loading...

“Normal ana davranışı” –nadir hal?

Share Button

“Normal davranış” dedikdə nə nəzərdə tutulur?

ana-balaUşaqarımızın bizə dost , gələcəkdə isə dayaq olmasını istəyiriksə, özümüzü ilk gündən “yaxşı aparmalıyıq”.

Uşaq, əlbəttə, ömrünün ilk ilini yadda saxlaya bilməz. Amma alimlərin araşdırmaları göstərir ki, məhz ilk ilki davranışımız  uşaqların psixoloji sağlamlığına, ətrafdakılarla münasibətinə təsir edir. Psixoloqların diliylə desək, “təhlükəsiz zona” ilk gündən formalaşır.

Həkimlər  “normal ana” deyəndə uşağı ən azı bir il əmizdirən və həyat tərzini uşağın tələblərinə uyğunlaşdıran ananı nəzərdə tuturlar. Yəni ananın fikri  daim övladında olur və onun tələblərini anlayıb yerinə yetirməyə çalışır. Təəssüf ki, bütün analar belə deyil. Dəyişmiş həyat tərzinə dözə bilməyənlər də var.

Rusiyada uşaqlarda erkən yaşda psixoloji patologiyaları araşdıran elmi mərkəz müəyyən edib ki, qadınların cəmi 15%-i uşaqlarla normal davrana bilir.

1 yaşa qədər tələbatları tam təmin olunmayanda uşaqların inkişafında problem yaranır.

Həkimlər 26 qadını həm hamiləlik dövründə, həm də doğuşdan sonrakı 3 il ərzində müşahidə ediblər. Qadınların hamısı gənc (21-35) və təhsilli (ali, orta) olub. Hamısı işləyirmiş, yalnız biri şizofreniya xəstəsi olduğu üçün evdarmış.  Həkimlər bu qadınlarda “ana davranışının” 4 tipini müəyyən ediblər.

1. Qadınlardan dördü (onlardan ikisinin əsəb pozğunluğu olub ) özünü lazım olduğu kimi aparıb və nəticədə onların uşaqları sakit, psixoloji sağlamdır.

zaha2. Qadınlardan 4-ü “narahat analar” siyahısına düşüb. Həddən artıq məsuliyyətli olan bu analar daim təlaş içində olmaqla, nəyi isə düz etməyəcəklərini düşünməklə diqqəti cəlb ediblər. Onlar körpənin fiziki inkişafına daha çox diqqət edib, hər yeniliyi narahat qarşılamaqla uşağın psixologiyasına mənfi təsir ediblər. Belə anaların uşaqları 6 ayına qədər normal inkişaf edir, ilin ikinci yarısını narahat olmağa başlayırlar. Məsələn, ana evdə olmayanda ağlayır, bəzən ana qayıdandan sonra da sakitləşmirlər. Yaş yarımında bu uşaqlarda peoblem daha aydın görünür: onlar yad adamlardan qorxur, anadan narazılığı mimikaları ilə göstərir (küncdə sakit dayansa da, anaya baxışları mənalıdır) və s.

 

3. Qadınların çoxunun (15 ana) uşaqla az maraqlandığı, daha çox öz problemlərinə diqqət etdiyi müşahidə olunub. Bu cür anaların uşaqları azca böyüyən kimi ananın diqqətini cəlb etmək üçün bacardığını edir: bir şey olan kimi qışqırır, hətta başqaları ilə dalaşır, nələri isə tapdayır, hər şeyi acıqlandırmaq üçün edir. Belə anaların uşaqlarının boyu çox vaxt balaca olur, təhsildə geri qalırlar.

aglayanushaq4. Qadınlardan 3-ü  psixi sağlam, işgüzar analar olub. Bu qadınlar uşaq olan kimi ondan uzaqlaşıblar. Ana südü verməyiblər, ofisdə olmasa da, evdə işləyiblər. Uşaqla hərdən bir məşğul olub, uşağın onlara mane olmaması üçün əllərindən gələni ediblər. Həkimlərin fikrincə bu halda ana-uşaq sistemi olmur, yalnız natamam ana-dayə sistemi olur. Nəticələr isə…

Uşaq 6 aylığına çatmamış  arıqlayır, psixoloji inkişafdan qalır. 1 yaşı keçsə də, bu uşaqlar ya pis yeriyir, ya da yerimirlər. Passiv, ağlamağa meylli olur, üzləri ifadəsiz, zəif gülümsəyirlər. İşgüzar anaların uşaqları istədiklərini almaq üçün ağlayır, yerə uzanıb ayaqlarını döyəcləyir, başqalarını vururlar. Yaşyarımında bu uşaqlar yeməyə çox maraq göstərir, bəzən hətta yemək gizlədir, dayanmadan yeyir, həddən artıq kökəlirlər. Adətən, analar belə uşaqlardan 2-ci ilin sonunda, ya da 3-cü ilin əvvəlində şikayət edirlər.

Əvvəllər alimlər uşaqlarda erkən yaşda psixi pozuntulara əhəmiyyət vermir, ana-uşaq münasibətlərinin rolunu öyrənmirdilər. İndi uşaq psixoloqları bu faktı vacib hesab edir, uşaqlarda psixi  çatışmazlıqların 8-12 aylıqda müşahidə olunduğunu bildirirlər. Uşaqda anaya və ətrafdakılara bağlılıq məhz bu dövrdə formalaşır və ana münasibətini dəyişərsə, hər şeyi dəyişə bilər.

Tibb qəzeti. Moskva.  (Медицинская газета, N66 от 05/09/2003)

Share Button

Bir cavab yazın