loading...

O hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Ocaq - Vaxtilə “oçuq, oçaq, otçuq” biçimlərində işlədilmişdir. Od yandırılan yer, soba; dinə görə müqəddəs sayılan yer, pir, türbə; məs. ev-eşik, yurd, vətən; mədən, mənbə; mərkəz” qoşun birləşməsi-korpus(yeniçəri otağı), əkin yeri, lək və s. Həmçinin “ocaq”la başlayan adların ixtisar və qısaltma biçimi olaraq da işlənir

Oğuz - Elmi ədəbiyyatda bu ad müxtəlif biçimdə açıqlanır.Mübahisələr də çoxdur. Başlıca olaraq aşağıdakıları bildirəcəyik: 1. İlk süd-ağız, bulama; 2. Saf, təmiz, pak yaradılmış (xəlq olmuş) ; 3. Sadə adam, adi; 4. Yaxşı yoldaş; dost; 5 . Əxlaqlı, namuslu; 6. Kök, şişman; 7. Sağlam, güclü; 8. Cavan buğa, öküz; 9. Çöl adamı, kəndli, kənd adamı; 10. Müdrik, zəkalı, mütəfəkkir; 11. Ox gəzdirən adam; 12. Oxlar, dəbilqələr və s. Bir sıra tarixçilər onun Hun imperatoru Mətə olduğunu yazırlar. Ancaq türk mifologiyasında Oğuz xanın bu adı öz-özünə verdiyi söylənilir. Başqa adlarla birləşərək mürəkkəb adlar yaradır

Oğuzalp - Bax: Oğuz və Alp

Oktay - 1) Ox kimi, oxa tay olan; 2) güclü, qüdrətli; 3) şiddətli, hiddətli, əsəbi; 4) eyni zamanda bunu “həmnəsil” , “eloğlu”, “anlayan”, “ağ dayça”, “hökmdar” kimi mənalandıranlar da vardır

Onan - Uyğun görmək, təsdiq etmək, düz və uyğun hesab etmək

Onay - 1) Uyğun, yaranma, yerində olma, münasib, icazə və imkan verilmə; 2) təsdiqlənmə, təsdiq olma, bəyənmə

Onur - Mənlik, qürur, məğrurluq, heysiyyət, şərəf

Onurxan - Şərəfli, şan-şöhrətli xan

Onursal - Fəxri, şərəfli; şərəflə bağlı olan

Opuz - Sərt, çətin, müşkül

Oral  – Bax: Ural

Oran - Nisbət,ölçü,miqyas, dərəcə; münasibət; biçim; təxmini, təxminən; müqayisə etmək

Orxan - İstehkam xanı, ordugah xanı, şəhər xanı

Orman -  Meşə, ağac və kolların çox olduğu yer

Oruc -  Əsli farca “ruzə”dəndir. Dini qaydalara görə yeyib-içməmə, bir ay gündüzlər yemək və içməkdən, tütün çəkməkdən imtina etmək qaydası. Əsasən orucluq zamanı anadan olan oğlan uşaqlarına bu ad verilir

Orucağa -  Bax: Oruc və Ağa

Orucbala - Bax: Oruc və Bala

Orucəli - Bax: Oruc və Əli

Osman - Əslində ”us” (ağıl, zəka; əxlaq, ədəb;həlim) və “man” komponentlərindən əmələ gəlmiş bir addır. Ağıllı adam, zəkalı insan; əxlaqlı , həlim təbiətli şəxs, həmçinin ”ot”(od, atəş) və “man” sözlərinin birləşməsindən yarandığını da ehtimal edirlər: atəş və ya od kimi adam anlamında. Bu ada “qazdan böyük bir quşun balası(qrif)”, “ağırtərpənən”, “sakit” anlamlarını verənlər də vardır

Ozan -  Saz şairi, aşıq, xalq aşığı və ya şairi; hal-hazırda Türkiyədə “şair” sözünün yerinə işlənməkdədir

Ozansoy - Ozan soyundan , ozan nəslindən olan

Ozhan - Azad xan, sərbəst xan, qurtulmuş xan

Ozman - Böyümüş, yetkinləşmiş, yetişmiş

 

 

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

1 şərh O hərfi ilə başlayan oğlan adlarının mənası üçün

Bir cavab yazın