loading...

N hərfi ilə başlayan qız adlarının mənası

Share Button

Nadirə-  Bax: Nadir.

Nahidə- Bax: Nahid.

Naxış-  Əslində “nəqş”dir. Şəkil, bəzək, cizgi.

Naibə-  Bax: Naib.

Nailə-  Bax: Nail

Naimə-  Bax: Naim.

Namiqə-  Bax: Namiq.
Namiyə-  Bax: Nami.

Nanə-  Yeyilən ətirli göyərti növü, bitki.

Narçiçək- Nar çiçəyi, narın gülü.

Nargilə-  Nar dənəsi, narın giləsi

Nargül- Narın gülü, nar çiçəyi

Nargülü-  Bax:Nargül

Narxanım-  “Narın” və “xanım” sözlərindəndir. İncə, zərif, xanım.

Narı- ”Nar” ilə başlayan adların ixtisar və oxşama biçimi.

Narın- Əski türkcə ”orta” ,”iç” anlamlarında işlənmişdir.İncə, zərif, zəif, nazik, xırda

Narınc- 1) Portağaldan kiçik bir qədər turş xoş iyli sitrus bitkisi; 2) tünd sarı rəng.

Narıngül- Zərif gül, incə gül
Nasihə- Bax: Naseh

 

Natəvan-  Heysiz, taqətsiz, gücsüz; zəif, halsız.

Natiqə- Bax: Natiq.

Nazbacı-  Nazlı, cilvəli bacı, şıltaq, işvəli qız(gözəl)

Nazbəyim-  Ərköyün, nazlı xanım, cilvəli gözəl.

Nazbibi-  Cilvəli bibi, nazlı dilbər, işvəli

Nazənin-  Nazlı, qəmzəli, cilvəli, işvəkar, nazlanan, lətif, incə , məlahətli, gözəl; naz-nemətlə alışmış, firavan həyat keçirmiş.

Nazgül-  Naz eləyən çiçək , nazlı

Nazxanım-  Nazlı xanım, ədalı, işvəli xanım.

Nazı-  ”Naz”la başlayan adların kiçiltmə və əzizləmə biçimi.

Nazilə-  “Nəzələ” felindən əmələ gələn ”nazil” sözündəndir. Enmiş, göydən enmiş; məs. göndərilmiş

Nazik- İncə, zərif, cansız, arıq ; məs. qəşəng, incə, nəzakətli.

Nazqədəm(f-ə)-q. Qədəmləri nazlı olan gözəl. Bu adın Qədəmnaz biçimi də vardır.

Nazlı-  Şıltaqlıq edən, ərköyün, naz satan, ərköyün böyümüş. Həmçinin bax: Nazənin.

Nazlıgözəl-  “Nazlı” və “gözəl” sözlərinin birləşməsi yolu ilə yaranmış addır.

Nazlım- ” Nazlı” sözünün birinci şəxsə aid edilməsi yolu ilə yaradılmışdır.

Nazmi- Bax: Nəzmi.

Naznaz-  Nazlı, ədalı; qəmzə, işvə. Həmçinin bax: Nazənin

Nazpəri- Naz eləyən pəri; qəmzəli pəri

Nəbahət-  Şan, şöhrət, şərəf.

Nəcibə-  Bax: Nəcib.

Nəcmiyyə-  “ Ulduzə” adının ərəbcəsi. Ulduza aid olan.

Nərgiz-  Əslində “Natrsiss” və ya “Narkiis”dir. “Narkao” (keyimək, donub qalmaq) sözündəndir. Sarı çiçəkləri olan gözəl bir çiçək növüdür.Rəvayətə görə Nartsiss adlı gənc oğlan suda öz əksini görüb , özü özünə vurulur və sudakı əksinin üstünə yıxılaraq ölür. Allah onu çiçəyə çevirir. Narkoz sözü də həmin kökdəndir. Elə buna görə də bu ad ”özü özünə vurulan” kimi də izah olunur.

Nəriman- Güclü, qüvvətli, qüdrətli.

Nərmin- Yumşaq, lətif, mülayim.

Nərminaz-  Əslində “Nərminnaz”dır. Nazı xoşa gələn, işvə və qəmzəsi lətif olan, incə nazlı.

Nərminə –  Bax: Nərmi, Nərmin

Nəsibə- Bax: Nəsib.

Nəslixan-  Xan nəslindən, xan soyundan olan, köklü, soylu, əsilli

Nəslişah-  Şah nəslindən, şah soyundan olan, köklü, soylu, əsilli

Nəsrin- Ağ rəngli kiçik bir çiçək növü.Buna Van gülü, Misir gülü, Nəstərən də deyirlər. Həmçinin itburnu.

Nəzifə-  Bax: Nəzif.

Nəzihə- Təmiz, əxlaqlı, saf, pak.

Nəzirə- Bax: Nəzir.

Nəzmiyyə-  Bax: Nəzmi

Nigar-  Əsli ”neqar”dır. Rəsm, təsvir, şəkil, naxış; büt; məs. şəkil kimi gözəl, göyçək, sevgili.

Nilgün-  Mavi rəngdə, hava rəngində olan, lacivərd.

Nilay-  “Nil” (mavi, lacivərd, havarəngi, lil; mavi boya hasil edilən tropik bitki) və “ay” sözlərindən yaranmış addır.

Nilufər- Ağ, sarı, mavi çiçək açan suzanbağı.

Nisə-  Qadın.

Nisəxanəm-  Bax: Nisə və Xanım.

Nişan-  Əlamət, əsər, xatirə, iz; hədəf, hədəfə tuşlanmaq; evlənmək istəyən oğlanla qızın ilk mərasimlərindən biri.

Nişanə- Bax: Nişan

Novruz-  Hərfi mənası: yeni gün; bir sıra Şərq xalqlarının təqvimində təzə ilin ilk ayı olan martın 20-22-nə təsadüf edən bayramı, bahar bayramı.Adətən, bu ayda doğulan oğlan uşaqlarına qoyulan adlardandır. Bir sıra mürəkkəb adlar da meydana gətirir. Novruzağa, Novruzbala, Novruzxan, Novruzqulu, Novruzəli və s.

Növrəs- Yeni yetişmiş, yeni bitmiş, yeniyetmə,gənc, növcavan

Növrəstə- Bax: Növrəs.

Nubar- İlk dəymiş meyvə, tərəvəz; birinci dəymiş meyvə

Nur- İşıq, aydınlıq, parıltı; hörmət, şan, şöhrət. Özündən əvvəl və sonra gələn bir sıra sözlərlə birləşərək mürəkkəb adlar meydana gətirir.Bəzi nümunələr: Nurağa, Nuralı, Nurbala, Nurbaba, Nurbadam, Nurbacı, Nurbəyim, Nurbibi, Nurbikə, Nurqələm, Nurəli, Nurəhməd, Nurxanım, Nursima, Nursədəf, Nurpaşa, Nurməmməd, Nurpəri və s.

Nural-  İşıqlanan, aydınlanan, işıq alan; müqəddəs işıq.

Nuran- İşıqlı, ziyalı, aydın, aydınlıqlanan.

Nuranə-  Aydın, işıqlı, nurlu; şöhrətli, şanlı,ərəfli.

Nuray-q. Ayın işığı, nuru; “ Aynur”un tərsi.

Nurbəniz-  Parlaqüzlü, çöhrəsi işıqlı, aydın, gözəl üzlü dilbər.

Nurcahan- Aləmin işığı, dünyanın nuru.

Nurcamal- İşıq kimi parlaq gözəl, nur üzlü dilbər.

Nurcan- Canı işıqdan, nurdan olan; gözəl, göyçək.

Nurçöhrə- Nur üzlü, işıqlı üzü olan, nur bənizli gözəl.

Nurxanım- İşıqlı, parlaq xanım, nur kimi xanım.

Nurxəyal- İşıqlı xəyal, parlaq xəyal. Bax: Xəyal.

Nuridə- “Nürdidə”nin dəyişilmiş biçimi. Bax: Nurdidə

Nuriyyə- Bax: Nuri.

Nurlan-  İşıq alan, işıqlanan, parlayan; işıqlı, parlaq, aydınlanan.

Nurlana-  Ərəbcə ”nur” sözündən, “Svetlana” tipli adlara oxşadılmış adlardandır. İşıqlı, nurlu, parlaq. Bax: Nurlan.

Nurman-  İşıqdan olan adam, nurdan yaranmış, işıq kimi olan, işığa bənzər.

Nurpəri-  İşıqlı, nurlu pəri.

Nursabah- Səhərin işığı, sübhün parıltısı.

Nursan-  İşıq kimi, işığa bənzər, parıltı halında olan, parıltılı görünən.

Nursel-  İşıq axını, işıq seli, işıqlı, parlaq.

Nurseli-  Bax: Nursel

Nurqədəm- Qədəmləri işıqlı olan gözəl, dünyaya gəlişi ilə xoş təsir oyadan qız.

Nuridə- Gözün işığı, gözün nuru, sevimli övlad.

Nursev-  İşıq sevən, işıq xoşlayan.

Nurtac- İşıq tacı, işıqdan olan tac (baş geyimi) İşıq kimi parıldayan tac.

Nüşabə- Dirilik suyu, həyat suyu, ümumiyyətlə isə içməli su deməkdir.

Nüzhət- Əylənmə, ürəyi açılma, könül şadlığı, sevinib-gülmə

 

Share Button

3 şərh N hərfi ilə başlayan qız adlarının mənası üçün

  1. ferid dedi:

    eslinde coooooooooooooooooooooooooooooooooooooooooox maraqliidi

Bir cavab yazın