loading...

S hərfi ilə başlayan qız adlarının mənası

Share Button

Sabirə-  Bax: Sabir

Sabitə-  Bax: Sabit

Sadəgül- Adi gül, bəsit gül; xalis gül, saf çiçək

Sahibə-  Bax: Sahib

Sahibcamal- Gözəl, göyçək, camallı

Sahilə-  Bax: Sahil

Samirə-  Bax: Səmirə

Sara-  İbranicə ”xanım” , “ kübar qadın” anlamını verən bu ad ərəb, fars, türk və başqa dillərə keçmişdir. “Sara” sözü türkcə “cəsurluq, qüvvət” , farsca isə “xalis, saf, təmiz, yaxşı, gözəl” kimi izah olunur. Dini rəvayətə görə bu adı daşıyan ilk qadın insanlığın, ümumilikdə insanların anası olmuşdur

Sarıçiçək-  Sarı rəngli gül, sarı(solğun) çiçək

Sarıgül-  Sarı rəngli çiçək, sarı çiçək, açıq rəngli gül

Sarıtel- Sarı saçlı, telləri sarı rəngdə olan, teli qızıla çalan

Selcan-  Sel suları kimi , selə bənzər; sel ruhlu, sel ürəkli; aşıb-daşan, daşqın; həyəcanlı

Selin-  Güclü və çox axan yağış suyu, çay kimi axan yağış seli; yağış suyunun əmələ gətirdiyi arx, dərə

Sevda-  Sevgi, eşq, məhəbbət; məhəbbətdən, sevgidən “ xəstələnmə” halı, şiddətli sevgi, eşq “azarı”; həvəs, istək, dilək, meyl

Sevdagül-  Bax: Sevda və Gül

Sevgi- Sevmə duyğusu; eşq, məhəbbət, vurulma; şiddətli həvəs, meyl, arzu; istək və ehtiras hissi; vurğunluq. “ Sevgi” ilə başlayan adların qısaltma biçimi

Sevil-  Sevilən, sevilməyə layiq

Sevinc- Xoşa gələn, hər hansı bir şeyin nəticəsində duyulan həyəcan; fərəh, nəşə, xoşhallıq; sevinmə halı

Sevindik-  Bu ad adətən ilk uşağa ( xüsusən də oğlan uşağına) qoyulur və ailə üzvləri , qohumlar sevindiklərini, sevinc duyğularını büruzə verirlər

Sevər-  Sevən, sevgiyə tutulan, eşqə düşən; sevimli

Seyran – Gəzmə, dolaşma, seyr etmə, tamaşa, baxıb seyr etmə: gəzinti yeri, seyrəngah

Seyyid-  Bax: Seyid

Səadət- Ağgünlülük, xoşbəxtlik, bəxtiyarlıq

Səbinə-  “Sabina”nın azəri türkcəsinə uyğunlaşdırılmış biçimidir.Eramızdan öncə X əsrdə Romada yaşamış bir qadın qəbiləsinin adındandır

Səda-  Səs, avaz; əks-səda(yanqı)

Sədaqət- Sadiqlik, vəfalılıq, dostluq; sevgi, etibar

Sədayə-  Əslində ”səd” (ağgünlülük, xoşbəxtlik) və “ayə” (əlamət, nişan; Quran surələrindəki cümlələrin hər biri) sözlərindən yaranmış addır

Sədəf-  İçərisindən inci çıxarılan dəniz böcəyi; həmin böcəyin ağ rəngli qabığı

Səfayət-  Bax: Səfa

Səidə-  Bax: Səid

Səkinə-  Rahat, sakit, könül rahatlığı, dinc

Səlimə-  Bax: Səlim

Səlminaz-  Sağlam nazlı gözəl(qadın)

Səlmizər-  Qızıl kimi nöqsansız, sağlam, dürüst olan(qadın)

Səltənət-  Sultanlıq, hakimlik, şahlıq; dövlət, hökümət; məs. dəbdəbə, təntənə

Səma- Göy, asiman, göy üzü, fələk

Səmayə-  Göyə məxsus, səmaya aid , fələklə əlaqədar

Səməngül- Yasəmən gülü. Bax: Səmən və Yasəmən

Səmirə-  Dost, yoldaş, rəfiqə

Sənubər-  Şam ağacı; küknar ağacı; məs. gözəlin boy-buxunu , qaməti

Səyyarə-  Günəş ətrafında dövr edən göy cismi, planet; məs. hərəkət edən, gedən

Sibel-  1) Yağış damcısı; 2) buğda sünbülü, başağı

Sibelcan-  Yağmur damcısı kimi təmiz ürəkli, təmiz ruhlu; sünbül kimi tər canlı

Sima- Bu adın ibranicə ”şöhrət, şan; şərəfli ad” anlamını verir. İncildə Nuh peyğəmbərin oğlanlarından birinin adı kimi qeyd edilir. Ərəbcə isə “üz, bəniz, çöhrə” kimi izah edilir
Simuzər-  Qızıl və gümüş

Sincan- Anadolunun şərq ərazilərində bitən, qırmızı güllər açan bir kol. Buna “zincan” da deyirlər

Sitarə-  Ulduz

Solmaz-  Təzəliyini itirməyən, saralıb-solmayan, rəngini olduğu kimi saxlayan

Sona-  Ördək, yaşılbaş ördək.Gözəlləri mədh etmək üçün “sona kimi” “yaşılbaş sonam” deyimləri çox işlənir

Sonabəyim-  Bax: Sona və Bəyim

Sonaxanım-  Bax: Sona və Xanım

Sonay- Ayın sonuncu günü, ayın sonuncu dəfə göründüyü zamanda anadan olan uşaqlara verilən addır

Sultan-  Hökmdar, padşah, imperator; qüdrət, qüvvət. Osmanlı imperatorluğu zamanında dövlət başçısının anasına, bacılarına, qızlarına verilən addır. Bir sıra adlarla birləşərək mürəkkəb adlar yaradır. Sultanağa, Sultanbəy, Sultanbəyim, Sultanəlişah, Sultanəli, Sultanbəxt, Sultanqulu, Sultannəsib, Sultanxan, Sultanxanım, Sultanşah

Sultanə-  Bax: Sultan

Sunar- Təqdim olunan, ikram edilən; təqdim eləyər, verilər

Sunay - Verilən,təqdim olunan, ikram edilən; ithaf olunan

Surə-  Quranın 114 fəslindən hər biri

Surət-  Zahiri görünüş, şəkil; üz-çöhrə; gözəl üz, qəşəng bəniz

Suriyyə-  Toy münasibətilə yazılan şer növü, qəsidə

Südabə-  Sədəfgülü bitkisinin farsca adındandır

Sülhiyyə-  Bax: Sülhi

Sünbül- 1) sünbül çiçəyi, ətirli bir zanbaq çiçəyinin , gülünün adı; 2) başaq, sünbül

Sürəyya-  Ülkər və ya Yeddiqardaş ulduzu

Süsən-  Əsli “ şosanna” dır. Zanbaq. Beynəlxalq adlardandır

 

 

Share Button

Bir cavab yazın