loading...

Qızlarımızı tərbiyə edərkən səhvimiz…

Share Button

Qızlarımızı həyata necə hazırlayırıq?

genc-gimnastlar

Bir gün sizin də qızınız böyüyəcək və yəqin ki, onun kiçik qəlbinin arzularının gerçəkləşməsini istəyərsiniz. Axı onun da arzuladığı peşəyə sahib olmaq haqqı var.

Bəlkə qızınız yanğınsöndürən, bəlkə də yazıçı, ya da boks üzrə olimpiya çempionu, yaxud məşhur aşpaz, serjant, prezident…. olmaq istəyəcək? “Bu nə seçimlərdir?” deyirsiniz…

Onun başqa—kişi həmkarları qədər qazanmağını istərsiniz, deyilmi?

Amma qadınlarla kişilər eyni işə görə heç də həmişə eyni maaşı almırlar. Səbəb? Bu suala cavab axtaran çox olub. Bəziləri deyir ki, “qadınlar sövdələşə bilmir. Sövdələşəndə də aqressiv görünür, rədd edilirlər.” Ya da “qadınlar bütün yükü tək daşımağa öyrəşib.”

“Forbs” jurnalı maraqlı sual qoyur: Bəlkə səbəb bütün bu fikirlərin və bəzi başqa lazımsız şeylərin hələ uşaqlıqdan qızların beyninə yeridilməsidir?

Uşaqları nəyisə bacarmadıqlarına inandırmaq çox asandır.

4-7 yaşlı şagirdləri araşdırmaya cəlb ediblər və nəticələr göstərib ki, uşaqlar öz cinslərindən olanlar haqqında eşitdikləri fikirlərə asanlıqla inanırlar. Və bu onların davranışlarına təsir edir. Məsələn, oğlana, “riyaziyyatdan yaxşı qiymət almalısan, axı sən oğlansan”, deyəndə onu ruhlandırmış oluruq. Qıza “qızlar riyaziyyatı zəif qavrayırlar”, desək o, buna inanacaq və doğrudan da zəifləyəcək, aşağı qiymətlər alacaq.

Amma qızlara öz güclərini göstərməyə imkan versək…

Uşaq qadın və kişinin rolunu 3 yaşına çatmamış anlamağa başlayır.

10455447_568588746596040_2908395708825548932_nUşaqlar qadın və kişinin rolunu 30 aylıqlarından dərk etməyə başlayırlar və onlarda formalaşan bütün sosial fikirlər (istər doğru, istər yanlış) baxçadan inkişaf edir.

Doğrudur, elə valideyn var ki, hansısa peşənin məhz qıza aid olduğunu, ya da xoşbəxtliyin, özünütəsdiqin ailə qurmaq olduğunu qızına demir. Amma elə situasiyalar olur ki, biz yanlış fikirləri qızlarımızın beyninə yeridirik! Nəticədə qızlarımız triqonometriya kimi elmlərdən, mühəndislik işindən, texnikadan uzaq durmağa çalışır, onlara təklif olunan ilk aşağı səviyyəli maaşla razılaşır, 30 yaşları tamam olmamış tükənirlər.

Pedaqoq, özünü dəyərləndirmə üzrə mütəxəssis, qızların hərtərəfli inkişafı, təhsili və güclərini artırması naminə fəaliyyət göstərən “RealGirl”ün  yaradıcısı Ani Boq qız böyüdən valideynlərin 7 əsas səhvini müəyyən edib. O hesab edir ki, səhvlərimizi bilsək, qızlarımızın qarşısını almaz, bizim təsəvvür belə etmədiyimiz potensiallarına sahib olmağa imkan verərik.

Ani Boqun araşdırması

Share Button

Bir cavab yazın