loading...

Qoğalın nağılı

Share Button

qogalin nagiliBiri var idi, biri yox idi. Bir baba ilə nənə var idi. Bir gün baba nənəyə deyir ki, qoğal bişir. Nənə həvəslə xamır yoğurmağa başlayır. Xəmirdən qoğal hazırlayıb onu xamaya batırır, yağda qızardır və soyuması üçün pəncərənin kənarına qoyur.

Bir az keçdikdən sonra Qoğal dığırlanaraq pəncərədən masaya, ordan  döşəməyə, qapıya doğru dığırlanır. Ordan da eşiyə, otların üstünə, artırmaya, həyətə, darvazaya, daha uzaqlara dığırlanmağa davam edir. Yolda qoğal dovşana rast gəlir.
– Qoğal, ay qoğal mən səni yeyəcəm.
– Məni yemə, ay dovşan. Sənə mahnı oxuyaram, – deyir qoğal və oxumağa başlayır:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Səndən nə var qaçmağa.

deyib, dığırlanaraq qaçır.

Qoğal bir az da dığırlandıqdan sonra yolda canavara rast gəlir.Canavar
– Qoğal, ay qoğal mən səni yeyəcəm.
– Məni yemə, canavar qardaş. Sənə mahnı oxuyaram,- deyir qoğal və oxumağa başlayır:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Səndən nə var qaçmağa,

deyib dığırlanaraq qaçır. Qoğal bir az da dığırlandıqdan sonra yolda ayıya rast gəlir.ayi
-Qoğal, ay qoğal mən səni yeyəcəm.
– Məni yemə, ayı qardaş. Sənə mahnı oxuyaram,- deyə qoğal oxumağa başlayır:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Canavardan da qaçmışam,
Səndən nə var qaçmağa,

deyib, dığırlanaraq yenə də qaçır. Qoğal bir az da dığırlandıqdan sonra yolda tülküyə rast gəlir.tulku-nagil

– Qoğal, ay qoğal, sən nə qəşəngsən.

Qoğal isə oxumağa başlayır:

Undum qoğal olmuşam
Süd ilə yoğrulmuşam
Babadan da qaçmışam,
Nənədən də qaçmışam,
Dovşandan da qaçmışam,
Canavardan da qaçmışam,
Ayıdan da qaçmışam,
Səndən nə var qaçmağa.

Tülkü deyir:
– Nə gözəl mahnıdır bu. Amma, qəşəng qoğalım mənim, mən qocalmışam, pis eşidirəm, sən gəl otur mənim burnuma və mahnını burda oxu ki, yaxşı eşidim.

Qoğal tülkünün burnuna tullanır və yenə mahnısını oxuyur.
– Çox sağ ol, qoğal, əla mahnıdır. Yenə də eşitmək istərdim. Sən gəl dilimin üstündə otur və mahnını sonuncu dəfə yenə də oxu mənimçün.

Qoğal tülkünün dilinin üstünə atılan kimi  tülkü “HAM” deyib qoğalı yeyir.

Share Button

2 şərh Qoğalın nağılı üçün

  1. aylın... dedi:

    menımde xosuma geldı,tulku yene ozunu gosterdıkı hamısından agıllıdı.

  2. aygun dedi:

    Yer alti bizden coxdu bu nagil menim vox xosuma geldi

Bir cavab yazın