loading...

Ö hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Ömər Ölməzlik, dirilik, canlılıq, ömür, həyat

Ömür Yaşayış, həyat; həyat və yaşama müddəti, yaşama vaxtı

Önal –  Önə çıxma, qabağa çıxma; irəlini görmə

Önay – Ayın ilk günlərindəki vəziyyət, hilal vaxtı; təzə çıxan ay; ilk, birinci

Öncə – Qabaq, qabaqca, əvvəl. İlk doğulan uşaqlara qoyulan addır

Öncəl  – Öncəki, sələf, yol açan, yol göstərən

Öncü - Qabaqda gedən, cığır açan; rəhbərlik edən; hərbidə qabaqda gedən dəstə, rota.Osmanlı dövlətində buna ”pişdar” deyirdilər

Ötkəm -  Lovğa, özündən razı, təkəbbürlü, dikbaş, qürurlu, dilli-dilavər adam

Ötkün - Həddindən artıq dəymiş, yetişmiş; bişmiş, üstün, sərt; məs. ötüb keçən, təsirli, məlahətli, lətif
Özbala - Doğma bala, əziz bala

Özbək - Cəsarətli, ürəkli; məs. Təmiz, sadə dil; əsası olan, təməlli; mayası olan, zatında bəylik, ağalıq olan; bəy kimi, ağa kimi; Orta Asiyada- Özbəkistanda yaşayan türk xalqının adı və həmin xalqa mənsub olan adam-özbək

Özbir - Vahid, tək, yeganə

Özcan - Doğmaca, əziz, sevimli can-ciyəri; sanki öz ruhu, öz canı olan; güclü ruh, təməli möhkəm qoyulmuş varlıq; sağlam

Özçinar - Çinar kimi boy-buxunlu, qədd-qamətli; eynilə çinar kimi olan

Özdağ - Dağ kimi vüqarlı, dağa bənzə

Özdəmir - Özəl dəmir, xalis dəmir, saf dəmir; özü dəmir kimi olan, canı bərk; sağlam, möhkəm

Özdən - 1) Sırğa, asılan şey, asılan; dənə; 2) yaxın, qohum; 3) orijinal, əsl, oxşarı olmayan. Bunun “özdənq” biçimi də vardır

Özdənər - Əsl kişi, oxşarı olmayan, bənzəri tapılmayan igid

Özək - 1) Dar dağ keçidi, yarğan, dərə; 2) Tac qan damarı; 3) mərkəz, orta, baş keçid, əsas yol; 4) ürək, iç, can; 5) çəyirdək, dənə, nüvə; 6) hər hansı bir şeyin mayası, özəyi, cövhəri; 7) kiçik təşkilat qrupu, özül

Özəl -  Xüsusi, fərdi, zati, şəxsi; ayrıca, əlahiddə olan; məxsusi; ancaq bir adamla və ya bir şeylə əlaqəsi olan; istisna olan, diqqət mərkəzində dayanan; dövlətə deyil, ayrı-ayrı adamlara aid olan

Özən - Ciddi yanaşma, can yandırma, diqqətli olma, qeyrət göstərmə, səy etmə, həvəslənmə, etina ilə yanaşma, təmiz niyyətli olma

Özər - Xüsusi fərqlənən kişi, xalis adam, mayasında qatışıq olmayan igid, əsl insan, əsl ər

Özgə - Başqa, qeyri, digər; yad, yabançı, əğyar, kənar. məs. özəl, xüsusi, ayrıca(ayrı)

Özxan - Özünə doğma, əziz olan xan; mayasında xana məxsusluq olan

Özxaqan - Mahiyyətində xaqanlıq olan; doğma, yaxın varlıq. Bax: Öz və Xaqan

Özlü -  1) Özəyi, mayası, nüvəsi, cövhəri, şirəsi olan; 2) keyfiyyətli, dəyərli, müsbət əlamətləri olan, olumlu; 3) bərəkətli, bol; 4) dəqiq, sərrast

Özlük - Mənlik, insanlıq, heysiyyət; şəxsiyyət, kişilik; mahiyyət, xüsusiyyət; cövhər, şirə, varlıq

Özsel -  Mahiyyətlə, məzmunla bağlı olan; xalisliyə, cövhərə aid olan, doğmalıqla, yaxınlıqla əlaqəli olan

Özselən - Xüsusi xəbər, məlumat, bilgi

Özsevər - Öz şərəfini, heysiyyətini, qürurunu qorumağı sevən, ləyaqətini alçaltmayan; özünə, öz ad-sanına hörməti olan adam

Öztəkin - Özü kimi, özünə bənzər

 

 

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın