loading...

R hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Raci  – Xahiş edən, rica edən

Rafiq – Əsli ”rəfiq” dir. Yoldaş, köməkçi; şərik, ortaq

Rahib - Keşiş; xristan din xadimi; monastırda yaşayan-tərkidünya xristian və ya buddist, ibadətlə məşğul olan mömin

Rahim –  Rəhm edən, acıyan, rəhmli, mərhəmətli,bağışlayan

Raid –  Gurlayan, gurultu, göy gurultusuna bənzəyən səs

Ramil –  “Rəml” dəndir. Rəmmal, falçı; qum; fal; qum ilə fal açan

Ramin -  Əsli ərəbcə ”rəmə”dəndir. Atıcı, mərmi atan anlamını verir. Bu adın ibranicə “ Günəş oğlu, günəş övladı” anlamını verdiyi də ehtimal olunur

Ramiz –  Sözün əsli “rəmz”dir, işarə edən, işarə ilə bir fikir və ya ifadəni anladan; simvolla, rəmzlə söyləyən

Ramizə(ə)-q. Bax: Ramiz

Rasim  – Rəssam, rəsm çəkən; adət-ənənə

Rauf –  Əslində “rəuf”dur. Mehriban, mərhəmətli, acıyan, ürəyiyumşaq, rəhmi gələn

Razi  – Razı olan, məmnun, razılıq verən, razı qalan

Rəcəb –  Əzəmətli, heybətli, çox hörmətli; hicri qəməri ilinin yeddinci ayı. Bu ayda dünyaya gələn oğlan uşaqlarına, adətən həmin ayın adı qoyulubdur

Rəcəbağa - Bax: Rəcəb və Ağa

Rəcəbxan -  Bax: Rəcəb və Xan.

Rəfail –  Allah sağaltdı, Tanrı müalicə elədi. Axırı “il” (və yaxud “yıl”) ilə qutaran mələklərin şərəfinə verilənlərdəndir. (Mikayıl, Cəbrayıl və b.) Belə adlar, başlıca olaraq Qərbi Avropada çox yayılmışdır

Rəfi –  Yüksək, uca

Rəhim –  Bax: Rahim

Rəhman –  Mərhəmətli, ürəyiyumşaq, rəhmli. Allahın 99 adından biri

Rəmzi  – İşarəyə aid, işarə ilə bir fikri və ya ifadəni anlatma; üstüörtülü ifadə etmə, simvollarla çatdırma, dolayı yolla bildirmə

Rəsul  –  Elçi, səfir, peyğəmbər, nəbi

Rəşad  – Düzgün hərəkət eləmə, doğru yolda olma; haqqın tərəfdarı olma; ağıllı hərəkət etmə, düşüncəlilik

Rəşadət –  Qəhrəmanlıq, igidlik, fərasətlilik

Rəşid –  Ağıla, kamala çatmış; yetkin; fərasətli, qorxmaz, igid; düzgün və sağlam yolda hərəkət eləyən

Rəvan  – 1) Axan, gedən; 2) Ömür, həyat; 3) Yaxşı hazırlanmış, öyrənilmiş

Rizvan –  Məmnunluq, xoşhallıq, razılıq; dini əsatirə görə cənnətin qapıçısı olan mələyin adı; məs. cənnət, behişt

Rövnəq  – 1) Parlaqlıq, qəşənglik, gözəllik; 2) çiçəklənmə

Rövşən  – Əsli ”rouşən” dir. İşıqlı, aydın, nurlu; açıq, aşkar

Rufulla - Bax: Ruhulla

Ruhulla  –  Allahın ruhu; dini rəvayətə görə İsa peyğəmbərin ləqəblərindəndir

Ruxsara - Bax: Rüxsarə

Rumi  –  Anadoluya aid olan, anadolu, türkiyəli; yunan; Türkiyədə yaşayan yunan; romalı, vizantiyalı (bizanslı), kiçik Asiyalı

Ruslan -  Əslində “arslan” sözünün rus və başqa dillərdə dəyişikliyə uğramış biçimidir.

Rüchan –  Üstün, üstünlük

Rüfət –  Yüksəklik, ucalıq; böyük vəzifə və rütbə

Rüstəm - İri bədənli, cüssəli, güclü, yekəpər

Rüstəmağa - Bax: Rüstəm və Ağa

Rüşdi  – Düz, doğru yolla getmə, boy atmaqla və gəlişmə ilə əlaqəli olan; düşünməklə bağlı olan; ağıl

Rüştü - bax: Ruşdi

Rza –  Razılıq, xoşhallıq, məmnunluq; razılıq vermə, izin vermə, icazə vermə; qane olma; istək, iradə

Rzabala - Bax: Rza və Bala

Rzaxan - Bax: Rza və Xan

Rzaqulu - Bax: Rza və Qulu

Rzalı - Əslində “Rza” və “Əli” sözlərindən yaranmış addır. Əlinin razılığı, iradəsi; Əlinin məmnunluğu

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın