loading...

Yayda uşağa hansı meyvələri yedirdək? Cavab bizdə!

Share Button

Zəhərlənməyə səbəb qarpız deyil, onu yemək qaydasına əməl etməməkdir.

qarpizyeyenusaq

35 illik təcrübəsi olan pediatr-infeksionist Nərgiz Alışova bala.az-a müsahibəsində belə deyib.

“Nədənsə insanlarda belə bir fikir var, “qarpız ən tez zəhərlənmə vasitəsidir”. Əslində problem oradan qaynaqlanır ki, bu məhsul satışa hələ tam yetişməmiş çıxarılır, axı qarpız qızmar günəş altında 3 həftə yetişməlidir. Bu zaman həmin meyvə cana faydalı olur, zəhərlənmə prosesinə də səbəb olmur.

Qarpızın tərkibində olan saxaroza, fruktoza insan bədəninə tez yayılaraq şəkər xəstəliyi, qırmızı qan xəstəlikləri, qaraciyər problemi, öddə olan xəstəlikləri mualicə edir. Buna avgustun 2-ci yarsında yığılan qarpızı soyuducuya qoymamaq şərti ilə yeməklə nail ola bilərsiniz. Qarpızı kəsdikdən dərhal sonra yemək lazımdır, 2-3 saat qaldısa, yeməmək daha yaxşı olar.

Bəzən qarpızı soyuducuda saxlamaqla onun köhnəlməsinin qarşısını aldıqlarını düşünürlər. Əksinə, otaq temperaturunda qalanda onun tərkibində olan kimyəvi elementlər artır.

Əslində qarpızda zəhərlənmə əmələ gətirən heç bir ünsür yoxdur. Ancaq əgər siz, eləcə də uşaq onu yağlı, duzlu, kalorili, ət məhsulları ilə birgə gəbul etmisinizsə, mütləq ürəkbulanma, qusma, baş ağrısı, ən pis halda zəhərlənmə olur.”

Yayda hansı meyvələr zərərli ola bilər?

meyvələrHəkim Nərgiz Alışova bildirir ki, uşaqlara mövsümdə yetişən bütün meyvələr  xeyirlidir:

“Son zamanlar bəzi adamlarda fikir formalaşıb, çox meyvə yemək insanda şəkər xəstəliyi yaradır. Təbii ki, bu belə deyil. Təbabətə əsaslanaraq deyirəm ki, mövsümdə yetişən bütün meyvələr min-bir dərdin dərmanıdır və onların təkibində cana faydalı minerallar var. İllər öncə tibb mütəxəssisləri xəstəliyin sağalmasında meyvələrdən (əncir, üzüm, qarpız) istifadə edirdilər.

Yalnız allergiyası olan uşaqlar hər meyvəni yeyə bilməzlər. Belə uşağa yaşıl alma, albalı vermək olar. Bu meyvələrin allergiyalı uşağa təsiri yoxdur.”

 

 Uşaqlara meyvəni yaşa görə fərqli şəkildə vermək lazımdır.

alma shiresi

Həkim süni qidalanan körpələrə  2 aylığından meyvə şirəsi verməyi məsləhət görür. Amma fəsilləri nəzərə almaq vacibdir. Yay olarsa albalı şirəsi, yayın ikinci yarısı armud, qalan mövsümlərdə alma şirəsindən başlamaq olar. (Alma qıcqırmanı artırdığı üçün çağaya yayda alma vermək məsləhət deyil).

Bütün meyvə şirələri uşağa əvvəl cəmi 1 damcı,  2-3 gündən bir 1 damla artırmaqla verilməlidir. Artıq olmaz, çünki körpənin bədəni əlavə qidaya həssasdır.

Allergiyası olmayan çağaya  həftədə 1-2 dəfə limon şirəsi vermək olar. Bir damla, bir neçə gündən sonra 2 damla limon şirəsini çaya əlavə etməklə uşağı C vitamini ilə təmin etmiş olarsız.

4 aydan sonra uşağa meyvənin-almanın, armudun püresini vermək olar.

2 yaşlı uşaq meyvəni özü dişləyib yeyə bilər, çünki çənə əzələsi bərkimiş olur və belə yemək uşaqların dişlərinin formalaşmasına müsbət təsir edər.

Müsahibəyə görə pediatr-infeksionist Nərgiz Alışovaya təşəkkürümüzü bildiririk.

Bakıda Loğman klinikasında çalışan N. Alışova naməlum mənşəli qızdırmalı, iştəhasız, mədə-bağırsaq pozuntuları, çəki azlığı olan, tez-tez xəstələnən uşaqları uğurla müalicə edir.

Share Button

Bir cavab yazın