loading...

Qızın gələcəyini korlamağın 7 yolu

Share Button

Bu yazı qızların inkişafı və tərbiyəsi üzrə mütəxəssis Ani Bogun fikirləri əsasında hazırlanıb. Ani Bog (Anea Bogue) qızların özünə inamı, təhsili və güclərini artırması naminə fəaliyyət göstərən “RealGirl”ün yaradıcısıdır.

Ani Bogun fikrincə qızların və qadınların “zəifliyinin”, kişilər qədər qazanmamasının, istədikləri kimi karyera qura bilməməsinin səbəbi uşaqlıqdan, valideynlərinin qıza verdiyi tərbiyədən gəlir. Mütəxəssis qız valideynlərinin 7 əsas səhvini müəyyən edib və hesab edir ki, səhvlərimizi bilsək, qızlarımızın qarşısını almaz, bizim də bilmədiyimiz potensiala sahib olmaqlarına imkan verərik.

1. Qızınıza sakit və nəzakətli olmağı öyrədirsiniz?chelengli qiz

Üzüyola olmaqla “ayaqaltı” olmaq arasında kiçik bir sərhəd var. Amma bəzən biz özümüz də bilmədən qızlarımızı bu sərhədi keçməyə (“ayaqaltı” olmağa) təhrik edirik. “Cəmiyyət, “qızlar şirindir, şəkərdir” fikrinə o qədər köklənib ki…Bu düşüncə tərzi bizə təsir edir, nəticədə qızları yaltaq böyütməyə cəhd edirik.” Bog belə hesab edir. “Müxtəlif yollardan istifadə edərək qızlarımıza bir şeyi öyrədirik: xoşagələn olmaq, münaqişələrdən uzaq durmaq, başqalarının qanını qaraltmamaq, etiraz etməmək və s. sevimli, uğurlu, arzu edilən qız və bir gün qadın olmağın təməlidir.”

Bu yanaşma qızınızın gələcəyinə necə təsir edər? Nəticəni müşahidə etmək çox asandır. Qızlar sinifdə, qadınlar toplantılarda açıq danışmaqdan çəkinir, kiminsə xoşuna gəlməyəcəklərindən qorxurlar. Qadın işçilər daha artıq əməkhaqqı barədə danışmağa ehtiyat edir, müdiri incitmək istəmirlər.

Bundan necə qaçmalı? Hamımız uşaqlarımızın özünü yaxşı aparmağı bacarmasını istəyirik. Amma onlara bir şeyi də öyrətməliyik: müzakirə, əlbəttə, hörmətli mübahisə (həmçinin yaşıdlarıyla), kiminsə fikrinə etirazın hörmətli şəkildə bildirilməsi normaldır. Qızlarınıza elə baxçada (sonra məktəbdə və işdə) açıq danışmağı, öz fikrini deməyi və fikrini müdafiə etməyi öyrədin.

2. Qızınıza yalnız qızlara aid oyuncaqlar alırsınız?

ushaqla oynayan valideynHəyatının ilk 3 ili qızınıza yalnız çəhrayı oyuncaqlar alsanız, o, bu rəngi sevmək qərarına gələcək, çünki “çəhrayı qızların sevimli rəngidir,” düşünəcək. Araşdırmalar göstərir ki, valideynlər və başqa sosial faktorlar uşaqların hansısa konkret şeylərə, məsələn, qızların qızlara aid oyuncaqlara üstünlük verməsinə səbəb olmaqla onların öz genetik, təbii meyllərinin qarşısını alırlar.

Bu yanaşma qızınızın gələcəyinə necə təsir edər? Bu məsələ çox vacibdir, çünki 2009-cu ilin araşdırmaları göstərib ki, qız oyuncaqlarının 30%-i görünüş—makiyaj və geyim-gecimlə bağlıdır. Halbuki oğlan oyuncaqlarının 46%-i ixtira, tədqiqat, rəqabət, mobillik, problemin həlli ilə əlaqəlidir, yəni ideal işçi və lider üçün lazım olan bütün xüsusiyyətlər oğlan oyuncaqlarında təbliğ olunur. Oğlan oyuncaqları oğlanların fəaliyyətinə, qız oyuncaqları daha çox görünüşə əsaslanır.

Yanaşmadan necə qaçmalı: Mağazada Barbi və başqa gəlincik rəflərindən uzaq durmağa çalışın, övladınıza problemi həlli etməyi öyrədən, elmi kəşflər, tədqiqat və rəqabəti təbliğ edən oyuncaqlar və oyunlar alın.

3. Qızınıza gözəl olduğunu deyirsiniz… yalnız gözəl olduğunu?qiz ve anasi

Bəli, qıvrım saçları, ya da cıqqılı hörükləri olan bu sevimli qızcığaz elə qəşəngdir, elə şirindir ki, siz hətta ciyildəmək istəyirsiniz. Amma axı o həm də yaxşı şer qoşa bilir, ya da yastıqlardan elə qala qurur ki, elə bil əsl memardır, yaxud gitarasını dınqıldadaraq “Beatlies” qrupu ilə həmahəng mahnı oxumağı sevir.

Bu yanaşma qızınızın gələcəyinə necə təsir edər? “Biz xarici görünüşə çox fikir verən bir cəmiyyətdə yaşayırıq və qızımız yalnız ətrafdan təcrid olunduğu halda–bütün növ mediadan və ünsiyyətdən uzaq olduğu halda (bu isə qeyri-mümkündür) görünüşü barədə narahat olmaya bilər,” deyə Bog bu məsələyə münasibətini bildirir: “Qızımızın görünüşü ilə bağlı olmayan üstünlüklərinə (elmi biliyinə, idman, musiqi və s bacarıqlarına) həqiqi qiymət verməliyik ki, o anlasın ki, adamın, o cümlədən qızımızın dəyəri onun görünüşündə deyil.”

Yanaşmadqan necə qaçmalı: Bog özünüzə qarşı tələbkar olmağı tövsiyyə edir:”Qızınıza görünüşünə görə bir kompliment deyirsinizsə, görünüşü ilə bağlı olmayan 2 kompliment (səmimi) deməlisiniz.”

4. Qızınıza şahzadə mədəniyyətini təlqin edirsiniz?

balaca shahzadeReal şahzadələrin çoxu əməlli-başlı təhsil alıblar, bir neçə dildə danışır, əla diplomatik bacarıqlara malikdirlər. Amma sizin kiçik qızınız bunları bilmir. Bildiyi odur ki, xoşbəxt yaşamağın yolu gözəl səslə oxumaq, gözəl danışmaqdır ki, şahzadə oğlanın diqqətini cəlb etsin və nəticədə şahzadə gəlib onu bütün qayğılardan azad eləsin.

Bu yanaşma qızınızın gələcəyinə necə təsir edər? “Şahzadə mədəniyyəti” ilə böyüdülən qızlar özlərini dərd çəkən “bəy qızı” kimi aparırlar və onların işi-gücü bəzənib-düzənmək və onları xilas edəcək, onlara dəyər verəcək gözəl şahzadəni gözləmək olur.” Bog belə hesab edir. “Fəal və qəhrəman şahzadə mədəniyyətini qızlarımızın özündə yaratmalıyıq, əks halda onlar öz-özlüklərində deyil, yalnız bir kişinin yanında dəyərli ola biləcəklərini düşünəcəklər.”

Yanaşmadan necə qaçmalı: Əslində qızınızı şahzadə mədəniyyətindən tamamilə uzaqlaşdırmaq mümkün deyil və buna xüsusi əsas da yoxdur. Edə biləcəyiniz bir şey var, o da şahzadəliyin sözün əsl mənasında nə demək olduğunu izah etməkdir. Məsələn, ölkəsini xilas etmək üçün kişilərdən kömək istəməyən qəhrəman şahzadələr haqqında film göstərə bilərsiniz (“Brave” (“Cəsur”), yaxud “Tangled” (Dolaşıq) cizgi filmləri), kitabları çox sevən, yaxud başqa məharəti ilə seçilən şahzadə qız haqqında danışmaq olar.

5. Evdə bütün ağır işləri ataya tapşırırsınız?

temizleyen-oglanDoğrudur, turşu bankasını kişiyə açdırmaq, divara mıx vurmaq lazımdırsa kişini çağırmaq daha asandır. Amma inanın ki, istəsəniz siz bunların hamısını özünüz edə bilərsiniz.

Bu yanaşma qızınızın gələcəyinə necə təsir edər? Bog hesab edir ki, valideynlər “qadın işi”, yaxud “kişi işi” məsələsinə yenidən baxmalıdırlar. Çünki bu bölgü nəticəsində elə təəssürat yaranır ki, qadınlar zəifdir, işi görən, qırılanı düzəldən, təmir və təmin edən kişilərdir, qadınlar sadəcə qayğı çəkirlər.

Yanaşmadan necə qaçmalı: Qızınıza gücünüzü göstərin: bəzi vacib maliyyə məsələlərinə siz baxa bilərsiz, otu biçə (yeni avadanlıqlarla bu, çox asandır), turşu bankasını aça (isti suyun altında tutun, mütləq açılacaq) bilərsiz. Ev işlərini bölərkən cinsi ayrı-seçkiliyə yol verməyin: zibili qızınız atsa, yaxud evi oğlunuz tozsoranlasa heç nə olmaz.

6. Yalnız qız uşaqları ilə oynamağa icazə verirsiniz, yoxsa?oynayan ushaqlar

Kimsə qızını adi məktəbə deyil, qız məktəbinə göndərə bilər. Ancaq tədqiqatlar bu məktəblərin hər birinin qızlar üçün müəyyən effekti olduğunu göstərir. Məsələn, bir araşdırmaya görə (http://learningoutcomesassessment.org/documents/Sax_FINALREPORT_Sing_1F02B4.pdf) qız məktəbi (yaxud oğlan məktəbi) məzunlarının akademik qiymətləndirmə testi nəticələri və özünəəminlik göstəricisi yüksəkdir. 2010-cu ildə aparılmış başqa bir tədqiqat (http://abcnews.go.com/Health/single-sex-schools-negative-kids-study/story?id=14581023#.T9ppmHJSRBw) belə məktəblərin uşaqlara pis təsir etdiyini göstərir.

Bu yanaşma qızınızın gələcəyinə necə təsir edər? Söhbət təkcə məktəbdən getmir. Bu məsələ qızınızın bütün həyatı üçün əhəmiyyətlidir. Uşaqlar körpəlikdən özlərinin cinsiyyətini bilir, fərqləndirir və bu fərqləndirmə sonrakı sosial biliklərə, tərzlərə, gözləntilərə müxtəlif istiqamətlər verir. Və bir gün idarə heyətinə keçmək istəyən qıza bu istiqamətlər mane ola bilər.

Yanaşmadan necə qaçmalı: Əgər qızınızın ətrafında qız çoxdursa, onun qohum-qonşuluqda həm də oğlan uşaqları ilə oynamasına imkan verin, ad gününə oğlan dostlarını da çağırın. Həm qız, həm də oğlanlarla oynamaq balacalar üçün xüsusilə maraqlıdır. İstəyirsə, basketbol komandasında oynamasına şərait yaradın. Qızınız hər şeyi bacardığını bilməlidir.

7. Öz vücudunuzdan (yaxud başqalarınınkından) narazısınız?

anasiyla yeyen qiz

Sağlam qidalanmaq hər bir ana və qızı üçün vacibdir. Ancaq bədənini tənqid eləmək…

Bu yanaşma qızınızın gələcəyinə necə təsir edər? Pəhriz saxlamaq barədə qızınızın yanında danışırsızsa, arıqlamalı olduğunuzu deyir, yaxud başqa qadınları bədənlərinə uyğun olmayan şeyləri geyindiyinə görə tənqid edirsinizsə, sizin qızınıza mesajınız belədir: qadın kiməsə xoş gəlmək üçün, uğur qazanmaq üçün mütləq yaxşı görünməlidir.

Yanaşmadan necə qaçmalı: “Qızlarımızın özlərinə necə münasibət bəsləməklərini istəyiriksə, özümüzə o cür yanaşırıq, öz mövqeyimizi, davranışlarımızı o cür istiqamətləndiririk,” Bog belə deyir. Sağlamlığınız bahasına pəhriz saxlayaraq kökəltməyən, eyni zamanda sağlam olmayan qida məhsulları almaqdan çəkinin. Uşaqlarınıza sağlam qidalanmanın nə olduğunu göstərin.

Share Button

1 şərh Qızın gələcəyini korlamağın 7 yolu üçün

Bir cavab yazın