loading...

Padşah və xoruzun nağılı

Share Button

xoruzun nagiliBiri var imiş, biri yox imiş. Bir də bir xoruz var imiş. Bir gün xoruz peyinlikdə eşələnib özünə yem axtaranda bir qara pul tapdı, şad olub başladı oxumağa:
– Quqquluqu! Bircə şahı tapmışam!

Padşah xoruzun səsini eşidib buyurdu ki, gedib onun pulunu əlindən alsınlar. Şahını xoruzun əlindən alandan sonra xoruz başladı oxumağa:
– Quqquluqu! Padşah mənə möhtac imiş!

Padşah buyurdu ki, xoruzun şahısını aparıb özünə versinlər. Xoruz bu dəfə qışqırır:
– Quqquluqu! Padşah da məndən qorxar imiş!

sultanPadşah bunu eşidəndə xoruza hirslənib buyurdu ki, onu tutub öldürsünlər. Xoruzun başını kəsəndə oxudu:
– Quqquluqu! Nə iti bıçaq imiş!

Xoruzun başını kəsincə onu soxdular qaynar suya ki, tükünü yolsunlar. Qaynar qazanın içində xoruz oxudu:
– Quqquluqu! Nə isti hamam imiş!

Xoruzu qazanın içindən çıxarıb tükünü yoldular və bişirib qoydular plovun üstünə. Burada xoruz oxudu:
– Quqquluqu! Nə ağca təpə imiş!

Plovu gətirdilər padşahın qarşısına. Padşah plovu yeyəndə xoruz onun boğazında yenə oxudu:
– Quqquluqu! Nə darca küçə imiş!

Ondan sonra xoruz getdi qaranlıq yerə, orada nə qədər oxudusa da səsini eşidən olmadı.

Share Button

Bir cavab yazın