loading...

Qızınızın saçlarını dartıb yığmayın!

Share Button

Trixoloqlar bunun təhlükəli olduğunu bildirir: saç tökülmələri, baş ağrıları…dairevi ushaq horuyu

Hər bir ana qızının gözəl və səliqəli görünməyini istəyir. Bunun üçün analar qızlarına cürbəcür paltar, ayaqqabı, corablar geyindirməkdən başqa saç aksesuarları alır, müxtəlif, qeyri-adi saç düzümlərinə həvəs göstərirlər.

Ancaq “gözəllik qurban tələb edir” fikrini uşaqlara şamil etmək olmaz.

Bəzən kiçik qızların başında hörükcüklərdən ibarət mürəkkəb formalar düzəldilir. Bu “gözəlliyin” yaradılması üçün uşağın nələrə dözdüyünü təsəvvür edəndə…

Uşağın saçları nazik, ipək kimi sürüşkən olur. Onları tarım hörmək üçün dartanda baş dərisi də dartılır və bu vəziyyətdə qalır. Sizin saçınız belə dartılsa, özünüzü necə hiss edərsiniz?

Trixoloqlar (saç xəstəlikləri ilə məşğul olan mütəxəssislər) məhz “quyruq” və hörük tipli saç düzümlərini saçlar üçün ziyanlı hesab edir. Hətta böyüklərin saçları belə gərginliyə tab gətirə bilmir, korlanır, tökülməyə başlayır. Uşaqların saçları isə qat-qat nazik və zəifdir. Onların saçları üçün bu tip saç düzümləri daha ziyanlıdır. Daim belə “formada” olan azyaşlı qızların saçları sonra kütləvi tökülməyə başlayır. Valideynlər isə bunun səbəbini başqa yerdə axtarırlar (anemiya, vitamin çatışmazlığı və s).

xirda horukler

Uşaq vaxtı korlanmış saçlar böyüyəndə də tam bərpa olunmur, seyrək və zəif olur.

Saçların korlanmasından əlavə belə tarım saç düzümləri baş dərisinin qan dövranını pozur, uşaqları “səbəbsiz” baş ağrıları narahat edir. Pediatrlar 10 yaşına kimi qız uşaqlarının saçlarını dartıb yığmamağı, bərk rezinlərdən,  möhkəm sıxan sancaqlardan istifadə etməməyi məsləhət görür.ushaq horuyu

Hazırladı: Pərvanə

Share Button

Bir cavab yazın