loading...

P hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Parla – ”Parlamaq” sözündəndir. İstək, arzu bildirir

Paşa - “Baş ağa” sözlərinin dəyişikliyə uğramış biçimidir. Osmanlı imperatorluğu çağında vəzirlərə və yüksək əsgəri xidmətdə olan şəxslərə, sivil məmurlara verilən titul.Bəziləri buna”padşah” sözündən törəmə hesab eləyirlər. Həmçinin bunun türkməncə “bəşə” (böyük qardaş)sözündən olduğunu da ehtimal edənlər vardır

Paşabala - Bax: Paşa və Bala

Paşaxan -  “ Paşa” və “ Xan” sözlərinin birləşməsi nəticəsində yaranmışdır

Peyman - Əhd, söz vermə
Pəhləvan –  Güləşmə ilə məşğul olan adam, güləşçi; igid, cəsur, qəhrəman, güclü adam

Pəhlivan - bax: Pəhləvan

Pənah - Sığınma, himayə; sığınacaq yer, daldanacaq yer; himayəçi, arxa, köməkçi, istinadgah

Pənahəli –  Əlinin himayəsi, Əlinin arxası, köməyi

Pərişan - 1) Dağınıq, dağılmış, pərakəndə; 2) qarışıq, qarmaqarışıq; 3) kədərli, üzgün, qəmli, qüssəli

Pərviz –  Qalib gələn, qələbə çalan, qalib; cəsur, qorxmaz; qəşəng, gözəl

Pirağa - Pirin ağası, yiyəsi; himayəçisi, pirin rəhbəri, başçısı, ocaq ağası

Pirəli –  Əlinin piri, Əli türbəsi

Piri - Pirə aid, pir ilə əlaqədar olan.” Pir” ilə başlayan bir sıra adların qısaltma biçimi

Pirqulu -  Pirin qulu, pirin köləsi

Pirverdi - Pirin verdiyi, pirin bəxş etdiyi (adam)

Pirvəli –  Pirin himayəçisi , pirin ağası, valisi. Bax: Pirağa

Polad - Karbonla qarışdırılaraq hazırlanmış çox möhkəm dəmir. Məs. çox qüvvətli, güclü, əyilməz

Poladxan -  Polad kimi xan; güclü, qüvvətli xan

Pünhan –  Gizli, xəlvət, xəbərsiz, heç kəsin bilmədiyi

Share Button

Bir cavab yazın