loading...

Q hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V

Qabil  –  Qəbul edən, qarşılayan; yaralı, gərəkli; mümkün ola bilən; məs. istedadlı, bacarıqlı, qabiliyyətli

Qaçay – Qaçan, hərəkətdə olan, cəld, sürətli; əsli “qaçıqay” dır

Qadir – 1) Türk dilində: möhkəm, mətin, sərt, bərk; dəhşətli, zəhmli, amansız; 2) ərəbcə: bacarıqlı, güc və qüdrət sahibi

Qafar  –  Əsli “ğəffar”dır. Mərhəmət edən, bağışlayan, ayıbları örtən, günahları bağışlayan. Allahın adlarından biridir

Qafil  –  Xəbərsiz, qəflətdə olan, diqqətsiz, işini boş tutan, fürsəti əldən verən

Qafur  – Əsli “ğəfur” dur. Bağışlayıcı, bağışlayan, əfv edən, günahlardan keçən. Tanrının epitetlərindəndir

Qalib - Qələbə çalan, qələbə çalmış, üstün gələn, məğlub edən, qüvvətli

Qalibə –  Bax: Qalib

Qaplan - İsti ölkələrdə yaşayan xallı və yırtıcı heyvan; pələng

Qara – Bu söz indi tünd, tutqun rəng; məs. ağır, qəmli. Mürtəce anlamlarında işlənsə də. Bir ad kimi başqa anlamlar da kəsb etmişdir; böyük, qüdrətli, güclü anlamında işlənmişdir

Qarabala -  Bax: Qara və Bala

Qarabəy - Bax: Qara və Bəy

Qarabaş -  1) Vaxtilə qul, kölə, nökər anlamında olmuşdur; 2) Xidmətçi, qulluqçu qadın (qız), qaravaş; 3) lavanda çiçəyi, əsasən bənövşəyi rəngdə gözəl qoxusu olan çiçəklər açır; 4) qılçığı qara olan buğda və ya çəltik çeşidi, qaraqılçıq; 5) evlənməyən, başına qara sarıq geyən rahib, monastır keşişi

Qaradəmir - Bax: Qara və Dəmir

Qaradəniz -  Türkiyənin qüzeyində yerləşən bu dənizin adından Anadolu türkləri daha çox istifadə edirlər. Bax: Qara və Dəniz

Qaraxan - Bax: Qara və Xan

Qarakişi - Qaraşın adam, qarabuğdayı kişi

Qaraoğlan - Bax: Qaracaoğlan

Qaratay - 1. Böyüklərə,güclülərə bənzəyən, olanlara bərabər olan; 2. Qara rəngli dayça, qulun

Qasım –  Əsli ”qasim”dir. Ayıran, bölən, bölüşdürən; dərdə şərik olan

Qasımxan -  Bax: Qasım və Xan

Qasir  – Qısa, qısa boylu, gödək; gücsüz, zəif

Qeysər   –  Latınca ”sezar” dan ərəbcələşdirilmişdir. Rus dilindəki “çar” və almanca ”kayzer” sözləri də həmin kökdən gəlmədir.Qədim Roma və Bizans imperatorlarına verilən addır. İmperator, padşah anlamlarında işlənmişdir.Ərəbcəsi “əməliyyati- qeysəriyyə”, rusca “keserovka” adlanır, “kəsmək” deməkdir. Sözün əsli latınca ”kaedo” (kaesum) dur

Qeybulla - Ərəbcə ”ğeyb” və “Allah” sözlərindən əmələ gətirilmiş bir addır. Allahın sirri, Allahın mərhəm bəndəsi, “ Allahın heç nədən yaratdığı məxluq”

Qeyrət  –  İnsan üçün əziz olan bir şey, vətənin, millətin, ailənin şərəfini, namusunu qoruma, müdafiə etmə; himmət, tərəf tutma; səy göstərmə, cəhd etmə, dözüm, cəsarət

Qeys  –  Yağış, yağmur. Əsli ” ğeys”dir

Qədəməli  - Bax: Qədəm və Əli

Qədəmxan - Bax: Qədəm və Xan

Qədəmnur –  Qədəmi işıqlı, parlaq olan, uğur gətirən; qədəmi sayalı

Qədəmşah - Bax: Qədəm və Şah

Qədim - Çoxdankı, öncəki və çox qədim zamanlarda; məs. təcrübəli, əski

Qədimağa – Bax: Qədim və Ağa

Qədimbala - Bax: Qədim və Bala

Qədimxan - k. Bax: Qədim və Xan

Qədimşah  - Əski, təcrübəli şah. Bax: Qədim və Şah

Qədir  – Qiymət, dəyər, ləyaqət,hörmət, şərəf. Allahın epitetlərindən biridir

Qəhrəman –  Döyüşdə, əməkdə, yaxud da başqa işlərdə fərqlənən, üstünlükləri ilə diqqəti çəkən, igidlik göstərən; igid, qoçaq, bahadır; bir olayın başlıca iştirakçısı

Qələmnur  – Nurlu, parlaq qələm, işıqlı rəsm əsəri

Qəmərxan - Bax: Qəmər və Xan

Qəmərşah  –  Ayın hökmdarı, ayın şahı

Qənbər - 1. Çay daşı, çaylaq daşı; 2. Bir ailəyə yaxın olan adam, sadiq xidmətçi; 3. Məs. burnunu hər işə soxan adam; 4. Bu sözün ərəbcə olduğunu və “torağay” anlamını verdiyini də yazırlar.

Qənbərəli - Əlinin Qənbəri (guya Əlinin xidmətçisi olubdur) ; həmçinin bax: Qənbər və Əli

Qərib  – Yad, başqa yerdən gəlmə, qürbətdə yaşayan, özgə, tanış olmayan; kimsəsiz, yazıq, zavallı, əcayib, təəccüblü; adətdənkənar, bambaşqa

Qəşəm –  Əsli ”qəşim”dir. 1 . Təcrübəsiz, bilməyən, məlumatı olmayan; 2. Çiy, bişməmiş, qaydaya düşməmiş

Qəşəng  – Görünüşcə gözə xoş gələn, gözəl, insanda gözəl duyğu oyadan

Qəzənfər –  Aslan, şir; məs. igid, cəsur, qorxmaz

Qılman  - “Ğulam” ın cəmidir.Qullar, kölələr; gənc, oğlan, uşaq. Dini rəvayətə görə cənnətin cavan xidmətçiləri. Bax: Qulam

Qızıl - Qırmızı, al, al qırmızı; sarı rəngli qiymətli metal və ondan hazırlanmış bəzək əşyaları; məs. çox dəyərli, çox qiymətli, çox gözəl, çox əla

Qızılarslan - Bax: Qızıl və Arslan

Qiyamət – Məhşər; məs. çox gözəl, əla , çox maraqlı adam, əşya və olay; gurultu , səs-küy, parıltı

Qiyas –  1 . Ölçü, güman; müqayisə, tutuşdurma, bənzərlik, bənzətmə; 2. Örnək, norma; 3. Miqyas(masştab)

Qoçu – 1. Hər tərəfi örtülü dördtəkərli minik arabası, karet; 2. Karetaya bənzər taxıl anbarı. Həmçini bax: Qoçi

Qorxmaz - Heç nədən qorxmayan, heç şeydən çəkinməyən; ürəkli, igid, cəsarətli

Qorqud - 1. Qorxunc, heybətli, sərt, yavuz; 2 . qorxu, qorxmaq; 3 . bulamac, horra, xəşil; 4 . xoşbəxt od, xoşbəxtlik odu və s.

Qoşqar – Əslində “ qoçqar” dır. Döyüşmək üçün yetişdirilmiş iri qoç deməkdir. Bu adın aşağıdakı anlamları da vardır: 1. Eyni adlı dağın zirvəsindəki qar örtüyünü (qoşa qar) əks etdiyi üçün belə adlanır.; 2. Igid, qoçaq, cəsur; 3. Qədim türk tayfalarından olan “qaşqarlar”ın adındandır

Qubad - Hərəkət və danışığı kobud olan, qaba, kor-kobud, biçimsiz, yekəpər

Qulam - Qul, kölə; oğlan, oğlan uşağı

Qulamağa -  Bax: Qulam və Ağa

Qulaməli - Bax: Qulam və Əli

Qulamxan - Bax: Qulam və Xan

Qulamyar - Qulamın köməkçisi, dostu

Qulu - Bu adın “ kölə” , “ əsir” anlamlarından başqa “ yaradılan” , “ xəlq edilən” , “ bəndə” , “ məxluq” anlamları da vardır. Bu adın önünə “ Allah”, “ Tanrı” , “ Xuda” , “ Ağa” , “ Şah” və s. sözlər artırıldıqda mürəkkəb adlar yaranır

Qurban –  Bir məqsəd üçün kəsilən qoyun və ya başqa heyvan; bir yolda, bir hadisə nəticəsində həlak olmuş adam, yaxud ən müqəddəs məqsəd uğrunda özünü həlak edən, canından keçən adam

Quran - Quruculuqla, qurmaqla məşğul olan; yaradan, yaradıcı, qurucu; tikmək, yaratmaq üçün vasitə

Qurbanəli - Əlinin qurbanı. Bax: Qurban və Əli

Qurbanxan - Xanın qurbanı. Bax: Qurban və Xan

Qüdrət  – Güc, qüvvət; taqət, iqtidar; iradə, möhkəmlik; böyük; böyük etki gücü, nüfuz

Qüdrətəli –  Əlinin qüdrəti. Bax: Qüdrət və Əli

Qüdsi  –  Müqəddəs, təmiz,pak, əziz

Qürbət - Yad ölkə, vətəndən uzaq bir yerdə olma, qəriblik; qərib, yad, özgə. Bax: Qərib

Qürbətəli  –  Əlidən uzaq düşmüş, Əlidən uzaqda yaşayan(qərib). Bax: Qürbət və Əli

Qütbi –  Qütbə aid olan, qütblə əlaqəli

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın