loading...

Necə edək ki, uşaq məktəbdən yorulmasın?

Share Button

Şagirdlərin məktəbdə yüklənməsi həm valideynlər, həm müəllimlər, həm də həkimlər üçün ciddi problemdir. Çünki zehnin yüklənməsi stresə, stres isə uşağın fiziki sağlamlığına səbəb ola bilər.

Son 50 ildə məktəblilərin tədris yükü iki dəfədən çox artıb.

4439129663_5e911d5577_zNəticədə ev tapşırıqlarının həcmi böyükdür. Bundan əlavə, uşaqlarımızı idman klublarına, musiqi və ya incəsənət məktəbinə, müxtəlif dərnəklərə göndərmək istəyimiz təbiidir. Və…günün mənzərəsi belədir: Uşaqlar hər şeyi çatdırmaq üçün daim tələsirlər, maraq və təhsildən ayrı vaxt yoxdur! Digər bir problem müəllim və valideynlərin şagirdlərə psixoloji təzyiqidir. Valideynin qiymət, idman və musiqi məktəbində müvəffəqiyyət və s. ilə bağlı şişirdilmiş iddiaları uşaqda stresə səbəb olur.

Fizioloqların araşdırmalarına görə, ibtidai sinif şagirdlərinin 40%-də nevrozun gizli və ya aşkar əlamətləri var (“Arqumentı i faktı”). Yeniyetmələr arasında bu rəqəm 70%-ə çatır. Daha “güclü”, proqramı daha zəngin məktəblərin şagirdlərində bu göstərici daha yüksəkdir.

Yüklənmənin digər səbəbi fiziki aktivliyin aşağı olmasıdır. Uşaqların çoxu boş vaxtını həyətdə yox, televizor və ya da kompüter qarşısında keçirir. Həkimlər və fizioloqların hesablarına görə ibtidai və orta sinif şagirdlərinin 30-40%-də, yuxarı siniflərdə 80%-də aktivlik həddən aşağı səviyyədədir. Hərəkətsizlik həm fiziki, həm də psixoloji təsir edir. Axı uşaq daxili gərginlikdən qaçaraq, hoppanaraq, təmiz havada gəzərək, oynayaraq azad olur.

Anaların diqqətinə: Uşaqlarda həddən artıq gərginliyin 5 əlaməti.

yorulmush mektebli• Uşaq diqqəti cəmləyə bilmir. Müəllimlər onun sakit oturmamasından, dərsə qulaq asmamasından şikayət edir.

• Axşam yuxuya getməkdə çətinlik çəkir, gündüz isə yuxulu olur.

• İştahı pis olur, arıqlayır. (Məsələn, statistikaya görə Moskvada birinci rübün axırında ibtidai sinif şagirdlərinin 60%-nin çəkisi azalır)

• Gərginlik nəticəsində ibtidai sinif şagirdləri həyəcanlı, yeniyetmələr isə əsəbi, kobud olurlar, əhval ruhiyyələri te-tez dəyişir.

• Uşaqda tez-tez başağrısı olur, bəzən qan təzyiqi qalxır (xüsusilə qızlarda). Əgər bu simptomlardan hansısa 1-2 həftədən sonra keçmirsə, həkimə müraciət etmək lazımdır. (Yorğunluq hansısa xəstəliyin də əlaməti ola bilər).

Xroniki yüklənmə uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Zehni yorğunluq orqanizmin uyğunlaşmaq qabiliyyətini və immuniteti zəiflədir. Nəticədə uşaqlar tez-tez xəstələnir. Daha çox nəfəs yolları, həzm sistemi xəstəliklərinə (ikinci yerdə ürək-damar, üçüncü əsəb sistemi xəstəlikləridir) tutulurlar.

Valideynlər evdə nə edə bilər?

Məktəbdə keçirilən dərslərin həcminə, müəllimin dərsi keçmə tərzinə təsir edə bilməsək də, biz valideynlər evdə uşağa nəzarət edə bilərik. Bəzi şeyləri bilmək vacibdir:

  • ushaqlar komputerde oyunUşaq kompüterin qarşısında mümkün qədər az oturmalıdır.Yeniyetmələr kompüterlə ən çoxu saat yarım işləməlidir (hər yarım saatdan bir 10 dəqiqəlik fasilə verməklə). 8 yaşa kimi uşaqlar kompüterdən 40 dəqiqə, 7 yaşdan aşağı uşaqlar cəmi 20 dəqiqə istifadə edə bilər.
  • Övladınıza sevdiyi şeylərlə maraqlanmağa imkan verin. Bəzən biz valideynlər öz uşaqlıq arzularımızı uşağa sırıyır, onu musiqiyə, ya da idmana yönəldirik. Uşaq isə bunu istəmədiyini deməyə çəkinir, nəticədə gərginlik artır. Uşaqla söhbət edin, bəlkə o, məsələn, toxuculuqla məşğul olmaq istəyir? Adam sevdiyi işi görəndə dincəlir, gərginlik azalır. (Bütün hallarda uşaq ən geci axşam saat 7-dən evdə olmalıdır ki, dincəlməyə vaxt qalsın)
  • Rejimə riayət etmək—vaxtında oyanmaq, yemək, yatmaq vacibdir. Uşaq gündə azı 8-9 saat yatmalıdır.
  • Uşağa yardım etməyə həmişə hazır olun, onu həfəsləndirin, uğurlarına sevinin, uğursuzluğa görə cəzalandırmayın.
  • Uşaq idmanla məşğul olmursa, onu arada piknikə, gəzintiyə aparın, oynayın. Fiziki hərəkət, fərqli məşğuliyyət uşaqların əsəb sisteminə müsbət təsir edir.
  • Uşağın qidalanmasına diqqət edin. Zülal (yağsız ət, balıq, kəsmik), karbohidratlar (yarma, çörək), vitaminlər (meyvə, tərəvəz, giləmeyvələr) vacibdir.

Ev tapşırıqlarını yerinə yetirərkən məktəblinin yorulmaması üçün neyləmək lazımdır?ders-oxudan-ana

  • Uşaqlar ev tapşırıqlarını saat 15.00–16.00 arasında yerinə yetirsələr, daha yaxşı olar (günorta növbəsində oxuyanlar ev tapşırıqlarını səhər etsələr, yaxşıdır). Çünki bu zaman çalışmaq qabiliyyəti artır.
  • Planı əvvəldən qurmaq, kitab-dəftər, qələm, iş yerini hazırlamaq lazımdır.
  • Zehnin çalışmasını daha çox tələb edən dərsdən başlamaq yaxşı olar.
  • Uşağı dərs oxuduğu yerdə diqqəti yayındıran nə isə–televizor, kompüter, oyuncaq olmamalıdır.
  • 2-3-cü sinifdə oxuyan şaqird ev tapşırıqlara gündə saat yarım, 4-5-ci sinif şagirdi 2 saat, 6-8-ci sinif şagirdi 2 saat yarım, 9-11 sinif şagirdi isə 3 saat yarım vaxt ayırmalıdır.

Tərcümə etdi:  Samirə Hüseynova

Share Button

1 şərh Necə edək ki, uşaq məktəbdən yorulmasın? üçün

  1. Sharqiyya Habibova dedi:

    Məlumata görə.minnətdaram

Bir cavab yazın