loading...

Ş hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Şaban Əslində “şəban”dır. (doymuş, qarnı tox olan, tox) . Ərəb qəməri təqviminin səkkizinci ayının adı. Əsasən bu ayda doğulan oğlan uşaqlarına qoyulur. Bu adın “çoban”dan olduğunu da ehtimal eləyirlər. Bax: Çoban

Şahin -  Qısa və çəngəl kimi əyri dimdikli yırtıcı quş, əhəlləşdirilərək ovda istifadə olunur

Şahlar - “Şah” sözünün türkcə cəm şəkli: hökmdarlar

Şahmalı -  “Şah” və “mal” sözlərindən düzəldilmiş bir addır. Şaha aid olan mal, hökmdar malı, padşahın malı

Şahmar  –  İri zəhərli ilan

Şahmir - ”Şah” və “əmir” sözlərindəndir. Bax: Şah və Əmir

Şəhnur  –  Şah işığı, hökmdar nuru, ziyası

Şahrux  –  Şah üzlü, şah simalı, yəni gözəl üzlü, qəşəng sifətli. ” Ruh” və ya “rux” un şahmatda “top” anlamı da vardır

Şahsuvar  –  Şahın atlı qvardiyası; atlılar başçısı; çox mahir minici, mahir at minən

Şahverdi - Şahın bəxş etdiyi, şahın verdiyi adam

Şahvələd  – Şah oğlu, şah uşağı, şahdan olan övlad; böyük oğul

Şaiq  –  Şövqlü, həvəsli istəyi olan

Şair  –  Şer yazan, bədii söz quraşdıran, şerləri olan, ozan

Şakir  –  Şükr edən, razılıq bildirən, təşəkkür edən

Şamil  - Əhatə edən, aid olan, ümumi

Şamo - “Şamil” adının təhrif olunmuş və qısaldılmış biçimi
Şəhriyar  – Hökmdar, şah, padşah

Şəmsəddin  –  Dinin günəşi

Şəmsi  - Günəşə aid, günəşə mənsub olan

Şərbət – Meyvə suyu və şəkərdən hazırlanmış içməli maye içki

Şərəf  –  Yüksək dərəcə, imtiyaz; mənlik; iftixar; ərdəm, mənəvi üstünlük, yüksəklik. Bir sıra sözlərlə birləşərək mürəkkəb adlar yaradır:  Şərəfağa, Şərəfbəyim, Şərəfgül, Şərəfxan, Şərəfxanım, Şərəfnisə

Şərif  – Şərəfli, hörmətli, etibarlı, müqəddəs, soylu, nəcib. Bir sıra mürəkkəb adlar yaradır. Şərifağa, Şərifəli, Şərifxan və s.

Şıxlar -  “Şıx” sözünə “lar” cəm şəkilçisi artırmaqla yaradılmış addır

Şiraslan - Farsca “şir” və türkcə “aslan” sözlərinin birləşməsi yolu ilə , iki dildəki eyni mənalı sözləri yan-yana qoyub işlətməklə bu adı daha da gücləndirmək istəmişlər. Aslanlar aslanı, igilər igidi

Şirbala -  Aslana bənəzər bala, aslan kimi güclü oğul

Şirbəy -  Aslan kimi, şir kimi bəy; güclü, qüvvətli

Şirəli  –  Əlinin aslanı, şiri

Şirxan -  Aslan kimi xan. Bunun “Sarxan” dan olma ehtimalı da var, “Sarxan” ın dəyişikliyə uğramış biçimi kimi

Şirin  –  Dadlı, ləzzətli, şəkərli; sevimli, əziz. Bir sıra adlarla birləşib mürəkkəb adlar meydana gətirir: Şirinağa, Şirinbaba, Şirinbala, Şirinbacı, Şirinbəyim, Şirinəli, Şiringül, Şirinxan, Şirinxanım və b.

Şirməmməd -  Aslan kimi Məmməd

Şiroğlan -  Aslan kimi oğlan, igid oğlan

Şirzad  –  Aslan balası, şir övladı, şirdən olan və ya doğulan

Şöhrəddi –  Dinin şöhrəti

Şöhrət - Ad, san, məşhurluq

Şölən -  Ziyafət, dini qonaqlıq

Şövkət  –  Əzəmət, dəbdəbə, cəlal, həşəmət, ululuq

Şövqi  – Şiddətli arzuya, meyl və həvəsə aid; nəşəyə, istəyə, kefə məxsus olan, istəklə bağlı olan

Şücaəddin  - Dinin qəhrəmanı, din yolunda cəsurluq göstərmə

Şücaət  –  İgidlik, qorxmazlıq, qəhrəmanlıq, cəsurluq

Şükrü  –  Şükr edilən, şükrlə, minnətdarlıqla bağlı olan; “Şükr” ilə başlayan bəzi adların qısaltma biçimi
Şükür  –  Razılıq, minnətdarlıq, təşəkkürünü bildirmə

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın