Otağın rəngini uşağın xarakterinə uyğun seçmək olarmış

Share Button

Gəlin övladınızın xasiyyətinə uyğun, onun psixologiyasına müsbət təsir edəcək rəng seçimləriylə tanış olaq.

Uşaq otağında rəng seçimi ən önəmli məsələlərdəndir. Otaq elə dizayn edilməlidir ki, uşaq orada maraqlı, əyləncəli vaxt keçirsin, həm də rahat olsun. Rənglər və insan psixologiyası arasındakı əlaqə hamımıza bəllidir. Bu nüans uşaqlar üçün də keçərlidir. Uşaqlar da sevdikləri rəngləri və tonları xarakterlərinə və zövqlərinə görə seçirlər. Ona görə də mütəxəssislər uşaqlardan ötrü hazırlanan otağın onların xarakterinə uyğun rənglənməsini və dizayn edilməsini məsləhət görür.

 Çəhrayı–Sevgi və mərhəmətin rəngi 

cehrayi otaq

Rənglər və insan psixologiyası üzərində aparılan tədqiqatlar sevginin rəngi olan çəhrayının insana rahatlıq və sakitlik verdiyini göstərir. Çəhrayının daha çox qız uşaqlarına yaraşdırılan bir rəng olmasının səbəbi onların daha çox sevgi dolu olması ilə əlaqəlidir. Ancaq son dönəmlər qızlara çəhrayı, oğlanlara mavi rəngin seçilməsi birmənalı qarşılanmır. Bunun uşaqlar arasında cinsi ayrıseçkiliyə səbəb olduğunu düşünən mütəxəssislər sevgi və məthəmətin rəmzi olan çəhrayı rəngin oğlan uşaqlarının otaqlarında da istifadə oluna bilcəyini söyləyir. Yəni uşağı otağı dizayn edilərkən onun cinsiyyəti yox, xarakter və psixologiyaları nəzərə alınmalıdır.

Narıncı–Fəal və Optimist uşaqların rəngi 

narinci otaq

Narıncı rəng otaqda isti, enerjili və əyləncəli atmosfer yaradır. Ona görə də aktiv, enerji dolu uşaqların otaqları üçün ən ideal rəng seçimi narıncıdır. Ancaq narıncı rəngi seçərkən diqqət etməli olduğunuz bəzi məqamlar var. Onlardan biri də rəng uyğunluğudur. Məsələn, narıncı rəngin üstünlük təşkil etdiyi bir otaqda, mütəxəssislərin fikrincə, qətiyyən qara rəng olmamalıdır. Çünki bu ik rəngin birləşməsi uşağa, onun hərəklərinə mənfi təsir edə bilər.

 Yaşıl–Uyumlu və Şən olanlar üçün ən ideal rəng 

yashil otaq

Yaşıl rəng böyüklər kimi uşaqlara da rahatlayıcı təsir bağışlayır. Xüsusilə də sakit, yaşıdları ilə tez uyğunlaşa bilən, şən, oxumağı bilməsə belə, kitablarla oynamağa maraqlı olan uşaqlara yaşıl rəng tövsiyə olunur. Bu tip uşaqların otağında yaşıl rəngin hakim olması onların daha rahat yatmasına və otaqlarında əyləncəli vaxt keçirməsinə səbəb olur.

Sarı–Ağıllı və hər şeyə maraq göstərən uşaqların rəngi

sari otaq

Sarı şən və optimist rənglərdəndir. Bu rəng duyğusallığı, güc və özgüvəni özündə birləşdirir. “İntellektual rəng” adlandırılan sarı uşağın düşünmə gücünün inkişafına böyük təsir göstərir. Ətrafda olan hər şeyə maraq göstərən, gözlərində zəka parıltısı olan, enerji dolu və hərəkətli uşağçn otağı üçün sarı rəng doğru seçimdir. Lakin sarı rəngdən istifadə edərkən diqqətli olmaq lazımdır. Bu rəngdən aşırı istifadə yorucu olar. Həmçinin sarının ton seçimində edilən səhvlik uşaqda depressiv hallar yarada bilər. Ona görə də uşaq otağınını dizayn edərkən sarının canlı tonlarından istifadə etmək və digər rənglərlə uyğunluğuna nail olmaq vacibdir.

Bənövşəyi–Yaradıcı uşaqlar üçün

benovsheyi otaq

Övladınız şəkil çəkməyə, oyun xəmiri ilə oynamağa meyillidirsə. bənövşəyi rəng ən doğru seçimdir. Amma bənövşəyi rəngi divar rəngi kimi istifadə etməyi düşünürsünüzsə, bu rəngin tünd yox, açıq tonlarına üstünlük verməyiniz məsləhətdir.

Ağ–Məsumiyyəti təmsil edən rəng

 ag otaq

Rənglər arasında ən safı ağdır. Ağ rəng məsum, daha şirin, yumşak xarakteri ilə hər kəsin qəlbinə yol tapan uşaqların otağı üçün seçilən rənglər arasında ən uyğunudur.

Ağ rəng otağı bəzəməkdə sərbəstlik verir. Valideynlər rəng çalarları axtarır, halbuki uşaqlar sərbəst olmaq istəyirlər. Uşaq böyüdükcə öz əşyalarıyla özü istədiyi kimi davranır, məsələn, divardan hansısa rəngli şəkil asmaq istəyirsə, ağ otaq şəkillərin, rənglərin daha qəşəng görünməsinə imkan verir.

 Günel Azadə

 

 

 

Share Button

Bir cavab yazın