin yardımı

Nəsrulla –  Tanrının yardımı, Allahın köməyi, Allahın qələbəsi

Nəşat - Sevinc,şən olma, kef, şadlıq. Bunun “Nəşati” biçimi də vardır

Nəzərxan - Bax: Nəzər və Xan

Nəzif –  Təmiz, pak, saf, təmizkar
Nəzir –  Bənzər, nümunə, oxşar, tay, misal

Nəzmi –  Nizam, tərtib, düzənləmə; şerlə, şerin sıralanması ilə əlaqəli olan; mənzumə; şerin nizamına aid

Nicat - Bax: Nəcat

Niftalı -  Əslində ərəbcə ”nüftə” (toxum, maya) və “Allah” sözlərindən meydana gətirilmiş bir addır. Allah övladı, Tanrının yaratdığı

Nihad –  Xasiyyət, təbiət, yaradılış, səciyyə, xilqət

Nihal  – Fidan, şiv, cavan ağac; məs. incə, boy-buxunlu gözəl, şux qamətli

Niyaməddin  – Əslində “nəiməddin” dir. Bax: Nəiməddin

Nəiməddin –  Dinin bolluğu, dinin neməti

Niyaz –  Xahiş, yalvarma, yalvarış; ehtiyac; dua eləmə, bəxşiş

Niyazi  – Niyaza aid olan. Bax: Niyaz

Nizam –  Qayda, tərtib, üsul; düzülüş, sıra, cərgə

Nizami –  Nizamlı, müntəzəm; qayda-qanuna uyğun; dövlət və hökumət qanununa aid; hərbi intizam, hərbi qayda-qanun

Nizaməddin –  Dinin nizamı. Bax: Nizam

Niyyət  - Amal, məqsəd, məram; dilək. Arzuladıqları oğlan uşağı dünyaya gəldikdə bu ad qoyulur

Novruz  –  Hərfi mənası: yeni gün; bir sıra Şərq xalqlarının təqvimində təzə ilin ilk ayı olan martın 20-22-nə təsadüf edən bayramı, bahar bayramı.Adətən, bu ayda doğulan oğlan uşaqlarına qoyulan adlardandır. Bir sıra mürəkkəb adlar da meydana gətirir. Novruzağa, Novruzbala, Novruzxan, Novruzqulu, Novruzəli və s.

Növrəs –  Yeni yetişmiş, yeni bitmiş, yeniyetmə,gənc, növcavan

Nuh –  Əsli ”Noah”dır.Təsəlli, təskinlik, rahatlıq; fərəh. Dini rəvayətə görə yer üzünü su basarkən, hər canlıdan bir cüt gəmisinə götürüb insan və digər canlıların nəslinin törəyib yaşamasını təmin edən üçüncü peyğəmbərin adındandır. Bir sıra adlarla birləşərək mürəkkəb adlar da yaradır. Nuhbala, Nuhbaba və s.

Nur - İşıq, aydınlıq, parıltı; hörmət, şan, şöhrət. Özündən əvvəl və sonra gələn bir sıra sözlərlə birləşərək mürəkkəb adlar meydana gətirir.Bəzi nümunələr: Nurağa, Nuralı, Nurbala, Nurbaba, Nurbadam, Nurbacı, Nurbəyim, Nurbibi, Nurbikə, Nurqələm, Nurəli, Nurəhməd, Nurxanım, Nursima, Nursədəf, Nurpaşa, Nurməmməd, Nurpəri və s.

Nürəddin - Dinin işığı,dinin şərəfi

Nuri –  İşığa aid olan, işıqlı, aydınlaşmış

Nurlan - İşıq alan, işıqlanan, parlayan; işıqlı, parlaq, aydınlanan

Nuridə  – Gözün işığı, gözün nuru, sevimli övlad
Nuru - “Nur” ilə başlayan adların ixtisar və oxşama biçimi

Nurulla –  Allahın işığı, nuru, Tanrının şərəflisi

Nüsrət –  Yardım, kömək; qələbə, zəfər, üstünlük

Nüzhət –  Əylənmə, ürəyi açılma, könül şadlığı, sevinib-gülmə

 

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın