loading...

S hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Sabir –  Səbr edən, təmkinli, səbirli, tələsməyən; dözümlü, zəhmətə qatlaşan, çətinliyə dözən

Sabit –  Tərpənməyən, yerində dayanan, hərəkət eləməyən; dəyişməz, möhkəm; gerçəkləşmiş; isbat olunmuş

Sadiq  – Sədaqətli, doğru, gerçək, düz danışan, vəfalı

Sahib  – Bir şeyə malik olan, yiyə; hər hansı bir şeyi əldə eləyən,təsis edən; qoruyan,arxa duran, sahib çıxan

Sahibəli  – Bax: Sahib və Əli

Sahil  –  Kənar, sədd, qıraq

Sakit Hərəkətsiz, durğun, susan, səssiz, fəaliyyətsiz

Saleh Yararlı,yaxşı, yaraşan; səlahiyyətli olan, ixtiyarı çatan, haqlı

SaməddinDinin əbədiliyi, dinin möhkəmliyi. Bax: Səməd

Samir –  Həmsöhbət, yoldaş; müğənni. Həmçinin bax: Səmirə

Sani  – İkinci. Adətən ikinci uşağa qoyulan adlandandır

Sarvan –  Əsli “sərban” dır. Dəvəçi, dəvə sürən, dəvənin başını çəkən

Sevdalı - Aşiq, məftun olan, vurulan, eşq ”azarına” tutulan

Sevgi - Sevmə duyğusu; eşq, məhəbbət, vurulma; şiddətli həvəs, meyl, arzu; istək və ehtiras hissi; vurğunluq. “ Sevgi” ilə başlayan adların qısaltma biçimi

Seyfəddin  – Dinin qılıncı.

Seyfi –  Qılınca aid, qılınc şəklində olan, qılınc kimi.”Seyf” ilə başlayan adların ixtisar və əzizləmə biçimi

Seyfulla  – Allahın qılıncı

Seyhan - Aralıq dənizinin İskəndərun körfəzinə tökülən bir çayın adıdır. Anadolu türkləri öz qədim ata-baba yurdlarındakı Seyhun və Ceyhun çaylarının şərəfinə, o çayların adına oxşadaraq adlandırılmışdır (indi bu çaylardan biri Amurdərya,o birisi isə Sırdərya adlanır). Axan, axıb-tökülən,coşğun axan.Həmçinin Bax: Ceyhun

Seyid  – Ağa, bəy, cənab; başçı, rəis; dinə görə: Məhəmməd peyğəmbərin nəslindən olanlar. Özündən sonra bir sıra adlarla birləşərək, mürəkkəb adlar yaradır: Seyidağa, Seyidbala, Seyidəli, Seyidəhməd, Seyidəşrəf, Seyidrza, Seyidyəhya, Seyidcəfər və s.

Seyran  – Gəzmə, dolaşma, seyr etmə, tamaşa, baxıb seyr etmə: gəzinti yeri, seyrəngah

Seyrani  – Seyr etmə, gəzmə ilə əlaqəli olan. Bax: Seyran

Səbuhi  – Səhər vaxtına aid, sübh çağına mənsub olan

Sədi –  Xoşbəxtliklə, bəxtəvərliklə əlaqəli olan; uğurlu ulduza mənsub olan

Sədrəddin  – Din başçısı, dinin rəhbəri; dinin ürəyi

Sədulla  – Allahın xoşbəxt bəndəsi, Allahın xoşbəxti; Tanrının uğurlu yaratdığı (adam)

Sədri  - Sədrə məxsus olan, sədrə aid olan.” Sədr” və “sədir” ilə başlayan bəzi adların həm də qısaltma biçimi

Sədulla –  Allahın xoşbəxt bəndəsi, Allahın xoşbəxti ; tanrının uğurlu yaratdığı (adam)

Səfa  – Saflıq, duruluq, əyləncə, seyrangah

Səfər  – Yola düşmə, yol getmə, səyahət, yolçuluq; ərəb qəməri ilinin ikinci ayı. Adətən bu ayda , səfər və səyahətlərdə anadan olan uşaqları belə adlandırırlar

Səfərqulu - Bax: Səfər və Qulu

Səhhət - Gerçəklik, dürüstlük, düzgünlük; sağlamlıq, vücudun sağlığı

Səxavət  – Əliaçıq, ürəyigenişlik

Səid  – Bəxtəvar, bəxtiyar, ağgünlü, xoşbəxt, səadətli, uğurlu.

Səlim  - Sağlam, sağ, sağlamat, əsən; eyibsiz, nöqsansız, doğru-dürüst

Səlimağa - Sağlam ağa, eyibsiz, düzgün ağa

Səlimxan - Sağlam xan, əsən xan; nöqsanı olmayan, doğruçul xan

Səməd  –  Əbədi, daimi, sonsuz; bərk, möhkəm; möhtac olmayan, müstəqil; əbədi mövcud olan. Allaha aid edilən adlardan biridir

Səmədağa -  Bax: Səməd və Ağa

Səmədxan -  Bax: Səməd və Xan

Səməndər  - 1) Əsatirə görə odda, atəşdə, yaşayan bir quş; 2) bunun farsca “ səmən” (ölkə, sərhəd, qapı) və “dər” (ev, yaşayış yeri, kənd) sözlərindən “uzaq istehkam, qala” anlamında olduğunu da yazırlar; 3) su kərtənkələsi

Səməngül  - Yasəmən gülü. Bax: Səmən və Yasəmən

Səmid  - Sakit, tərpənməz, susan, möhkəm dayanan, lal-dinməz

Səmidağa - Sakit ağa, susqun ağa

Səmidəli - Bax: Səmid və Əli

Səmidxan - Möhkəm dayanan xan, tərpənməz xan

Səmir  – Yoldaş, dost, həmsöhbət, rəfiq

Sənan  – Bu adın Səna dağı və Səna şəhəri ilə əlaqələndirirlər. Ancaq həmin dağ və şəhər adları ərəb sərkərdəsi Tariq İbn Sənanın adından meydana gəlmişdir. İki cür mənalandırılır: 1) təriflənən, mədh edilən, öyülən; 2) kəskin, sivri; süngünün sivri ucu. Adın yazılış biçimi də fərqlidir.Bunun Sinan biçimi də vardır

Sərdar  – Komandir, baş komandan; hökmdarı əvəz edən, canişin

Sərxan -  Bax: Sarxan

Sərvər  – Başçı, öndə gedən, rəhbər

Səttar  –  Gizləyən, örtən; eyiblər gizləyən, örtən

Səttarxan - Bax: Səttar və Xan

Səyyad –  Ovçu

Səyyaf – Qılınclı, əli qılınclı; qılınc düzəldən,qılınc ustası

Səyyar  – Seyr edən, gəzən, hərəkət edən, dolanan; daşına bilən, aparıla bilən

Sidqi  – Sədaqətli, səmimi, doğruçu, ürəyi təmiz

Sinan  – Cida və nizənin sivri ucu, mızrağın şiş ucu, süngü

Sivayuş –  Əslində” siyahvəş” sözündəndir. Qarayanız, qarayaçalan anlamındadır

Sonay - Ayın sonuncu günü, ayın sonuncu dəfə göründüyü zamanda anadan olan uşaqlara verilən addır

Söhrab  – Yaqut, qırmızı, tünd qırmızı, parıltı

Sönməz - Həmişə yanan, əbədi yanmaqda olan

Sultan –  Hökmdar, padşah, imperator; qüdrət, qüvvət. Osmanlı imperatorluğu zamanında dövlət başçısının anasına, bacılarına, qızlarına verilən addır. Bir sıra adlarla birləşərək mürəkkəb adlar yaradır. Sultanağa, Sultanbəy, Sultanbəyim, Sultanəlişah, Sultanəli, Sultanbəxt, Sultanqulu, Sultannəsib, Sultanxan, Sultanxanım, Sultanşah

Sunar -  Təqdim olunan, ikram edilən; təqdim eləyər, verilər

Sunay -  Verilən,təqdim olunan, ikram edilən; ithaf olunan.

Surəddin  –  Dinin Quran surəsi, 114 fəslindən hər biri

Surət  – Zahiri görünüş, şəkil; üz-çöhrə; gözəl üz, qəşəng bəniz

Sübhan  – Öymə, tərif, mədh, alqış; eşq olsun! Afərin!

Sübhanverdi - Öyülən, mədh olunan(Allahın) verdiyi, bəxş etdiyi

Sübhi  – Səhərə məxsus, sübh çağına aid

Sücaəddin  –  Dinin cəsuru, qəhrəmanı, qorxmazı

Sücayət  – Qorxmaz, qoçaq, igid

Süleyman  –  Əsli “şelomo”dur. Dinc, asudə, azad; barış, sülh. Bu adın “qorunan, mühafizə olunan, müdafiə olunan; müdrik adam” anlamları da vardır. Davud peyğəmbərin oğlu olan Süleyman guya həm peyğəmbər, həm də hökmdar olmuşdur. Orta əsrlər ədəbiyyatında müdrik şah kimi təsvir edilir

Sülhi  - Barış, barışla bağlı olan, sülhə aid olan

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın